Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1200

“Yeni adlar” layihəsinin növbəti konserti keçirilib

Mədəniyyət Nazirliyinin bu ilin mart ayından reallaşdırdığı “Yeni adlar” musiqi layihəsi davam edir. İstedadlı gənclər böyük səhnələrdə ölkəmizin aparıcı kollektivlərinin müşayiətində məharətlərini göstərirlər. 

Noyabrın 12-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Yeni adlar” layihəsinin növbəti konserti keçirilib.

Gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor – Mustafa Mehmandarov) müşayiəti ilə gənc musiqiçilər – respublika və beynəlxalq müsabiqələr laureatları Kamran Talıblı (fleyta) və Cəmil Sədizadə (piano) yaddaqalan proqramla çıxış ediblər.

Musiqi axşamının tamaşaçıları arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi Musiqi sektorunun müdiri Vüqar Hümbətov, Azərbaycan Respublikasının Xalq artisti, pianoçu Yeganə Axundova, Əməkdar artist, dirijor Fuad İbrahimov, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər olub.

Konsertdə Kamran Talıblının ifasında J.İbertin “Fleyta və orkestr üçün konsert”i, Cəmil Sədizadənin təqdimatında isə K.Sen-Sansın “Piano və orkestr üçün 2 nömrəli konsert” əsərləri gurultulu alqışlarla qarşılanıb. İstedadlı gənclər orkestrin müşayiəti ilə hər iki əsəri yüksək peşəkarlıqla tamaşaçılara çatdırmağı bacarıblar.

***

Kamran Talıblı 2000-ci ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə L. və M.Rostropoviçlar adına 21 nömrəli Musiqi məktəbinə fleyta ixtisası üzrə (Xalq artisti, professor Müzəffər Ağamalızadənin sinfi) daxil olub. Kamran 2022-ci ildə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib. Hazırda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının magistr pilləsində təhsilini davam etdirir.

Kamran təhsil illərində respublika və beynəlxalq musiqi müsabiqələrində iştirak edib və nailiyyətlər qazanıb. 2011-ci ildə nəfəs və zərb alətləri üzrə II Respublika müsabiqəsində II yerə layiq görülən musiqiçi 2013-cü ildə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən II Respublika müsabiqəsində I yeri qazanıb. Həmin il 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Bəstəkarlar İttifaqında keçirilmiş kamera konsertində uğurlu çıxışı və müasir Azərbaycan bəstəkarlarının əsərlərinin ifasına görə fəxri fərmanla təltif edilib. 2014-cü ildə İslam dünyası gənc klassik musiqi ifaçılarının III beynəlxalq müsabiqəsində birinci olub. Eləcə də Rusiyanın Samara şəhərində Yuri Başmetin rəhbərliyi ilə MDB ölkələri arasında keçirilən ustad dərslərində Paris Ali Milli Konservatoriyasının professoru Jean-Noel Bonmortdan dərs alıb və Tolyatti şəhərinin filarmoniyasında çıxış edib. Gənc ifaçı 2016-cı ildə bir sıra müsabiqələrdə iştirak edərək I yerə layiq görülüb. Buna misal olaraq, Estoniyanın Narva şəhərində keçirilən “Baltikanın ulduzları” VII beynəlxalq müsabiqəni, dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümünə həsr olunmuş respublika musiqi müsabiqəsini göstərmək olar. Kamran 2017-ci ildə Prezident təqaüdünə layiq görülüb.

Cəmil Sədizadə 2008-ci ildə Bakı şəhərində anadan olub. 2014-cü ildə Rauf Hacıyev adına 15 nömrəli Musiqi məktəbinin fortepiano ixtisası üzrə I sinfinə qəbul olub. Hazırda məktəbin IX sinfində təhsil alır.

Cəmil 2015-ci ildən başlayaraq bir çox uğurlara imza atıb. Azərbaycanla yanaşı, Estoniya, Bolqarıstan, İspaniya, İsrail, BƏƏ, Rusiya, İtaliya, Gürcüstan, Çexiya və digər ölkələrdə müsabiqələrdə iştirak edərək laureat adını qazanıb.

Cəmil həmçinin 2017-ci il mayın 28-də Kreml sarayının Georgiyev zalında keçirilən “Nəsillərin melodiyası” V beynəlxalq musiqi festivalında iştirak edib. Burada o, Rusiya Prezidenti orkestri ilə L.V.Bethovenin I konsertini (I hissə) ifa edib. Həmin ilin iyununda ölkə başçımızın Sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb. Cəmil 2018-ci ilin yanvar ayında Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor – Xalq artisti Rauf Abdullayev) ilə birlikdə “Zirvəyə doğru” adlı ilk solo konsertini verib. Həmin ilin mayında Parisdə UNESCO-nun təşkil etdiyi Qara Qarayevin 100 illik yubileyinə həsr edilmiş konsertdə solo nömrə ilə uğurlu çıxış edib.

Cəmil Sədizadə bu ilin aprel ayında Heydər Əliyev Sarayında yenə də Xalq artisti Rauf Abdullayevin idarəsində Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə “Qəlblərin fatehi” adlı ikinci solo konsertlə çıxış edib.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib