Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2742

“Prodüserlərin yüksəlişi” təlim proqramının açılışı olub

Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) və Azərbaycan Prodüserlər Gildiyasının təşkilatçılığı ilə “Prodüserlərin yüksəlişi” adlı təlim proqramı həyata keçirilir.

Təlimlər Avropanın ən qabaqcıl kino məktəbinin mütəxəssis-müəllimləri, tanınmış alman prodüserlər Martin Hagemann və Titus Kreyenberq tərəfindən təşkil olunur.

Oktyabrın 9-da "Hyatt Regency Baku" hotelində təlim proqramın açılış mərasimi olub.

Azərbaycan Prodüserlər Gildiyasının sədri Fikrin Bektaşi çıxış edərək layihə haqqında məlumat verib. Qeyd edib ki, proqramın məqsədi Azərbaycanda yeni nəsil prodüserləri hazırlamaqdır: "Bu gün burada təcrübəli prodüserlərlə yanaşı, bu sahəyə ilk addımlarını atan prodüserlər də iştirak edir. Təlim iki mərhələdə keçiriləcək. Birinci mərhələ (intensiv mərhələ) oktyabrın 13-dək davam edəcək. İkinci mərhələdə isə təlim iştirakçılarının ideyaları əsasında kino layihəsi ilə bağlı iş aparılacaq. Bu mərhələ zamanı təlim rəhbərləri tərəfindən "Zoom" proqramı vasitəsilə iştirakçılarla əlaqə yaradılacaq".

Prodüser Martin Hagemann təlimin strukturu barədə danışıb. Bildirib ki, 8 həftə davam edəcək təlimlərdə prodüser sənayesi, bu sahənin əsasları haqqında məlumat veriləcək: “Təlim zamanı iştirakçılar hər birində 15 nəfər olmaqla iki qrupa bölünəcək. Amma biz Titus Kreyenberqlə birlikdə tez-tez qrupları dəyişdirəcəyik. Bu, təlimin effektiv olmasına şərait yaradacaq".

Prodüser Titus Kreyenberq təlimin əhəmiyyətindən bəhs edib. 

Çıxışlardan sonra təlim iştirakçıları ilə tanışlıq olub.

Qeyd edək ki, təlim iştirakçıları üçün rəqabətədavamlı kino biznesinin yaradılması və idarə olunması, yerli və xarici maliyyə mənbələrinin film istehsalına cəlb edilməsi, filmlərin yerli və xarici satışının təşkili, eləcə də digər sahələr üzrə fundamental biliklərə yiyələnmək imkanı təqdim edir. Eyni zamanda iştirakçılar təlim müddətində müasir beynəlxalq standartlara cavab verən kino layihələrini hazırlamaq fürsəti də qazanacaqlar.

Proqramın sonunda iştirakçılara sertifikat veriləcək. Ən yaxşı kino layihələrinin müəllifləri isə fərqlənmə sertifikatı və ARKA-nın təşkil etdiyi film layihələri müsabiqələrində və digər layihələrdə güzəştli iştirak hüququ qazanacaqlar.
Təlimlər Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər planının müvafiq yarımbəndinə əsasən təşkil olunur.

XƏBƏRLƏR

10.09.2024 10:07
Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
06.09.2024 17:23
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
05.09.2024 10:54
Dövlət Xidməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında Anlaşma Memorandumu imzalanıb
05.09.2024 09:44
Bəstəkarlarımızın yeni əsərləri musiqi və incəsənət məktəblərinin tədris proqramına daxil ediləcək
04.09.2024 14:31
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdəki Xudavəng monastır kompleksində olublar
04.09.2024 10:15
Azərbaycanda ilk dəfə "Baku Cinema Breeze" beynəlxalq film festivalı keçiriləcək
30.08.2024 11:39
Azərbaycanın “Simurq” muğam ansamblı Özbəkistanda XIII “Şərq təranələri” festivalının Qran-pri mükafatını qazanıb
29.08.2024 16:37
Mədəniyyət Nazirliyi Moskva Kino Həftəsində təmsil olunub
29.08.2024 14:50
Mədəniyyət naziri Astara rayonunda vətəndaşları qəbul edib
28.08.2024 17:54
“Min bir gecə” baleti Pekində sənətsevərlərin qəlbini fəth edib
28.08.2024 09:21
Laçın Şəhəri Günü təntənəli şəkildə qeyd olundu
27.08.2024 11:36
Laçın Şəhəri Günü qala konsert və atəşfəşanlıqla başa çatıb
26.08.2024 17:27
Laçında bayram şöləni davam edir
26.08.2024 16:32
Laçın Şəhəri Gününün təntənəli açılış mərasimi olub
23.08.2024 17:51
Musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri elan olunub
23.08.2024 09:35
Daşkənddə Azərbaycan və Özbəkistan sənətçilərinə fəxri adlar təqdim olunub
22.08.2024 09:05
Türkdilli region və dövlətləri birləşdirən yayım platformasının yaradılması müzakirə olunub
20.08.2024 18:14
Maestro Niyazi musiqi mədəniyyətimizə ləyaqətlə xidmət edib
20.08.2024 14:23
Fəxri xiyabanda maestro Niyazinin xatirəsi yad olunub
19.08.2024 12:14
“Füzulidə yay məktəbi” layihəsi rəngarəng və maraqlı tədbirlərlə yadda qaldı
16.08.2024 14:40
Musiqi, incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu ilə bağlı apelyasiya müraciətlərinə baxılıb
15.08.2024 16:54
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramına sənəd qəbulu elan edilir
15.08.2024 15:54
“Füzulidə yay məktəbi” layihəsinin açılış mərasimi olub
14.08.2024 17:04
Füzuli şəhərində yay məktəbi təşkil olunacaq
03.08.2024 14:19
Azərbaycan Kinosu Günü təntənəli şəkildə qeyd olunub
02.08.2024 13:11
Monteneqroda “Azərbaycan xalçası: təbiətlə dialoq” adlı sərgi açılıb