Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
990

Biləsuvar rayonunda mədəniyyət müəssisələrinə baxış keçirilib

Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli martın 31-də Biləsuvarda vətəndaşlarla görüşdən sonra rayonda fəaliyyət göstərən bir sıra mədəniyyət və bədii təhsil ocaqlarına baş çəkib.

Adil Kərimli Heydər Əliyev Mərkəzi, Mədəniyyət Mərkəzi, Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbi, Dövlət Rəsm Qalereyası, Xırmandalı kənd Uşaq İncəsənət Məktəbi, Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Bayrağı Muzeyinin fəaliyyəti ilə tanış olub. Müəssisələrə baxış zamanı fəaliyyətin günün tələbləri səviyyəsində qurulması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

Sonra rayonun Bəydili kəndi ərazisindəki ölkə əhəmiyyətli abidə – Yedditəpə kurqanlarına (qəbir abidələr) da baxış keçirilib. Bildirilib ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq, Biləsuvar rayonu ərazisindəki abidələr, o cümlədən adıçəkilən kurqanlar Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən yenidən qeydiyyata alınıb və mühafizəsi təşkil olunub.

XƏBƏRLƏR

01.06.2023 11:12
Mədəniyyət Nazirliyində “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
31.05.2023 18:57
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
31.05.2023 09:42
Azərbaycan UNESCO-nun Yardımçı Komitəsinə üzv seçilib
30.05.2023 19:11
Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Mədəniyyət Nazirliyində olub
30.05.2023 18:10
Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə sənədlərin qəbuluna başlanılıb
28.05.2023 20:11
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərində İşğal və Zəfər Muzeyi Kompleksinin təməlinin qoyulması mərasimində iştirak edib
17.05.2023 12:33
Beynəlxalq Muğam Festivalı çərçivəsində müxtəlif konsert proqramları təqdim olunacaq
13.05.2023 15:11
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
12.05.2023 16:37
“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi açılış mərasimi keçirildi
08.05.2023 10:49
Uşaq İncəsənət Festivalı çərçivəsində Zəngilanda tədbir keçirilib
01.05.2023 16:39
Mədəniyyət naziri Adil Kərimli dövlət kino təsisatlarını ziyarət edib
21.04.2023 18:01
“Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumu başa çatdı
21.04.2023 15:12
Kinoforumda ikinci gün: “Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri”
21.04.2023 11:53
Paytaxtdakı teatr və musiqi kollektivlərinin bölgələrə qastrolu başlanır
20.04.2023 19:53
“Milli kino: dünən, bu gün və sabah” – kinoforum panel müzakirələrlə davam edib
20.04.2023 16:27
Bakıda “Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda forum keçirilir
17.04.2023 16:49
Uşaq İncəsənət Festivalının birinci mərhələsinə start verildi
13.04.2023 11:17
Beynəlxalq Uşaq Kitabları Şurasının sertifikatları təqdim olunub
12.04.2023 20:00
“Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu başa çatdı
11.04.2023 16:05
Bakıda “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda forum keçirilib