26 sentyabr - 1 oktyabr 2023-cü il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə DokuBaku VII Beynəlxalq Sənədli Filmlər Festivalı keçiriləcək.
DokuBaku festivalı son iki ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi olmaqla 2017-ci ildən hər il keçirilir. Festivalın proqramı 43 nümayişdən ibarətdir. Bu müddət ərzində beş kateqoriya üzrə 60-dan çox film nümayiş etdiriləcək: Ən yaxşı tammetrajlı
film, Ən yaxşı qısametrajlı film, DokuDarvin, No Main Müsabiqə, Müsabiqədən kənar və DokuKids - uşaqlar üçün filmlər.Hər nominasiya üzrə qalibləri Fransua Skulye, Nik Voyt, Maykl Qraversen, Andrea Tsulkova, Emil Nəcəfov və Fuad Şabanov kimi janrın tanınmış ustaları da daxil olmaqla 20 ekspertdən ibarət beynəlxalq münsiflər heyətinin üzvləri müəyyən edəcək. Hər kateqoriya üzrə birinci yeri tutan kinorejissorlara festival mükafatları veriləcək. Bu il mövcud “iHuman”, “iCyborg”, “NewEye” mükafatları ilə yanaşı, yeni “CosmoHuman” mükafatı da təqdim olunacaq.
Qeyd edək ki, festival tərəfdaşlarının sayı ildən-ilə artır. Bu il Bakıda keçirilən festivalda Saloniki Beynəlxalq Film Festivalının nümayəndəsi Yanis Palavos, eləcə də Lissabon Sənədli Filmlər Festivalının proqram tərtibatçısı Castin Cekl iştirak edir.