Mədəniyyət Nazirliyi tabeliyində olan kitabxanalara işə qəbul üzrə keçirilmiş müsabiqənin test mərhələsinin nəticələrini elan edir
Nazirliyin sistemində olan kitabxanalar üzrə vakant vəzifələrin tutulması məqsədilə 28 noyabr 2022-ci il tarixində Azərbaycan Milli Kitabxanasında təşkil olunan test imtahanında iştirak etmiş namizədlərin nəticələri bəlli olub.
Nəticələrə əsasən, test imtahanında iştirak edən 319 namizəddən 141 nəfəri (44 faiz) keçid balını toplayaraq müsabiqənin müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. 178 namizəd (56 faiz) isə müəyyən edilmiş keçid balından aşağı nəticə göstərməklə müsabiqədən keçməyib.
Namizədlər aşağıdakı linkə daxil olmaqla iş nömrələri vasitəsilə test imtahanının nəticələri barədə ətraflı məlumat əldə edə bilərlər.
Məlumat üçün bildiririk ki, test imtahanından 70% (35 düzgün cavab) nəticə əldə etmiş namizdələr
Bakı şəhərində fəaliyyət göstərən kitabxanalar üzrə vakant vəzifələrin tutulması üçün, 60% (30 düzgün cavab) nəticə əldə etmiş namizdələr Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə fəaliyyət göstərən kitabxanalar üzrə vakant vəzifələrin tutulması üçün, 50% (25 düzgün cavab) nəticə əldə etmiş namizdələr isə digər inzibati ərazi vahidlərində olan kitabxanalar üzrə vakant vəzifələrin tutulması üçün müsahibəyə buraxılacaqlar.Test imtahanından keçmiş namizədələrə müsahibənin proqramı, vaxtı və yeri barədə əlavə məlumat veriləcəkdir.
Nəticələrə dair şikayəti olan şəxslər 5-7 dekabr 2022-ci il tarixlərində apellyasiya@culture.gov.az elektron poçt ünvanı vasitəsilə Nazirliyin Apellyasiya Şurasına müraciət edə bilərlər.