Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
824

2023-cü ildə Azərbaycan-Özbəkistan arasında Şuşa və Səmərqəndin Türk mədəniyyətinə töhfələri və Heydər Əliyevə həsr olunmuş beynəlxalq layihələr həyata keçiriləcək

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi və Türk Tarixi və Mədəniyyəti Fondu arasında əldə edilən razılığa əsasən 2023-cü ildə Azərbaycan-Özbəkistan arasında Şuşa və Səmərqəndin Türk mədəniyyətinə töhfələri, habelə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş beynəlxalq layihələr həyata keçiriləcəkdir.     

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türk Tarixi və Mədəniyyəti Fondunun rəhbəri Nizamettin Aykurtla görüş keçirib.

Görüşdə  Türk tarixi və mədəniyyətinin təbliği istiqamətində birgə layihələrin həyata keçirilməsi, təşkilatlar arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Samir Abbasov cari ilin 10-11 noyabr tarixlərində Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk dövlətləri başçılarının Sammitinin əməkdaşlıqda yeni imkanlar açdığını və bu tədbir çərçivəsində bir sıra mədəniyyət tədbirlərinin keçirildiyini, gələcəkdə isə yeni əməkdaşlıq platformasının yarandığını qeyd edib.

Diplomat 2022-ci ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən «Şuşa ili» elan olunması, bu istiqamətdə keçirilən tədbirlər, layihələr barədə danışıb, Azərbaycanın Türk dünyası ilə, Özbəkistanla mədəni əlaqələrin inkişafına xüsusi önəm verdiyini qeyd edib.

Görüş üçün öz təşəkkürünü bildirən Türk Tarixi və Mədəniyyəti Fondunun rəhbəri Nizamettin Aykurt rəhbərlik etdiyi Fondun geniş coğrafi əraziyə yayılaraq böyük sivilizasiya yaradan Türk xalqlarının mədəni irsinin beynəlxalq aləmdə təbliği, qorunması və gələcək nəsillərə çatdırılması olduğunu qeyd edib. O, Türk Dövlətləri Təşkilatının Səmərqənd Sammiti çərçivəsində Fond tərəfindən "Türküstan" sərgisinin Özbəkistanın Turizm və mədəni irs Nazirliyi ilə birgə  təşkil edildiyini vurğulayıb.

Sərgidə Türk Tarixi və Mədəniyyəti Fondunun kolleksiyasından nümayiş etdirilən Türküstan xəritələrinin məşhur coğrafiyaşünaslar tərəfindən tərtib edildiyini və Türk xalqlarının tarixini, onların  müxtəlif coğrafiyalara yayılmasını göstərdiyini bildirib.

Samir Abbasov xəritələr sahəsində xüsusi həssaslıq nümayiş etdirilməsinin vacib olduğunu qeyd edərək, dünyada bir sıra muzeylərdə yanlış xəritələrin sərgiləndiyini bildirib. O, sözügedən tarixi xəritələrin Azərbaycan və Özbəkistan muzeylərinə təqdim olunmasının xüsusi əhəmiyyət daşıdığını qeyd edib və tərəflər bu mövzuda birgə əməkdaşlığı razılaşdırıblar.

Görüşdə Samir Abbasov ilin sonunadək Özbəkistanda istiqlal şairlərimiz Əhməd Cavad, Abdulla Aripov və Mehmet Akif Ersoya həsr olunmuş beynəlxalq konfrans, sözügedən şairlərin əsərləri əsasında Özbəkistan xalq çalğı alətləri Ansamblının hazırladığı  konsert proqramı və Əhməd Cavadın Özbək dilinə tərcümə olunmuş şerlər kitabının təqdimatının keçiriləcəyini bildirib və sözügedən layihəyə Türk Tarixi və Mədəniyyəti Fondunun qoşulmasını təklif edib.

Samir Abbasov Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə Qarabağda XIX əsrdə fəaliyyət göstərmiş «Məclisi Fəramuşan» şairlər görüşünün iki əsrdən sonra Azərbaycan və Özbəkistan arasında bərpa olunduğunu qeyd edib. Diplomat 2023-cü ilin TÜRKSOY təşkilatı tərəfindən «Şuşa ili» elan olunmasını nəzərə alaraq, gələn il sözügedən şairlər məclisinin Şuşada bütün Türk dövlətlərini təmsil edən şairlərin, musiqi sənətçilərinin  iştirakı ilə beynəlxalq tədbirin keçirilməsinə dəstək xahiş edib.

Bundan başqa, "Səmərqənd Türk sivilizasiyasının paytaxtı", habelə 2023-cü il "Heydər Əliyev ili" elan olunması ilə əlaqədar birgə layihələrin həyata keçirilməsi müzakirə edilib.

Nizamettin Aykurt Türk Tarixi və Mədəniyyəti Fondu tərəfindən yaradılan Türk rəqəmsal kitabxanası barədə məlumat verərək, layihənin nəinki Türk dövlətlərini, Türk toplumları yaşayan digər ölkələrin də əhatə etdiyini bildirib. Samir Abbasov sözügedən layihənin əhəmiyyətini qeyd edərək, Azərbaycan kitabxanalarının layihəyə qoşulması ilə əlaqədar Azərbaycan Mədəniyyət Nazirliyi ilə məsləhətləşmələrin aparıldığını və bu istiqamətdə birgə görüş, müzakirələrin vacib olduğunu söyləyib.

Nizamettin Aykurt 1872-ci ildə hazırlanmış, Avropa, Kiçik Asiya yarımadası, habelə Qafqaz ərazilərini özündə əks etdirən «Yustinian hakimiyyətinin sonlarına doğru Avropa» (eramızın 560-cı ilini əhatə edən) tarixi xəritənin surətini  Samir Abbasova hədiyyə edib. Qeyd edək ki, xəritədə Qafqaz Albaniyası və Atropatena kimi Azərbaycan dövlətləri yer alıb.

Sonda Samir Abbasov Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycanın Qarabağ  şairəsi Xurşidbanu Natəvanın və istiqlal şairimiz Əhməd Cavadın Azərbaycan-Özbək dillərində nəşr olunan kitablarını Nizamettin Aykurta  hədiyyə edib.

XƏBƏRLƏR

28.09.2023 15:48
Mədəniyyət naziri Mingəçevirdə vətəndaşları qəbul edib
27.09.2023 17:55
Azərbaycan ilə Qətər arasında mədəni əməkdaşlıq müzakirə olunub
27.09.2023 16:42
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini yad edib
26.09.2023 17:17
Azərbaycanın mədəniyyət naziri İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında çıxış edib
26.09.2023 12:11
DokuBaku VII Beynəlxalq Sənədli Filmlər Festivalı keçiriləcək
25.09.2023 16:35
Qarabağımızın incisi Şuşa yekdil qərarla “İslam dünyasının mədəniyyət paytaxtı” elan edildi
21.09.2023 18:42
Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlandı
19.09.2023 13:08
Heydər Əliyev Sarayında çoxdan gözlənilən “Məhəbbət əfsanəsi” baletinin təqdimatı olub
18.09.2023 17:30
“Xınalıq və Köç yolu mədəni landşaftı” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi
18.09.2023 15:12
Prezident İlham Əliyev Azərbaycan musiqi ictimaiyyətini təbrik edib
18.09.2023 12:44
Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub
15.09.2023 18:24
MDB-yə üzv dövlətlərin Yaradıcı və Elmi Ziyalılarının XVI Forumu və MDB-yə üzv dövlətlərin Mədəni Əməkdaşlıq üzrə Şurasının 38-ci iclası keçirilib
15.09.2023 17:52
Üzeyir Hacıbəyli festivalı 10-dək ölkədən musiqiçiləri bir araya gətirəcək
15.09.2023 12:13
Bu gün görkəmli kinorejissor, Xalq artisti Xamis Muradovun 80 illik yubileyidir
15.09.2023 10:34
Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə sənəd qəbununun vaxtı uzadılıb
15.09.2023 08:40
Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Ciddədə İƏT baş katibinin müavini ilə görüşüb
13.09.2023 15:46
Özbəkistanda “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşaya həsr olunan poçt markası buraxılıb
13.09.2023 15:01
Arif Məlikovun doğum günündə Fəxri xiyabanda məzarı ziyarət olunub
12.09.2023 14:52
Vətən müharibəsindəki tarixi zəfərə ithaf edilən ədəbi müsabiqənin nəticələri bəlli olub
11.09.2023 13:53
VI “Animafilm” Beynəlxalq Animasiya Festivalı başa çatdı
08.09.2023 14:45
Pekində mədəni irsin qorunması və bərpası üzrə əməkdaşlıq müzakirə olunub
07.09.2023 17:30
Bakıda 6-cı “Animafilm” festivalı keçirilir
06.09.2023 15:34
Mədəniyyət naziri Adil Kərimli Çində keçirilən forumda çıxış edib
06.09.2023 10:11
Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı başlayır
06.09.2023 09:33
Dunhuanda 6-cı Beynəlxalq İpək Yolu Sərgisi işə başlayıb