Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3155

“Milli kino: dünən, bu gün və sabah” – kinoforum panel müzakirələrlə davam edib

Xəbər verdiyimiz kimi, aprelin 20-də Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda kinoforum keçirilir. 

Heydər Əliyev Mərkəzində təşkil olunan forum ümummilli liderin 100 illik yubileyi çərçivəsində reallaşır.

Açılış mərasimindən sonra kinoforum panel iclasları ilə davam etdi.  “İdeologiya. Milli kino: dünən, bu gün və sabah” adlı ilk paneldə “Mədəniyyət siyasətində kinonun rolu”, “Milli kinoda mövzu seçimi. Cəmiyyətin gözləntisi və dövlət sifarişi”, “Kino sahəsində peşəkar kadr hazırlığının mexanizmləri” mövzuları ətrafında çıxışlar dinlənildi.

Teleaparıcı Vüsalə Məmmədovanın moderatorluğu ilə keçirilən paneldə kinorejissor, Xalq artisti Vaqif Mustafayev daha çox mədəniyyət siyasətində kinonun rolu və mövzu seçimi ətrafında fikirlərini bölüşdü.

Kinorejissor, Əməkdar incəsənət xadimi Rafiq Quliyev çıxışında keçmişlə müqayisədə film sənayesinin ideologiyadan nisbətən uzaqlaşdığını, kino ilə tamaşaçı arasında ünsiyyətin zəiflədiyini dilə gətirdi. Kinonun sosial sifarişdən çox, dövriyyəyə hesablanmasının narahatlıq doğurduğunu qeyd etdi.

Kinorejissor, kinoşünas, Əməkdar incəsənət xadimi Ayaz Salayev hər bir xalqın özünəməxsus kino dilinin olması, milli kinomuzun öz simasının formalaşmasının vacibliyini vurğuladı. Dedi ki, bu gün vətənpərvərlik, Qarabağ Zəfəri, qəhrəmanlıq mövzulu film və seriallara ehtiyac var.

Yaradıcı insanların, kino ictimaiyyətinin bir arada olmasından məmnunluqla danışan kinorejissor, aktyor, Əməkdar incəsənət xadimi Elxan Cəfərov bu formatda müzakirənin kinomuzun sabahı naminə əhəmiyyətli addım kimi dəyərləndirdi. O, diqqəti kinodakı əsas istiqamətlərə – ideoloji, kommersiya və sırf yaradıcı, yəni müəllif filmlərinə yönəltdi. Qeyd etdi ki, bu sahədə çoxlu problemlər var və onlardan da ən əsası ixtisaslı kadrların azlığıdır. Bu da öz növbəsində filmlərin texniki və yaradıcılıq baxımından keyfiyyətinə mənfi təsir göstərir. 

Ssenarist, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu hazırda kinematoqrafiyanın əsas etibarilə bazarla, tələbatla səsləşməli olduğunu dedi, bu sahənin idarəçilik və təşkilatçılıq baxımından yeni tendensiyalara açıq olmasının vacibliyini vurğuladı.

Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi, dramaturq, ssenarist İlqar Fəhmi kinodramaturgiya, filmlərimizin mövzu dairəsi, ssenaristlərin film istehsalatında yeri və mövqeyinin müəyyənləşməsi, ideoloji kontekstdə kütləvi sənət olan kinonun təsir gücünün nəzərə alınmalı olduğunu dedi.

Kinorejissor Teymur Hacıyev isə kinematoqrafiyanın qlobal dünya ilə rabitə üçün mühüm vasitə olduğunu önə çəkdi. Bu mənada Qarabağ həqiqətlərimizin həm daxili auditoriya, həm də dünyaya çıxışı üçün müvafiq kino dilinin, ideya və formasının müəyyənləşdirilməli olduğunu dedi.

 

Yaradıcılıq: müasir Azərbaycan kinosunun perspektivləri

Kinoforumun aprelin 20-də reallaşan ikinci paneli “Yaradıcılıq: müasir Azərbaycan kinosunun perspektivləri” mövzusuna həsr olunmuşdu.

Telejurnalist Kamran Qasımovun moderatorluq etdiyi paneldə “Müəllif kinosunda uğur meyarları”, “Kinofestivallar və kinofondlar – müştərək istehsal üçün zəruri platforma” və “Satış potensialı olan filmlər üçün dəstək sistemi” mövzuları üzrə müzakirələr aparıldı.

Kinorejissorlar, Əməkdar incəsənət xadimləri – Cəmil Quliyev, Yavər Rzayev, Azərbaycan Kinematoqrafçılar İttifaqının nəzdində fəaliyyət göstərən Beynəlxalq Kino Məktəbinin rəhbəri Oleq Səfərəliyev, kinorejissor, ssenarist Asif Rüstəmov, təsvir rejissoru Orxan Abbasov və gənc rejissor Türkan Hüseynova mövzu üzrə çıxış etdilər. Auditoriyanın sualları cavablandırıldı, fikir mübadiləsi aparıldı.

“Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda kinoforum aprelin 21-də panel iclaslarla işini davam etdirəcək.

XƏBƏRLƏR

06.12.2023 14:43
Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element UNESCO-nun siyahısına daxil edilib
06.12.2023 13:24
“Zamanla dialoq” adlı fərdi sərgi açılacaq
05.12.2023 09:43
Qazaxıstan Mədəniyyəti Günləri sərgi və qala-konsertlə başa çatıb
04.12.2023 12:55
Mədəniyyət naziri qazaxıstanlı həmkarı ilə görüşüb
04.12.2023 10:23
Türk Dünyasının Yumor Festivalı keçirilib
01.12.2023 14:15
Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun icmalı
30.11.2023 18:01
"Türk dünyasının yumor sahəsi üzrə əməkdaşlıq perspektivləri” – “Yaradıcı həftə” çərçivəsində dəyirmi masa
30.11.2023 17:11
“Musiqi Sənayesi Platforması”nda növbəti panel milli musiqi məhsulunun rəqabətliliyinə həsr olunu
30.11.2023 16:17
“Yaradıcı həftə” çərçivəsində Azərbaycan musiqi sənayesinə həsr olunmuş tədbir keçirilib
30.11.2023 14:27
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu başa çatıb
30.11.2023 09:35
"A-hub Akselerasiya Proqramı”nın milli final mərhələsi keçirilib
30.11.2023 09:27
Apellyasiya Komissiyasının iclasıyekunlaşdı
29.11.2023 18:34
Forumda dizayn sənayesinin inkişaf məsələləri də müzakirə olunub
29.11.2023 15:40
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 15:24
Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə yekun vurulub
29.11.2023 15:10
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 11:39
Film layihələri müsabiqəsi ilə bağlı Seçim komissiyası və Ekspert şurasının yekun iclası keçirilib
29.11.2023 10:02
Forumun növbəti paneli “Mədəniyyət və yaradıcı sənayelər: ixrac potensialı, beynəlxalq əməkdaşlıq” mövzusuna həsr olundu
29.11.2023 09:57
Forum öz işini “Mədəniyyət və yaradıcı sənayelər ekosisteminin inkişafı: beynəlxalq perspektiv” adlı panel sessiya ilə davam etdirdi
27.11.2023 10:07
Azərbaycanda ilk dəfə olaraq “Mədəni irs” mövzusunda forum keçiriləcək
23.11.2023 14:30
“Yaradıcı Həftə”də “CulTech” və “GameTech” hakatonları keçiriləcək
22.11.2023 15:49
Xalq artistləri Rasim Ocaqov və Həsən Məmmədovun doğum günlərində məzarları ziyarət olunub