Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2960

“Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsi ilə bağlı dinləmə keçirilib

Fevralın 28-də Milli Məclisin Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin iştirakı ilə “Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsi ilə bağlı birgə ictimai dinləmə keçirilib.

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan xalqının zəngin mədəni irsə malik olduğunu, qeyri-maddi və maddi mədəni irs nümunələrinin qorunması və təbliğinin dövlətin mədəniyyət siyasətində xüsusi yer tutduğunu deyib. Prezident İlham Əliyevin mədəniyyət sahəsinə xüsusi diqqət və qayğı ilə yanaşdığını vurğulayan komitə sədri dövlətimizin başçısının rəhbərliyi ilə mədəniyyət sahəsində əsaslı islahatların aparıldığını, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı istiqamətində müvafiq işlərin görüldüyünü bildirib.

Komitə sədri diqqətə çatdırıb ki, Azərbaycan 2003-cü ildə UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyasına qoşulub. Ötən müddət ərzində maddi və qeyri-maddi mədəni irs nümunələrinin qorunmasında müstəsna xidmətləri olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri nominasiyaları UNESCO-nun müvafiq siyahılarına daxil edilib və mədəni irsimiz bəşəriyyətin mirası olaraq qorunur. O, Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban Əliyevanın bu istiqamətdə təqdirəlayiq fəaliyyətindən bəhs edib.

Qənirə Paşayeva bugünkü ictimai dinləməni dövlətimizin başçısının bu sahəyə həssas yanaşmasının parlament müstəvisində dəstəyinin göstəricisi kimi dəyərləndirib. O, Milli Məclisin sədri Sahibə Qafarovaya tədbirin yüksək səviyyədə keçirilməsinə göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

Komitə sədri bildirib ki, Azərbaycan xalqının qeyri-maddi mədəni irs nümunələrinin hüquqi qorunması problemi milli təhlükəsizlik konsepsiyasının əsas hədəflərindən biri hesab olunur. Bildirib ki, ölkənin milli qanunvericilik sisteminə daxil olan “Folklor nümunələrinin hüquqi qorunması haqqında” Qanun milli səviyyədə qeyri-maddi mədəni irsin qorunmasına hüquqi təminatlar yaradıb. Lakin son illər UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması ilə bağlı apardığı ardıcıl müzakirələr, qəbul etdiyi sənədlər bu sahədə milli qanunvericiliyin təkmilləşdirilməsini zəruri edir.

Sonra Qənirə Paşayeva müzakirəyə çıxarılan “Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsinin əhəmiyyətindən danışıb. O diqqətə çatdırıb ki, yeni qanun layihəsinin əsas məqsədi ölkə ərazisində qeyri-maddi mədəni irs nümunələrinin yaradılması, aşkar edilməsi, toplanması, tədqiqi, təbliği, istifadəsi və qorunması sahəsində yaranan münasibətləri tənzimləməkdir. Bildirilib ki, təqdim edilən ilkin layihə 4 fəsil, 14 maddədən ibarətdir. Sənəddə bir sıra spesifik anlayışların izahı verilir, qeyri-maddi mədəni irs nümunələrinin əhatə etdiyi kateqoriyalar, qanunun tətbiq dairəsi və qeyri-maddi mədəni irs sahəsində mövcud olan qanunvericilik ehtiva olunur. Layihədə, habelə qeyri-maddi mədəni irs sahəsində dövlət tənzimlənməsinin məqsədləri, əsas istiqamətləri, dövlətin vəzifələri, qeyri-maddi mədəni irsin tənzimlənmə mexanizmləri müəyyən edilir.

Sənəddə, bununla yanaşı, Qeyri-maddi Mədəni İrs Nümunələrinin Dövlət Reyestrinin yaradılması və həmin reyestrin elektron formada aparılmasına dair məsələlər, qeyri-maddi mədəni irs nümunələrindən istifadə qaydaları, həmçinin UNESCO-nun Qeyri-maddi Mədəni irs üzrə Reprezentativ Siyahısına və Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-maddi Mədəni İrs üzrə Siyahısına daxil edilmiş Azərbaycan xalqına məxsus qeyri-maddi mədəni irs nümunələrinin adlarından istifadə qaydaları, qeyri-maddi mədəni irs nümunələrinin qorunmasının maliyyələşdirilməsi, beynəlxalq əməkdaşlıqla bağlı maddələr öz əksini tapıb.

İclasda çıxış edən mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli bildirib ki, təqdim edilən qanun layihəsi dövlət mədəniyyət siyasətinin prioritet istiqamətlərini əhatə edir. O, mədəni irsin qorunması, mühafizəsi, bununla bağlı hüquqi mexanizmlərin formalaşdırılmasının zəruriliyi, mədəniyyət sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi və formalaşdırılımasının vacibliyindən bəhs edib. Mədəniyyət sahəsində mövcud vəziyyət, o cümlədən qanunvericilik bazası, infrastruktur, kadr potensialı və digər məsələlər barədə danışıb. O, ölkə Prezidentinin mədəniyyət sahəsinə daim diqqət və qayğı ilə yanaşdığını vurğulayıb. Bu sahənin inkişafı üçün qəbul edilən sənədlər, həyata keçirilən layihələrlə bağlı fikirlərini açıqlayıb.

Adil Kərimli Mədəniyyət Nazirliyi tərəfindən “Azərbaycan mədəniyyəti 2020-2040 dövlət strategiyası” ilə bağlı tədbirlər planının tərtib edildiyini bildirib. Bu sahədə sistemli, məqsədyönlü fəaliyyətin həyata keçirildiyini, bununla bağlı prioritetlərin hazırlandığını söyləyib. O, habelə işğaldan azad edilmiş ərazilərdə mədəni və tarixi abidələrimizin bərpası barədə danışaraq, abidələrimizin qorunması və mühafizəsinin mühüm əhəmiyyət kəsb edən məsələlərdən olduğunu deyib.

Nazir müavini təqdim edilən qanun layihəsinin vacibliyini qeyd edərək, qeyri-maddi mədəni irsin qorunmasının mədəniyyətimizin prioritet istiqamətlərindən hesab edildiyini, bu sahənin qanunvericiliklə tənzimlənməsinin önəmli olduğunu bildirib. O, bu sənədin milli mədəni irsimizin qorunmasına xidmət edəcəyini söyləyib.

Sonra tədbirdə Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov çıxış edib. O, müəllifi olduğu “Qeyri-maddi mədəni irs (QMMİ) anlayışı və onun istifadəsi” adlı kitabını təqdim edərək, qeyri-maddi mədəni irs nümunələrinin, ənənəvi mədəni nümunələrin və ənənəvi biliklərin qorunub saxlanılmasının əhəmiyyətindən bəhs edib.

Mövzu ətrafında müzakirələrdə Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa, üzvləri Sabir Rüstəmxanlı, Nizami Cəfərov, Razi Nurullayev, Əziz Ələkbərov, Novruzəli Aslanov, Cavanşir Feyziyev, Ülviyyə Həmzəyeva, parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, AMEA-nın Folklor İnstitutunun Baş direktoru Muxtar İmanov, “Dünya Musiqi Xəzinəsinin İncisi-Muğam” İctimai Birliyinin sədri Nuriyyə Hüseynova, “Mədəni İnkişaf və Dialoq” İctimai Birliyinin təsisçisi Rəna Mirzəzadə çıxış ediblər.

Çıxışlarda təqdim olunan qanun layihəsinin əhəmiyyəti və aktuallığı, milli mədəni irsin qorunmasının vacibliyi qeyd olunub, bir sıra təkliflər verilib. Habelə mədəniyyət sahəsində mövcud vəziyyət və bu sahənin inkişafı istiqamətində görüləsi tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli və Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov səsləndirilən fikirlərə münasibət bildiriblər, qaldırılan bəzi məsələlərə aydınlıq gətiriblər.

Dinləməyə yekun vuran komitə sədri Qənirə Paşayeva müzakirələrin səmərəli keçdiyini, faydalı fikirlərin səsləndirildiyini söyləyib.

Tədbirdə parlamentin Mədəniyyət komitəsinin üzvləri Ülviyyə Ağayeva, Mixail Zabelin, aidiyyəti qurumların nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri və digər rəsmi şəxslər iştirak ediblər.

XƏBƏRLƏR

21.06.2024 10:00
Beynəlxalq Animasiya Filmləri Festivalında Azərbaycan stendlə təmsil olunub
20.06.2024 09:24
Azərbaycan Pekin Beynəlxalq Kitab Sərgisində ilk dəfə milli stendlə təmsil olunur
14.06.2024 17:04
Mədəniyyət naziri Samuxda vətəndaşları qəbul edib
13.06.2024 18:02
Özbək dilinə tərcümə edilmiş "Qılınc və qələm" romanı Daşkənddə təqdim olunub
13.06.2024 17:04
Dövlət Yuğ Teatrı “Mənəm, mən” tamaşasını Daşkənddə nümayiş etdirib
13.06.2024 09:51
"Arşın mal alan" yenidən Daşkənd səhnəsində nümayiş olunub
13.06.2024 09:31
"Azərbaycanın sənət incilərində yaşayan milli irsi” - Daşkənddə sərgi açılıb
12.06.2024 11:23
Daşkənddə Azərbaycan incəsənətinin növbəti təntənəsi
12.06.2024 09:40
Azərbaycan və Özbəkistanın mədəniyyət nazirləri Daşkənddə görüşüb 
12.06.2024 09:33
Özbəkistan Milli Kitabxanasında Azərbaycan guşəsinin açılışı olub
11.06.2024 15:30
Özbəkistan Yazıçılar İttifaqında "Məhəmməd Füzuli və Əlişir Nəvai: ortaq ədəbi-mənəvi dəyərlərimiz" adlı konfrans keçirilib
10.06.2024 17:07
Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri başlanır
08.06.2024 09:43
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin birgə bəyanatı
07.06.2024 15:41
VI Dialoq Forumunun yekun bəyannaməsi BMT Baş Assambleyası 78-ci sessiyasının sənədi kimi dərc olunub
07.06.2024 13:10
Mədəniyyət naziri İmişli rayonunda vətəndaşların müraciətlərini dinləyib
06.06.2024 19:02
“1920-1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası” adlı yeni ekspozisiyanın açılış mərasimi keçirilib
04.06.2024 09:01
“A-Hub Akselerasiya Proqramı”nın qalibləri Şuşada mükafatlandırılıb
03.06.2024 18:28
Vokalçıların Bülbül adına IX Beynəlxalq Müsabiqəsinin açılış mərasimi keçirilib
03.06.2024 17:57
Şuşada keçirilən Beynəlxalq Sahibkarlar Forumu maraqlı mövzulara həsr olunan panel sessiyalarla davam edir
03.06.2024 16:17
Şuşada Beynəlxalq Sahibkarlar Forumu keçirilir
03.06.2024 12:21
Görkəmli baletmeyster Maqsud Məmmədov 95 illiyi münasibətilə evində ziyarət olunub
02.06.2024 21:24
"A-Hub Akselerasiya Proqramı”nın dünya finalı keçirilib
01.06.2024 20:28
Bakıda və Şuşada “Rəqəmsal Yaradıcı Həftəsonu” (Digital Creative Weekend) layihəsi həyata keçirilir
30.05.2024 15:37
Rəqəmsal yaradıcı həftəsonu elan olunur
28.05.2024 19:01
“Təbəssüm üçün musiqi” adlı silsilə tədbirlər həyata keçirilir
24.05.2024 10:01
Ölkəmizdə keçirilən Tacikistan Mədəniyyəti Günləri başa çatıb
23.05.2024 08:21
Türk dünyasının ilk müştərək film layihəsi ilə əlaqədar görüş keçirilib
21.05.2024 18:20
Mədəniyyət naziri tacikistanlı həmkarı ilə görüşüb
21.05.2024 14:57
Bakıda Tacikistan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub