Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Mədəniyyət və yaradıcı sənayelər üzrə tədris və inkubasiya mərkəzində Oyun Tərtibatçıları Emalatxanası bölməsi yaradılıb. Həmin bölməyə daxil olan “Oyun animasiyası” və “Oyun dizaynı” kursları üçün müraciətlərin qəbulu davam edir.
Azərbaycanda ilk dəfə "Oyun Dizaynı" kursunda səviyyə dizaynı, resurs idarəçiliyi, oyun monetizasiyası, hekayə yaradıcılığı, oyunların düzgün balanslaşdırılması kimi mövzuların əsasları tədris ediləcək, tətbiqi vərdişlər əldə ediləcək.
“Oyun animasiyası” kursunda isə video oyunlarda istifadə olunan animasiyanın əsasları, oyun personajı animasiyalarının yaradılması və həmin animasiyaların oyun mühərrikində tətbiqi kimi biliklərin iştirakçılara öyrədilməsi nəzərdə tutulur.
Kurs 3 ay müddətinə yekunlaşacaq. Kursun sonunda bütün iştirakçılar diplom işləri hazırlayaraq ilk peşəkar portfolioya sahiblənəcəklər.
Qeydiyyat 20 oktyabrın tarixində yekunlaşır. Kursa qatılmaq istəyən şəxslər edu.creative.az linkinə daxil olub “Oyun Tərtibatçıları Emalatxanası” bölməsindən qeydiyyat üçün müraciət edə bilər.