Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1865

Beynəlxalq Uşaq Kitabları Şurasının sertifikatları təqdim olunub

Beynəlxalq Uşaq Kitabları Şurasının (IBBY) Fəxri Siyahısına daxil edilən “Cəsur ayı və dostları” uşaq kitabının yazarı Solmaz Amanova, rəssam İskəndər Məmmədov və “Everest” nəşriyyatının icraçı direktoru Nemət Əliyevə 11 aprel 2023-cü il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli tərəfindən qurumun sertifikatları təqdim olunub.

Dünya uşaq ədəbiyyatı yaradıcılarını və uşaqları bir araya gətirən Beynəlxalq Uşaq Kitabları Şurası (IBBY) 1953-cü ildə İsveçrənin Sürix şəhərində fəaliyyətə başlayıb və dünyanın 81 ölkəsi üzrə milli bölmələrdən ibarətdir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan F.Köçərli adına Respublika Uşaq Kitabxanasının iştirakı ilə ölkəmiz 2012-ci ildə Şuraya üzv qəbul edilib və Azərbaycan uşaq ədəbiyyatının təbliği istiqamətində əməkdaşlığa başlanıb.

Qurumun başlıca məqsədi dünyanın hər yerində uşaqlara yüksək bədii zövqə malik kitabları əldə etmək imkanını vermək, xüsusilə inkişaf etməkdə olan ölkələrdə keyfiyyətli uşaq kitablarının nəşrini və yayımını təşviq etməkdir.

Şuranın iki ildə bir təşkil etdiyi beynəlxalq konqreslər uşaqlar üçün ədəbiyyat və kitab mədəniyyəti sahəsində çalışan nüfuzlu mütəxəssisləri bir araya gətirir. Eyni zamanda şura tərəfindən uşaq ədəbiyyatı sahəsində ən nüfuzlu mükafat olan, “Kiçik Nobel Mükafatı” da adlandırılan Hans Kristian Andersen Mükafatı təqdim olunur.

Həmçinin şura tərəfindən görkəmli yazıçılar, illüstratorlar və tərcüməçilərdən ibarət Fəxri Siyahı hazırlanır. Şuranın Fəxri Siyahısı uşaq və yeniyetmələr üçün ədəbiyyatın dünyada təbliğində əhəmiyyətli rola malikdir.

XƏBƏRLƏR

17.05.2023 12:33
Beynəlxalq Muğam Festivalı çərçivəsində müxtəlif konsert proqramları təqdim olunacaq
13.05.2023 15:11
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
12.05.2023 16:37
“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi açılış mərasimi keçirildi
08.05.2023 10:49
Uşaq İncəsənət Festivalı çərçivəsində Zəngilanda tədbir keçirilib
01.05.2023 16:39
Mədəniyyət naziri Adil Kərimli dövlət kino təsisatlarını ziyarət edib
21.04.2023 18:01
“Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumu başa çatdı
21.04.2023 15:12
Kinoforumda ikinci gün: “Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri”
21.04.2023 11:53
Paytaxtdakı teatr və musiqi kollektivlərinin bölgələrə qastrolu başlanır
20.04.2023 19:53
“Milli kino: dünən, bu gün və sabah” – kinoforum panel müzakirələrlə davam edib
20.04.2023 16:27
Bakıda “Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda forum keçirilir
17.04.2023 16:49
Uşaq İncəsənət Festivalının birinci mərhələsinə start verildi
12.04.2023 20:00
“Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu başa çatdı
11.04.2023 16:05
Bakıda “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda forum keçirilib
11.04.2023 11:29
Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, tədris işləri üzrə direktor müavinlərinin və müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqə və müsahibələr keçiriləcək
10.04.2023 16:25
Azər Paşa Zəfər oğlu Nemətov
10.04.2023 15:09
Azərbaycan və Qazaxıstan prezidentlərinin geniş tərkibdə görüşü olub