Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
793

Musiqi Forumunda "Milli mədəni ənənələrin qlobal miqyasda təbliği" mövzusunda növbəti panel iclası keçirildi

Oktyabrın 30-da paytaxtımızdakı "Gülüstan" Sarayında Musiqi Forumu işin davam etdirdi. Günün ikinci yarısında "Milli mədəni ənənələrin qlobal miqyasda təbliği" mövzusunda IV panel gerçəkləşdi. 

Əməkdar incəsənət xadimi, musiqişünas Cahangir Səlimxanovun moderatorluğu ilə keçən iclasda Türkiyədən olan spiker Efruz Çakırkaya (İstanbul musiqi festivalının direktoru), Rusiyanın Əməkdar artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş baletmeysteri Ruslan Pronin, “K2İD Productions" (Yunanıstan) şirkətinin rəhbəri İlias Kokotos və Danimarkadan Karolina Vallejo ("Real World Music Label"in təsisçi və bədii rəhbəri) məruzələrlə çıxış etdilər.

Akademik musiqinin təqdimatında yeni çağırışlar, müasir multikultural cəmiyyətlərdə etnik ənənələrin qorunması, bu günün musiqi ənənələri: hamar ötürülmə, yaxud kəskin dəyişiklik, musiqi sənayesinin dövriyyədə olan rəqəmsal vasitələrinin tətbiqində yaranan təmayüllər, qlobal mədəniyyət mübadiləsində Azərbaycan musiqisi və musiqiçilərinin iştirak perspektivləri: kənardan baxış mövzuları diqqət mərkəzinə gətirildi. 

Efruz Çakırkaya klassik musiqi ənənəsi və tamaşaçının klassik musiqiyə marağının artırılması problemlərindən söz açdı, rəhbərlik etdiyi İstanbul musiqi festivalının tarixi və fəaliyyəti haqqında məlumat verdi.

Baletmeyster Ruslan Pronin Azərbaycan xoreoqrafiya məktəbinin köklü ənənələrə malik olduğunu bildirdi, bu sənətin beynəlxalq aləmdə təbliği istiqamətində ardıcıl addımlar atılmasının əhəmiyyətini vurğuladı.

Almaniyadan musiqiçi və musiqi meneceri Nikolas Rexroth ölkəsində 240 peşəkar musiqi təsisatının olduğunu dedi, Berlində yeddi böyük simfonik orkestrin fəaliyyət göstərdiyini diqqətə çatdırdı. Bildirdi ki, bu təsisatların əksəriyyəti dövlət tərəfindən maliyyələşir. O, pandemiyadan sonra mədəni layihələrin təbliğatı, klassik musiqiyə marağın artırılması istiqamətində marketinqin tətbiqi üsulları, dizayn, afişa təqdimatı, habelə konsertlər üçün uğurlu məkan seçimi kimi məsələlərə də toxundu.

Yunanıstanlı qonaq spiker İ.Kokotos “Avroviziya” mahnı müsabiqəsi ilə məşhurlaşan təşkilatlarının fəaliyyətindən söz açdı. Dedi ki, “K2İD Productions" təşkilatı müsabiqə üçün iştirakçıları təşviq edir. 

Böyük Britaniyadan Linda Riçardson musiqi təhsili sahəsindəki yeniliklərlə bağlı məruzə etdi. Musiqi təhsilində innovasiyalar, bu sahəyə dəstək üçün maliyyə mənbələri və şagirdlərin təqaüdlə təmin edilmələri ilə bağlı məlumat verdi. Təhsildə beynəlxalq təcrübə, yeni çağırışlar istiqamətində atılan addımların əhəmiyyəti vurğulandı. 

Çıxışlardan sonra iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparıldı. 

Musiqi Forumu oktyabrın 31-də iki panel iclasından sonra başa çatacaq.

XƏBƏRLƏR

30.11.2023 18:01
"Türk dünyasının yumor sahəsi üzrə əməkdaşlıq perspektivləri” – “Yaradıcı həftə” çərçivəsində dəyirmi masa
30.11.2023 17:11
“Musiqi Sənayesi Platforması”nda növbəti panel milli musiqi məhsulunun rəqabətliliyinə həsr olunu
30.11.2023 16:17
“Yaradıcı həftə” çərçivəsində Azərbaycan musiqi sənayesinə həsr olunmuş tədbir keçirilib
30.11.2023 14:27
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu başa çatıb
30.11.2023 09:35
"A-hub Akselerasiya Proqramı”nın milli final mərhələsi keçirilib
30.11.2023 09:27
Apellyasiya Komissiyasının iclasıyekunlaşdı
29.11.2023 18:34
Forumda dizayn sənayesinin inkişaf məsələləri də müzakirə olunub
29.11.2023 15:40
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 15:24
Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə yekun vurulub
29.11.2023 15:10
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 11:39
Film layihələri müsabiqəsi ilə bağlı Seçim komissiyası və Ekspert şurasının yekun iclası keçirilib
29.11.2023 10:02
Forumun növbəti paneli “Mədəniyyət və yaradıcı sənayelər: ixrac potensialı, beynəlxalq əməkdaşlıq” mövzusuna həsr olundu
29.11.2023 09:57
Forum öz işini “Mədəniyyət və yaradıcı sənayelər ekosisteminin inkişafı: beynəlxalq perspektiv” adlı panel sessiya ilə davam etdirdi
27.11.2023 10:07
Azərbaycanda ilk dəfə olaraq “Mədəni irs” mövzusunda forum keçiriləcək
23.11.2023 14:30
“Yaradıcı Həftə”də “CulTech” və “GameTech” hakatonları keçiriləcək
22.11.2023 15:49
Xalq artistləri Rasim Ocaqov və Həsən Məmmədovun doğum günlərində məzarları ziyarət olunub
21.11.2023 16:02
“Yaradıcı Həftə” çərçivəsində “Mədəniyyət və Yaradıcı Sənayelər Forumu” keçiriləcək
21.11.2023 14:43
Kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurası yaradılıb
17.11.2023 10:48
Tofiq Kazımovun 100 illiyinə həsr olunmuş gecə keçirildi
16.11.2023 22:25
Film layihələri müsabiqəsinin ikinci mərhələsinə yekun vurulub
16.11.2023 16:36
Azərbaycan IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda təmsil olunur