Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1270

Nazir Anar Kərimov Yevlaxda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub

Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Anar Kərimov noyabrın 29-da Yevlax şəhər Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbuldan sonra nazir Yevlaxda bir sıra mədəniyyət müəssisələrinə baş çəkib.

Müəssisələrin ümumi fəaliyyəti, cari vəziyyəti və maddi-texniki imkanları haqqında məlumat alan Anar Kərimov mədəniyyət ocaqlarında işin günün tələblərinə uyğun qurulması ilə əlaqədar tapşırıq və tövsiyələrini verib.

Mədəniyyət naziri Yevlax rayonunun Aran qəsəbəsində Uşaq Musiqi Məktəbinin və Mədəniyyət evinin fəaliyyəti ilə tanış olub. Nazirə məlumat verilib ki, musiqi məktəbi 1985-ci ildə fəaliyyətə başlayıb, 2019-cu ildə məktəbin yeni binası istifadəyə verilib. Məktəbdə fortepiano, tar, qarmon, kamança və xanəndəlik ixtisasları tədris olunur, 144 şagird təhsil alır, 46 müəllim çalışır. Mədəniyyət evi 1958-ci ildə istismara verilən binada həmin ildə fəaliyyətə başlayıb. 2019-cu ildə binası Mədəniyyət Nazirliyi tərəfindən əsaslı təmir olunub.

Səfər çərçivəsində Yevlax şəhərində 1 və 2 nömrəli uşaq musiqi məktəblərinə baxış keçirilib. Məlumat verilib ki, 1964-cü ildə fəaliyyətə başlayan 1 nömrəli Uşaq Musiqi Məktəbində fortepiano, violin, tar, qarmon, xanəndəlik ixtisasları üzrə tədris aparılır, 104 müəllim çalışır, 311 şagird təhsil alır.  1991-ci ildən fəaliyyət göstərən 2 nömrəli Uşaq Musiqi Məktəbində fortepiano, tar, nağara, xanəndəlik, qarmon və saz ixtisasları üzrə tədris aparılır, 78 müəllim çalışır, 247 şagird təhsil alır.

Anar Kərimov Yevlax Tarix-diyarşünaslıq Muzeyinə baxış keçirib. 2005-ci ildə fəaliyyətə başlayayan muzeyin əsas fondunda 2580 eksponat mühafizə edilir, onlardan 800-ü daimi sərgilənir.

Mədəniyyət naziri Yevlax şəhər Mədəniyyət Mərkəzində, mərkəzin filialları kimi fəaliyyət göstərən Heydər Əliyev Sarayında və Şəhər Yaradıcılıq evində olub. Qeyd olunub ki, 2015-ci ildən fəaliyyət göstərən Mədəniyyət Mərkəzi 1982-ci ildə Mədəniyyət Evi kimi fəaliyyətə başlayıb. Anar Kərimov 2007-ci ildən fəaliyyət göstərən Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyi tərəfindən 2021-ci ildən həyata keçirilən əsaslı təmir işləri ilə tanış olub, yenidənqurma işlərinin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılmasına dair tapşırıq və tövsiyələrini verib.

Yevlax şəhər MKS-nin Mərkəzi Kitabxanasına gələn Anar Kərimov kitabxananın fəaliyyəti, kitab fondu, oxucu sayı barədə ətraflı məlumat alıb. Nazirə məlumat verilib ki, hazırda 500 minə yaxın kitab fondu olan Mərkəzi Kitabxana 1976-cı ildən fəaliyyət göstərir. Binası 1975-ci ildə istismara verilib və 2019-cu ildə bina Mədəniyyət Nazirliyi tərəfindən əsaslı təmir olunub.

XƏBƏRLƏR

26.07.2024 15:32
Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb
24.07.2024 16:55
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin birgə məlumatı
24.07.2024 15:04
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı həyata keçiriləcək
24.07.2024 11:03
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi davam edir
22.07.2024 18:00
Mədəniyyət Nazirliyi Nyu Dehlidə keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 46 sessiyasında təmsil olunur
22.07.2024 10:48
Vaqif Poeziya Günlərinin geniş icmalı
22.07.2024 10:09
Musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
19.07.2024 17:34
Mədəniyyət paytaxtımızda növbəti Vaqif Poeziya Günləri başa çatıb
19.07.2024 12:06
Şuşada "Məhəmməd Füzuli. Zamanın fövqündə" mövzusunda konfrans keçirilib
18.07.2024 19:44
Vaqif Poeziya Günləri çərçivəsində Şuşada ilk dəfə etno-caz konserti
18.07.2024 16:26
Şuşada poeziya bayramında "Füzuli hücrələri"
18.07.2024 15:19
Mədəniyyət paytaxtımızda növbəti Vaqif Poeziya Günləri başlayıb
12.07.2024 18:07
Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-un 31 yaşı tamam olur
12.07.2024 15:22
Nazir Adil Kərimli ŞƏT-ə üzv ölkələrin mədəniyyət nazirlərinin görüşündə iştirak edib
11.07.2024 14:52
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi post-prodakşn mərhələsində olan filmlərə dəstək müsabiqəsinin nəticələrini açıqladı
11.07.2024 12:37
Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri elan olunub
10.07.2024 18:35
Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin Azərbaycan bəstəkarı Bəhram Nəsibovun “Qarabağ” adlı əsərinin musiqisinin qanunsuz mənimsənilməsi və müəlliflik hüququnun digər şəkildə pozulması ilə bağlı BİRGƏ BƏYANATI
05.07.2024 09:18
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi
04.07.2024 17:49
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
03.07.2024 10:01
“Kür – çaylar anası” sənədli filminin çəkilişləri davam edir
02.07.2024 09:52
Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici seminar keçirilib
28.06.2024 15:35
Azərbaycanın mədəniyyət naziri Özbəkistanda Beynəlxalq Maqom Sənəti Forumunda iştirak edib
27.06.2024 15:44
Özbəkistanda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir
25.06.2024 17:11
Akademik Rus Dram Teatrında aktyor sənəti və vokal üzrə ustad dərsləri
25.06.2024 10:57
 Bakıda Rusiya Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub  
25.06.2024 09:54
Mədəniyyətimiz radiodalğalarında – yeni layihələr
24.06.2024 14:57
Media nümayəndələri musiqi və incəsənət məktəblərinə şagirdlərin qəbul imtahanını izləyiblər