Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2430

“Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu başa çatdı

Xəbər verdiyimiz kimi, “Heydər Əliyev İli” çərçivəsində 11-12 aprel tarixlərində Bakıda “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu keçirildi.

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) iştirakı ilə gerçəkləşən forum öz işini aprelin 12-də "Konsepsiya və strateji hədəflər" mövzusunda birinci panel iclasla davam etdirdi.

İclasda “Milli teatrın inkişaf strategiyası”, “Auditoriya tələbinin formalaşması və tamaşaçı axınının stimullaşdırılması", "Marketinq və reklam strategiyası", "Çağdaş teatr prosesində müstəqil teatrların rolu" mövzuları üzrə müzakirələr aparıldı.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktor müavini Vəfa Mühacirovanın moderatorluğu ilə keçən müzakirədə Azərbaycan Dövlət Pantomima Teatrının bədii rəhbəri Xalq artisti Bəxtiyar Xanızadə teatr və təhsil, teatr sənəti dünən və bu gün mövzusunda danışdı. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə teatr sahəsində islahatlar, ənənələr, festivallar və müasir  tələblər barədə fikirlərini bölüşdü. “M Teatr”ın rəhbəri Xalq artisti Vidadi Həsənov müstəqil teatrların problemləri, Azərbaycan Dövlət Yuğ Teatrının quruluşu rejissoru Gümrah Ömər rejissor işi və təcrübə mübadiləsi mövzularında çıxış etdilər.

Panel müzakirədə həmçinin "dOM" teatrının rəhbəri Tərlan Rəsul teatr problemlərinə spesifik yanaşma, "Əsa" teatrının rəhbəri Nihad Qulamzadə isə tamaşaçı-teatr münasibətləri barədə söz açdılar.

İclasda mütəxəssislər tərəfindən suallar cavablandırıldı, müxtəlif təkliflər səsləndirildi.

 

“Teatr sahəsində insan kapitalının inkişafı”

 

Günün ikinci yarısında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin moderatorluğu ilə forumun sonuncu panel iclası keçirildi.

“Teatr sahəsində insan kapitalının inkişafı” mövzusuna həsr olunan paneldə “Teatr təhsilində tələblə təklifin uzlaşma mexanizmi”, “Teatr aktual məsələlərin effektiv təbliğat platforması kimi”, “Sistemin qurulması və innovativ ideyaların tətbiqi zərurəti”, “Müasir teatr sənətində festival hərəkatı” və “Region teatrlarında kadr potensialı” mövzuları üzrə müzakirələr aparıldı.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının baş rejissoru Xalq artisti Aleksandr Şarovski, ADMİU-nun Teatr sənəti kafedrasının dekanı Böyükxanım Talıbova, Şəki Dövlət Dram Teatrının baş rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimli, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru Əməkdar artist Nicat Kazımov, Akademik Musiqili Teatrın quruluşçu rejissoru İradə Gözəlova və Teatr Xadimləri İttifaqının əməkdaşı, teatrşünas Dağlar Yusif qeyd olunan mövzularla bağlı çıxış etdilər. Faydalı müzakirələrin aparıldığı iclasda maraqlı təkliflər irəli sürüldü.
Bununla da, 150 yaşlı Azərbaycan peşəkar teatrının inkişaf perspektivlərinin müzakirə olunduğu, iki gün davam edən forum öz işini başa vurdu. Sonda xatirə şəkilləri çəkdirildi.

XƏBƏRLƏR

17.05.2023 12:33
Beynəlxalq Muğam Festivalı çərçivəsində müxtəlif konsert proqramları təqdim olunacaq
13.05.2023 15:11
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
12.05.2023 16:37
“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi açılış mərasimi keçirildi
08.05.2023 10:49
Uşaq İncəsənət Festivalı çərçivəsində Zəngilanda tədbir keçirilib
01.05.2023 16:39
Mədəniyyət naziri Adil Kərimli dövlət kino təsisatlarını ziyarət edib
21.04.2023 18:01
“Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumu başa çatdı
21.04.2023 15:12
Kinoforumda ikinci gün: “Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri”
21.04.2023 11:53
Paytaxtdakı teatr və musiqi kollektivlərinin bölgələrə qastrolu başlanır
20.04.2023 19:53
“Milli kino: dünən, bu gün və sabah” – kinoforum panel müzakirələrlə davam edib
20.04.2023 16:27
Bakıda “Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda forum keçirilir
17.04.2023 16:49
Uşaq İncəsənət Festivalının birinci mərhələsinə start verildi
13.04.2023 11:17
Beynəlxalq Uşaq Kitabları Şurasının sertifikatları təqdim olunub
11.04.2023 16:05
Bakıda “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda forum keçirilib
11.04.2023 11:29
Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, tədris işləri üzrə direktor müavinlərinin və müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqə və müsahibələr keçiriləcək
10.04.2023 16:25
Azər Paşa Zəfər oğlu Nemətov
10.04.2023 15:09
Azərbaycan və Qazaxıstan prezidentlərinin geniş tərkibdə görüşü olub