Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1208

Nazir Anar Kərimov Azərbaycanda Amerika Ticarət Palatasının təşkil etdiyi növbəti görüşün qonağı olub

Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) hər ay bir dövlət rəsmisi ilə görüş təşkil edir.

Noyabrın 25-də “JW Marriott Absheron Baku” hotelində qurum tərəfindən keçirilən növbəti görüşün qonağı mədəniyyət naziri Anar Kərimov olub.

Görüş iştirakçılarını salamlayan “AmCham Azərbaycan”ın icraçı direktoru Gülnarə Aslanbəyli palatanın 2022-ci il üçün strateji hədəfləri çərçivəsində həyata keçirilən layihələr barədə məlumat verib, qarşıda duran planlardan bəhs edib.

Sonra “AmCham Azərbaycan”ın prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğlu mədəniyyət naziri Anar Kərimovu təqdim edib və görüşdə iştirakına görə minnətdarlığını bildirib.

Dəvətə görə təşəkkür edən Anar Kərimov deyib ki, hər bir xalqın qürur duyduğu sahələrdən biri onun mədəniyyətidir. Çünki mədəniyyət xalqların dəyərlərini, adət-ənənələrini, kimliyini göstərir: “Biz də, sözsüz ki, qədim və zəngin mədəniyyətimizlə fəxr edirik. Buna görə də mədəniyyətimizin daha da inkişafı, gələcək nəsillərə ötürülməsi üçün əlimizdən gələni etməliyik”.

Nazirliyin mədəniyyətə strateji baxışları haqqında məlumat verən Anar Kərimov bildirib ki, niyyətimiz mədəniyyətin davamlığını qorumaq, mədəniyyəti həyat tərzimizin ayrılmaz və zəruri parçası kimi təşviq etmək, eyni zamanda onu müstəqilliyimizin bir təzahürü olaraq inkişaf etdirməkdir: “Biz həmçinin mədəniyyətin iqtisadi inkişafa töhfəsini də artırmaq istəyirik. Nazirlik azərbaycanlı kimliyini ucaldan, xalqımızı mənəvi baxımdan zənginləşdirən, yaradıcılığı və innovasiyanı təşviq edən bir mədəniyyət yaratmağa çalışır. Bunu reallaşdırmaq üçün konkret addımlar atmalıyıq. Burada bizim üçün ən önəmli beş fəaliyyət istiqaməti müəyyənləşdirilib. Bu istiqamətlər şəffaflığın təmin edilməsi, səmərəliliyin artırılması, idarəetmənin optimallaşdırılması, effektivliyin artırılması və rəqəmsallaşdırmanın aparılmasıdır. Mədəniyyət Nazirliyi özündə 5 minə yaxın müəssisə birləşdirir. Bu müəssisələrdə 45 minə yaxın insan çalışır. Bu sistemə şəffaflığın gətirilməsi, idarəetmənin təkmilləşdirilməsi və effektivliyin artırılması ən vacib məsələlərdən biridir”.

Cari ildə tarix-mədəniyyət abidələrinin qorunması və qeydiyyatı haqqında söz açan nazir bildirib ki, bu ilin ilk on ayı ərzində 54 abidə pasportlaşdırılıb, 273 abidənin isə mühafizə zonalarının layihələndirilməsi aparılıb. Bu addımlar həm də abidələrə kənar müdaxilənin qarşısının alınması məqsədilə atılır: Son iki ildə abidələrin pasportlaşdırılması və layihələndirilməsi statistikasında müsbət tendensiya müşahidə olunur.

Anar Kərimov, həmçinin mədəniyyət müəssisələrinin fəaliyyətini canlandıracaq innovativ əyləncələr layihəsi haqqında da məlumat verib, kino sahəsində, işğaldan azad edilmiş ərazilərdə mədəniyyətin bərpası istiqamətində nazirlik tərəfindən görülən və görüləcək işlərdən danışıb. Nazir bu sahələrə dövlət-özəl sektor tərəfdaşlığının önəmli töhfə verə biləcəyini də diqqətə çatdırıb.

Sonra “AmCham Azərbaycan”ın rəhbərliyi tərəfindən nazirə xatirə hədiyyəsi təqdim olunub.

 

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Elnar Məmmədov Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə çəkiləcək Azərbaycanın ilk tarixi çoxseriyalı bədii televiziya filmi – “Atabəylər: Şəmsəddin Eldəniz” haqqında məlumat verib. Söyləyib ki, serialda tariximizin ən şərəfli dövrlərindən biri olan XII-XIII əsrlərə müraciət edilməklə Azərbaycan Atabəylərinin qurduğu dövlətin sərhədlərinə diqqət çəkiləcək, həmin dövrün hərbi-siyasi mənzərəsi ilə yanaşı, elmi və mədəni mühitini təmsil edən şəxsiyyətlərin obrazı canlandırılacaq: “Çalışmışıq ki, şanlı tariximizi mükəmməl şəkildə ekranlaşdıraq. Gələcək nəsillər bu filmə baxıb tariximizlə fəxr eləsinlər”.

Daha sonra “Atabəylər: Şəmsəddin Eldəniz” çoxseriyalı bədii televiziya filminin treyleri nümayiş etdirilib.

Sonda “Amcham Azərbaycan”ın birinci vitse-prezidenti İlqar Mehdi və qurumun Marketinq, kommunikasiya və biznesin inkişafı üzrə İşçi qrupunun sədri Aysel Süleymanova çıxış edərək film haqqında fikirlərini bölüşüblər.

XƏBƏRLƏR

28.09.2023 15:48
Mədəniyyət naziri Mingəçevirdə vətəndaşları qəbul edib
27.09.2023 17:55
Azərbaycan ilə Qətər arasında mədəni əməkdaşlıq müzakirə olunub
27.09.2023 16:42
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini yad edib
26.09.2023 17:17
Azərbaycanın mədəniyyət naziri İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında çıxış edib
26.09.2023 12:11
DokuBaku VII Beynəlxalq Sənədli Filmlər Festivalı keçiriləcək
25.09.2023 16:35
Qarabağımızın incisi Şuşa yekdil qərarla “İslam dünyasının mədəniyyət paytaxtı” elan edildi
21.09.2023 18:42
Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlandı
19.09.2023 13:08
Heydər Əliyev Sarayında çoxdan gözlənilən “Məhəbbət əfsanəsi” baletinin təqdimatı olub
18.09.2023 17:30
“Xınalıq və Köç yolu mədəni landşaftı” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi
18.09.2023 15:12
Prezident İlham Əliyev Azərbaycan musiqi ictimaiyyətini təbrik edib
18.09.2023 12:44
Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub
15.09.2023 18:24
MDB-yə üzv dövlətlərin Yaradıcı və Elmi Ziyalılarının XVI Forumu və MDB-yə üzv dövlətlərin Mədəni Əməkdaşlıq üzrə Şurasının 38-ci iclası keçirilib
15.09.2023 17:52
Üzeyir Hacıbəyli festivalı 10-dək ölkədən musiqiçiləri bir araya gətirəcək
15.09.2023 12:13
Bu gün görkəmli kinorejissor, Xalq artisti Xamis Muradovun 80 illik yubileyidir
15.09.2023 10:34
Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə sənəd qəbununun vaxtı uzadılıb
15.09.2023 08:40
Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Ciddədə İƏT baş katibinin müavini ilə görüşüb
13.09.2023 15:46
Özbəkistanda “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşaya həsr olunan poçt markası buraxılıb
13.09.2023 15:01
Arif Məlikovun doğum günündə Fəxri xiyabanda məzarı ziyarət olunub
12.09.2023 14:52
Vətən müharibəsindəki tarixi zəfərə ithaf edilən ədəbi müsabiqənin nəticələri bəlli olub
11.09.2023 13:53
VI “Animafilm” Beynəlxalq Animasiya Festivalı başa çatdı
08.09.2023 14:45
Pekində mədəni irsin qorunması və bərpası üzrə əməkdaşlıq müzakirə olunub
07.09.2023 17:30
Bakıda 6-cı “Animafilm” festivalı keçirilir
06.09.2023 15:34
Mədəniyyət naziri Adil Kərimli Çində keçirilən forumda çıxış edib
06.09.2023 10:11
Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı başlayır
06.09.2023 09:33
Dunhuanda 6-cı Beynəlxalq İpək Yolu Sərgisi işə başlayıb