Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
615

“Azərbaycan musiqişünaslığı: araşdırmalar kəsişməsində” – Musiqi Forumunda növbəti panel iclası keçirildi

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 29-da "Gülüstan" Sarayında işə başlayan Musiqi Forumu panel iclaslarla davam edir.

Oktyabrın 31-də, forumun sonuncu iş günündə “Azərbaycan musiqişünaslığı: araşdırmalar kəsişməsində” mövzusunda panel iclası keçirildi.

Musiqişünas, Beynəlxalq Musiqi Şurası Azərbaycan şöbəsinin sədri Nigar Axundovanın moderatorluğu ilə gerçəkləşən paneldə “Azərbaycan musiqi elminin inkişaf istiqamətləri: strategiya və taktika”, “Mədəniyyətlərarası dialoq kontekstində Azərbaycan musiqişünaslığının rolu”, “Azərbaycanda musiqi tənqidi və jurnalistikası: mövcud problemlər” və “Müasir dövrdə musiqi sosiologiyası mövzuları üzrə çıxışlar dinlənildi.

İlk çıxış edən musiqişünas, Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru Əməkdar incəsənət xadimi Lalə Hüseynova milli musiqi elminin inkişafından danışarkən təmsil etdiyi təhsil ocağının təcrübəsindən söz açdı. O, şərqşünas, musiqişünas kadrların əksəriyyətinin artıq yaşlı nəslin nümayəndələri olduğunu dedi: “Musiqişünas olmaq istəyən gənclərin arasında ingilis dilini bilənlər var. Ancaq zəngin elmi ədəbiyyatın olduğu rus dilini bilənlər azdır. Buna görə də elmi ədəbiyyatın Azərbaycan dilinə tərcüməsi zəruridir”.

L.Hüseynova Milli Konservatoriyanın musiqi sosiologiyası üzrə magistrantının elmi araşdırmasının nəticələrini slayd vasitəsilə təqdim etdi.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, musiqişünas, Əməkdar incəsənət xadimi Zemfira Qafarova musiqişünas əməyinin maddi baxımdan qiymətləndirilməsinin vacibliyinə toxundu. Musiqinin təbliğində böyük ənənələrin yaşadılmasının rolunu qeyd edən Z.Qafarova Azərbaycan Televiziyasında Əfsər Cavanşirovun yaratdığı “Bənövşə” uşaq xorunun ləğv edilməsindən təəssüfləndiyini dilə gətirdi.

Musiqişünas, "Musiqi dünyası" jurnalının baş redaktoru və naşiri, Bakı Musiqi Akademiyası Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasının müdiri Əməkdar incəsənət xadimi Tariyel Məmmədov illər öncə lentə alınmış xanəndə və ifaçıların səs yazılarının bərpası, elektron daşıyıcılara köçürülməsi və təbliğinin zəruri olduğunu diqqətə çatdırdı. O, dövlət dəstəyi ilə milli yaddaş institutunun təsis edilməsini təklifini səsləndirdi.

Növbəti spiker, musiqişünas, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Musiqi tarixi və nəzəriyyəsi kafedrasının müdiri Əməkdar incəsənət xadimi Kamilə Dadaşzadə son illər musiqi sahəsi ilə bağlı elmi-tədqiqat əsərlərinin əksəriyyətinin dövrün tələblərindən geri qaldığını, tədqiqdən daha çox təsvirdən ibarət olduğunu vurğuladı. K.Dadaşzadə ölkəmizdə musiqi elminin vahid inkişaf konsepsiyasının hazırlanmasını vacib hesab etdiyini bildirdi.

Bakı Musiqi Akademiyası Musiqi nəzəriyyəsi kafedrasının müdiri professor Könül Nəsirova musiqişünas kadrların hazırlanması problemlərinə diqqəti çəkdi. Qeyd etdi ki, biz yalnız Azərbaycan Respublikası ərazisində yaranan musiqi əsərlərini araşdırmaqla məşğul olmamalıyıq. Belə olanda Azərbaycan musiqi aləminin siması tam təsəvvür olunmayacaq.

Musiqişünas, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə çıxışında musiqi mədəniyyətinin təbliği məsələlərinə toxundu. Elmi nəşrlərin mövcudluğunu müsbət qiymətləndirən alim daha geniş auditoriyaya hesablanmış elmi-kütləvi nəşrlərin də olmasının zəruriliyini qeyd etdi. Gənc musiqişünasların əməyinin qiymətləndirilməsi məsələsinə də toxunan Z.Dadaşzadə eyni zamanda bu sahədə araşdırma aparmaq istəyənlərin məqalə yazmağa həvəssiz olduqlarını, söz ehtiyatlarının kasadlığını diqqətə çatdırdı.

Çıxışlardan sonra iştirakçıların sualları cavablandırıldı, qaldırılan məsələlər ətrafında müzakirələr aparıldı.

XƏBƏRLƏR

30.11.2023 18:01
"Türk dünyasının yumor sahəsi üzrə əməkdaşlıq perspektivləri” – “Yaradıcı həftə” çərçivəsində dəyirmi masa
30.11.2023 17:11
“Musiqi Sənayesi Platforması”nda növbəti panel milli musiqi məhsulunun rəqabətliliyinə həsr olunu
30.11.2023 16:17
“Yaradıcı həftə” çərçivəsində Azərbaycan musiqi sənayesinə həsr olunmuş tədbir keçirilib
30.11.2023 14:27
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu başa çatıb
30.11.2023 09:35
"A-hub Akselerasiya Proqramı”nın milli final mərhələsi keçirilib
30.11.2023 09:27
Apellyasiya Komissiyasının iclasıyekunlaşdı
29.11.2023 18:34
Forumda dizayn sənayesinin inkişaf məsələləri də müzakirə olunub
29.11.2023 15:40
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 15:24
Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə yekun vurulub
29.11.2023 15:10
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 11:39
Film layihələri müsabiqəsi ilə bağlı Seçim komissiyası və Ekspert şurasının yekun iclası keçirilib
29.11.2023 10:02
Forumun növbəti paneli “Mədəniyyət və yaradıcı sənayelər: ixrac potensialı, beynəlxalq əməkdaşlıq” mövzusuna həsr olundu
29.11.2023 09:57
Forum öz işini “Mədəniyyət və yaradıcı sənayelər ekosisteminin inkişafı: beynəlxalq perspektiv” adlı panel sessiya ilə davam etdirdi
27.11.2023 10:07
Azərbaycanda ilk dəfə olaraq “Mədəni irs” mövzusunda forum keçiriləcək
23.11.2023 14:30
“Yaradıcı Həftə”də “CulTech” və “GameTech” hakatonları keçiriləcək
22.11.2023 15:49
Xalq artistləri Rasim Ocaqov və Həsən Məmmədovun doğum günlərində məzarları ziyarət olunub
21.11.2023 16:02
“Yaradıcı Həftə” çərçivəsində “Mədəniyyət və Yaradıcı Sənayelər Forumu” keçiriləcək
21.11.2023 14:43
Kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurası yaradılıb
17.11.2023 10:48
Tofiq Kazımovun 100 illiyinə həsr olunmuş gecə keçirildi
16.11.2023 22:25
Film layihələri müsabiqəsinin ikinci mərhələsinə yekun vurulub
16.11.2023 16:36
Azərbaycan IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda təmsil olunur