Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2670

III “Korkut Ata” Türk Dünyası Film Festivalı çərçivəsində Zirvə görüşü keçirilib

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə paytaxtımızda III “Korkut Ata” Türk Dünyası Film Festivalı keçirilir. 

Festival çərçivəsində oktyabrın 10-da "Baku Marriott Hotel Boulevard"da tədbirə qatılan türk respublikaları və qurumlarından nümayəndələrin iştirakı ilə Zirvə görüşü təşkil olunub. 

Toplantıda TÜRKSOY-un baş katibi Sultan Raev, qurumun nümayəndələri, Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Qazaxıstandan müvafiq nazirliklərin rəsmiləri, kinematoqrafiya sahəsi ilə bağlı aidiyyəti qurumların məsul şəxsləri, tanınmış kino xadimləri iştirak ediblər.

Açılış nitqi söyləyən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müşaviri Orxan Fikrətoğlu qonaqları salamlayıb. Qeyd edib ki, Türk dünyasının birləşməsi artıq regionda, o cümlədən beynəlxalq müstəvidə qədim bir mədəniyyətin yenidən dünya gündəminə gətirilməsidir: "Şübhəsiz ki, mədəniyyət bu inteqrasiyanın əsas amillərindən biridir.

Mədəniyyətin ən mühüm qollarından biri olan kinematoqrafiya vasitəsilə bu missiyanın yerinə yetirilməsi, düşünürəm ki, heç kəsdə şübhə doğurmur. Mədəniyyət Nazirliyi olaraq həm dövlət-özəl münasibətlərinin formalaşmasına önəm verir, həm də türk xalqları, ümumiyyətlə isə dünya kinematoqrafiya məktəbləri ilə inteqrasiyaya üstünlük veririk. Son zamanlar bizim yaratdığımız və bir sıra ölkələrlə birgə çəkdiyimiz filmlər artıq ekranlardadır. Bu gün biz Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan və digər ölkələrin prodüser şirkətlərinin təqdim edəcəyi layihələri nəzərdən keçirəcəyik. Bu platformanın yaranması Türk dünyasının kinematoqrafiyası sahəsində inteqrasiyasına xidmət edəcək".
Daha sonra "113 gün", "Proyekt 2602", "Sən haralısan, durna?", "Mərmər soyuğu", "Himayədar", "30 mövsüm səfərdə", "Hadrut, sən azadsan", "Nobel qardaşları", "Qoçu", "Mavi quş", "Miras", "Heyelan" (“Sürüşmə”), "İnsan", "Sofiya", "Xəyal quşu", "Gülmira" və digər filmlərin təqdimatı olub.

Festival komitəsinin sədri İhsan Kabil III “Korkut Ata” Türk Dünyası Film Festivalının əhəmiyyətindən bəhs edib. “TRT Sinema”nın rəhbəri Faruk Güvən qurumun iş prinsipi haqqında məlumat verib. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kino idarəsinin müdiri Erkin Yılmaz türk kinosunun inkişafı barədə fikirlərini söyləyib.

Türkiyəli tanınmış aktyor Serdar Gökhan çıxışında tədbirdə iştirakından məmnunluğunu ifadə edib.

Sonda xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, tədbirin məqsədi türk xalqlarının ortaq dəyərlərini, mədəniyyətini kinoda əks etdirmək, müstəqil türk respublikaları, digər türk muxtar respublikaları ilə birlikdə müştərək film istehsalının inkişafına təkan verməkdir.

XƏBƏRLƏR

30.08.2024 11:39
Azərbaycanın “Simurq” muğam ansamblı Özbəkistanda XIII “Şərq təranələri” festivalının Qran-pri mükafatını qazanıb
29.08.2024 16:37
Mədəniyyət Nazirliyi Moskva Kino Həftəsində təmsil olunub
29.08.2024 14:50
Mədəniyyət naziri Astara rayonunda vətəndaşları qəbul edib
28.08.2024 17:54
“Min bir gecə” baleti Pekində sənətsevərlərin qəlbini fəth edib
28.08.2024 09:21
Laçın Şəhəri Günü təntənəli şəkildə qeyd olundu
27.08.2024 11:36
Laçın Şəhəri Günü qala konsert və atəşfəşanlıqla başa çatıb
26.08.2024 17:27
Laçında bayram şöləni davam edir
26.08.2024 16:32
Laçın Şəhəri Gününün təntənəli açılış mərasimi olub
23.08.2024 17:51
Musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri elan olunub
23.08.2024 09:35
Daşkənddə Azərbaycan və Özbəkistan sənətçilərinə fəxri adlar təqdim olunub
22.08.2024 09:05
Türkdilli region və dövlətləri birləşdirən yayım platformasının yaradılması müzakirə olunub
20.08.2024 18:14
Maestro Niyazi musiqi mədəniyyətimizə ləyaqətlə xidmət edib
20.08.2024 14:23
Fəxri xiyabanda maestro Niyazinin xatirəsi yad olunub
19.08.2024 12:14
“Füzulidə yay məktəbi” layihəsi rəngarəng və maraqlı tədbirlərlə yadda qaldı
16.08.2024 14:40
Musiqi, incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu ilə bağlı apelyasiya müraciətlərinə baxılıb
15.08.2024 16:54
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramına sənəd qəbulu elan edilir
15.08.2024 15:54
“Füzulidə yay məktəbi” layihəsinin açılış mərasimi olub
14.08.2024 17:04
Füzuli şəhərində yay məktəbi təşkil olunacaq
03.08.2024 14:19
Azərbaycan Kinosu Günü təntənəli şəkildə qeyd olunub
02.08.2024 13:11
Monteneqroda “Azərbaycan xalçası: təbiətlə dialoq” adlı sərgi açılıb
31.07.2024 13:22
“Min bir gecə” baleti yeni quruluşda Pekində ilk dəfə təqdim olunacaq
30.07.2024 14:04
Azərbaycan-Çin mədəni əməkdaşlığının geniş perspektivləri müzakirə olunub
30.07.2024 10:18
Mədəniyyət naziri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyib
26.07.2024 15:32
Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb
24.07.2024 16:55
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin birgə məlumatı
24.07.2024 15:04
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı həyata keçiriləcək
24.07.2024 11:03
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi davam edir