Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2288

XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

İyulun 27-də XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olacaq. Avqustun 2-nədək davam edəcək festival Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir.

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan budəfəki Qəbələ Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Böyük Britaniya, Estoniya, Litva, Polşa, Rusiya və Türkiyədən dünya şöhrətli musiqiçilər – ifaçı və dirijorlar, musiqi kollektivləri iştirak edəcək.

Azərbaycanın xalq artistlərləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadənin bədii rəhbərliyi ilə təşkil olunan XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı “Viva Opera” adlı konsertlə baş tutacaq. Açılış konsertində Əməkdar artist Əyyub Quliyevin və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər - xalq artistləri Dinarə Əliyeva (soprano), Əvəz Abdullayev (bariton), Samir Cəfərov (tenor), Yusif  Eyvazov (tenor) və Əməkdar artist Səbinə Əsədova (mezzo-soprano) çıxış edəcəklər.

2009-cu ildən ənənəvi təşkil olunan festivalda bu dəfə də musiqisevərlər üçün maraqlı proqramlar təqdim ediləcək. Bir həftə ərzində klassik, kamera musiqisi və muğam axşamları təşkil olunacaq. Festival günlərində Bakı Kamera Orkestri, “Clarte” klarnet kvarteti,  “Qaytağı” instrumental ansamblı, Litva Kamera Orkestri, xalq artistləri Ənvər Sadıqov, Fərhad Bədəlbəyli, Gülnaz İsmayılova, Murad Adıgözəlzadə, Ülviyyə Hacıbəyova, Yeganə Axundova, əməkdar artistlər Emil Əfrasiyab, Fuad İbrahimov, Fəridə Məmmədova, respublika və beynəlxalq müsabiqələr laureatları – Atəş Qarayev, Dennis Həsənov (Rusiya), Elmina Həsənova, Əli Məmmədov, Humay Hacızadə, Mahir Tağızadə, Mustafa Mehmandarov, Nərgiz Kəngərli, Osman Mustafazadə, Rüstəm Zeynalov, Səidə Tağızadə, Ümidə Abasova, Vurğun Vəkilov, istedadlı gənc solistlər, muğam ifaçıları, Dmitri Sitkovetski (Böyük Britaniya, dirijor), Mixail Lidski (Rusiya, piano), Henri-David Varema (Estoniya, violonçel), Mariuş Patira (Polşa, violin) və digərləri çıxış edəcək.

Görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun 90 illik yubileyi, tanınmış pianoçu Bella Davidoviçin 95, dahi bəstəkarlar Sergey Rahmaninovun 150 illik və İohannes Bramsın 190 illik yubileyləri də festival çərçivəsində xüsusi musiqi proqramları ilə qeyd ediləcək.

Festival günlərində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi çərçivəsində gənc ifaçıların konserti, Mixail Lidski (piano) və Henri-David Varemanın (violonçel) ustad dərsləri də olacaq.

XƏBƏRLƏR

29.09.2023 14:48
Prodüserlərin və prodüser olmaq arzusunda olan şəxslərin nəzərinə
29.09.2023 14:45
Animatorların inkişaf proqramına qəbul başladı
28.09.2023 15:48
Mədəniyyət naziri Mingəçevirdə vətəndaşları qəbul edib
27.09.2023 17:55
Azərbaycan ilə Qətər arasında mədəni əməkdaşlıq müzakirə olunub
27.09.2023 16:42
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini yad edib
26.09.2023 17:17
Azərbaycanın mədəniyyət naziri İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında çıxış edib
26.09.2023 12:11
DokuBaku VII Beynəlxalq Sənədli Filmlər Festivalı keçiriləcək
25.09.2023 16:35
Qarabağımızın incisi Şuşa yekdil qərarla “İslam dünyasının mədəniyyət paytaxtı” elan edildi
21.09.2023 18:42
Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlandı
19.09.2023 13:08
Heydər Əliyev Sarayında çoxdan gözlənilən “Məhəbbət əfsanəsi” baletinin təqdimatı olub
18.09.2023 17:30
“Xınalıq və Köç yolu mədəni landşaftı” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi
18.09.2023 15:12
Prezident İlham Əliyev Azərbaycan musiqi ictimaiyyətini təbrik edib
18.09.2023 12:44
Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub
15.09.2023 18:24
MDB-yə üzv dövlətlərin Yaradıcı və Elmi Ziyalılarının XVI Forumu və MDB-yə üzv dövlətlərin Mədəni Əməkdaşlıq üzrə Şurasının 38-ci iclası keçirilib
15.09.2023 17:52
Üzeyir Hacıbəyli festivalı 10-dək ölkədən musiqiçiləri bir araya gətirəcək
15.09.2023 12:13
Bu gün görkəmli kinorejissor, Xalq artisti Xamis Muradovun 80 illik yubileyidir
15.09.2023 10:34
Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə sənəd qəbununun vaxtı uzadılıb
15.09.2023 08:40
Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Ciddədə İƏT baş katibinin müavini ilə görüşüb
13.09.2023 15:46
Özbəkistanda “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşaya həsr olunan poçt markası buraxılıb
13.09.2023 15:01
Arif Məlikovun doğum günündə Fəxri xiyabanda məzarı ziyarət olunub
12.09.2023 14:52
Vətən müharibəsindəki tarixi zəfərə ithaf edilən ədəbi müsabiqənin nəticələri bəlli olub
11.09.2023 13:53
VI “Animafilm” Beynəlxalq Animasiya Festivalı başa çatdı
08.09.2023 14:45
Pekində mədəni irsin qorunması və bərpası üzrə əməkdaşlıq müzakirə olunub
07.09.2023 17:30
Bakıda 6-cı “Animafilm” festivalı keçirilir