Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2647

Mədəniyyət naziri Adil Kərimli dövlət kino təsisatlarını ziyarət edib

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasını ziyarət edib. Kinostudiyanın səs, geyim-rekvizit, pirotexnika, texniki avadanlıqlar, çəkiliş pavilyonları və digər bölmələr ilə yaxından tanış olan nazir əməkdaşlarla fikir mübadiləsi apararaq, sahənin inkişaf etməsi üçün atılacaq addımlardan danışıb.

Kinostudiyanın direktoru Nazim Hüseynov naziri ərazi və inzibati binalardakı şəraitlə tanış edib. Eldar Quliyev, Həsən Seyidbəyli, Hüseyn Seyidzadə, Tofiq Tağızadə və digər görkəmli kino sənətkarlarının kinostuduyadakı iş otaqlarının mühafizə olunması gənc kinematoqrafçılar üçün mənəvi stimul kimi də dəyərləndirilib.

Kino mühitinin inkişafı üçün atılacaq addımlardan biri də 100 illik kino məbədinin dövrün rəqabətə davamlı kino təşkilatlarından birinə çevrilməsinin labüdlüyü vurğulanıb. Bütün bölmələrin müasir standartlarda texniki təminatı üçün dövlət və özəl sektor tərəfindən sərmayə qoyulması ətrafında müzakirələr aparılıb. Digər kino qurumlarının "Azərbaycanfilm"in təcrübəsinə çatmağı üçün əməkdaşlığın vacibliyi qeyd olunub.

Nazir ərazidə yerləşən Dövlət Film Fondu ilə də yaxından tanış olub.

***

Daha sonra mədəniyyət naziri Adil Kərimli Dövlət Film Fonduna da baş çəkib.

Fondun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev  öncə naziri ümumi ərazi ilə tanış edib. Bildirib ki, Dövlət Film Fondu ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Nazirlər Kabinetinin 22 dekabr 1993-cü il tarixli sərəncamına əsasən yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, 2008-ci ildə Dövlət Film Fondu üçün yeni bina istifadəyə verilib. 

Mədəniyyət naziri Adil Kərimli ümumi sahəsi təxminən 6,6 min kvadrat metr olan Azərbaycan Dövlət Film Fondunun texniki avadanlıqlarla təchiz edilmiş inzibati otaqlar, laboratoriya, tamaşa salonu, yardımçı otaqlarla, həmçinin Fondda filmlərin saxlanılma və bərpa şəraiti, filmlərin saxlanma boksları, lentlərin bərpa avadanlıqları və digər texniki imkanları ilə tanış olub. 

Nazirə Film Fondunun nəzdində fəaliyyət göstərən Kino Muzeyinin eksponatları haqqında geniş məlumat verilib, diqqətinə çatdırılib ki, hər il Film Fondunda Azərbaycan kino xadimlərinin xatirələrinə həsr olunmuş tədbirlər, yubiley və xatirə gecələri təşkil olunur, şəxsi arxiv fondları yaradılır və hazırda Fondda qorunan ümumi saxlanma vahidlərinin sayı 80.000-i ötüb. 

Sonra mədəniyyət naziri Film Fondunun hazırkı dövrdə qarşılaşdığı problemlərlə maraqlanıb və qurumun gələcəkdə də dövlət qayğısı ilə əhatə olunacağını xüsusi vurğulayıb.

XƏBƏRLƏR

06.12.2023 14:43
Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element UNESCO-nun siyahısına daxil edilib
06.12.2023 13:24
“Zamanla dialoq” adlı fərdi sərgi açılacaq
05.12.2023 09:43
Qazaxıstan Mədəniyyəti Günləri sərgi və qala-konsertlə başa çatıb
04.12.2023 12:55
Mədəniyyət naziri qazaxıstanlı həmkarı ilə görüşüb
04.12.2023 10:23
Türk Dünyasının Yumor Festivalı keçirilib
01.12.2023 14:15
Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun icmalı
30.11.2023 18:01
"Türk dünyasının yumor sahəsi üzrə əməkdaşlıq perspektivləri” – “Yaradıcı həftə” çərçivəsində dəyirmi masa
30.11.2023 17:11
“Musiqi Sənayesi Platforması”nda növbəti panel milli musiqi məhsulunun rəqabətliliyinə həsr olunu
30.11.2023 16:17
“Yaradıcı həftə” çərçivəsində Azərbaycan musiqi sənayesinə həsr olunmuş tədbir keçirilib
30.11.2023 14:27
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu başa çatıb
30.11.2023 09:35
"A-hub Akselerasiya Proqramı”nın milli final mərhələsi keçirilib
30.11.2023 09:27
Apellyasiya Komissiyasının iclasıyekunlaşdı
29.11.2023 18:34
Forumda dizayn sənayesinin inkişaf məsələləri də müzakirə olunub
29.11.2023 15:40
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 15:24
Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə yekun vurulub
29.11.2023 15:10
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 11:39
Film layihələri müsabiqəsi ilə bağlı Seçim komissiyası və Ekspert şurasının yekun iclası keçirilib
29.11.2023 10:02
Forumun növbəti paneli “Mədəniyyət və yaradıcı sənayelər: ixrac potensialı, beynəlxalq əməkdaşlıq” mövzusuna həsr olundu
29.11.2023 09:57
Forum öz işini “Mədəniyyət və yaradıcı sənayelər ekosisteminin inkişafı: beynəlxalq perspektiv” adlı panel sessiya ilə davam etdirdi
27.11.2023 10:07
Azərbaycanda ilk dəfə olaraq “Mədəni irs” mövzusunda forum keçiriləcək
23.11.2023 14:30
“Yaradıcı Həftə”də “CulTech” və “GameTech” hakatonları keçiriləcək
22.11.2023 15:49
Xalq artistləri Rasim Ocaqov və Həsən Məmmədovun doğum günlərində məzarları ziyarət olunub