Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
768

İsveçli rejissorun "Xarıbülbül əfsanəsi" sənədli filminin təqdimatı keçirilib

Azərbaycanın İsveç Krallığındakı Səfirliyinin təşəbbüsü, UNESCO üzrə Azərbaycan Milli Komissiyası və Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Şuşa İli" və şanlı Zəfərimizin ikinci ildönümü münasibətilə isveçli fotoqraf və rejissor Mikael Silkeberq tərəfindən "Xarıbülbül əfsanəsi" sənədli filmi çəkilib.

Noyabrın 10-da Nizami Kino Mərkəzində ekran əsərinin təqdimatı keçirilib.

Təqdimatda çıxış edən İsveçdəki Azərbaycan diasporunun üzvü, sənədli film mütəxəssisi, ekran işinin prodüseri Rahim Sadıqbəyli 44 günlük Vətən müharibəsində qazandığımız Qələbəyə görə müzəffər Ordumuza və Ali Baş Komandana təşəkkürünü bildirib. Deyib ki, M.Silkeberq ötən il Zəfərimizin birinci ildönümündə Şuşa, Füzuli və Ağdamda olub, ermənilərin törətdiyi vandalizmi fotoobyektivin yaddaşına köçürüb. Azərbaycanın İsveç, Norveç və Finlandiyadakı səfirliyinin təşəbbüsü ilə Stokholmda həmin fotoların sərgisi təşkil olunub: “Sərgidən sonra isə biz filmi ərsəyə gətirdik. Ekran işi həmçinin İsveçin İctimai kanalı ilə nümayiş etdirildi. Filmin ərsəyə gəlməsində dəstək olan təşkilatlara və bu gün M.Silkeberqin və mənim Bakıya gəlişimi təşkil edən Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığımı bildirirəm”.

Mədəniyyət Nazirliyi İnteraktiv və audiovizual media şöbəsinin müdiri Rüfət Həsənov Vətən müharibəsi və Şuşaya həsr olunan filmlərdən söz açıb. Bildirib ki, nazirlik Vətən müharibəsi mövzusunda 30-a yaxın layihə reallaşdırıb. Bu günlərdə Xalq artisti Vaqif Mustafayevin bu mövzuda çəkdiyi “Həyat, deyəsən, gözəldir” filmi II Dədə Qorqud Türk Dünyası Film Festivalında “ən yaxşı rejissor işi” nominasiyasının qalibi olub. Həmçinin nazirlik Bakı Media Mərkəzi və İctimai Televiziya ilə birgə filmlər ərsəyə gətirib və hər biri böyük maraqla qarşılanıb: “Bu gün təqdim olunan film də işğaldan azad edilmiş ərazilərimizə "Böyük Qayıdış" konsepsiyası baxımından böyük önəm daşıyır. Önəmlisi həm də odur ki, film azərbaycanlı rejissorun deyil, xarici kino adamının baxışı ilə təqdim olunur. Biz bu filmdə öz dahilərimizi bir xarici vətəndaşın gözü ilə görəcəyik”.

UNESCO üzrə Azərbaycan Milli Komissiyasının əməkdaşı Emil Əhmədov “Xarıbülbül əfsanəsi” sənədli filminin təqdimat mərasiminin Azərbaycan xalqı üçün  əlamətdar bir dövrə – Şuşa şəhərinin azad edilməsinin və şanlı Zəfərimizin ikinci ildönümünə təsadüf etdiyini bildirdi, yaradıcı heyətə təbriklərini çatdırıb. Bildirib ki, yaradıcı heyət tərəfindən Şuşada çəkilişlər aparılıb və şəhərin tarixi, musiqi və ədəbi mühiti barədə bir sıra tanınmış mədəniyyət və incəsənət xadimlərindən müsahibələr alınıb: “Ümid edirəm ki, “Xarıbülbül əfsanəsi” filmi gözəl Şuşamızın, onun ədəbi və mədəni tarixinin beynəlxalq səviyyədə daha yaxşı tanıdılmasına öz töhfəsini verəcək”.

Rejissor Mikael Silkeberq çıxışında Azərbaycanda olmağından məmnunluğunu ifadə etdi, ölkəmizi Şərqlə Qərbin kəsişdiyi mədəniyyət ocağı, Bakını Şərqin Parisi adlandırdı. “Şuşa Şərq və Qərbi birləşdirən mədəniyyət məkanıdır” deyən rejissor filmin ərsəyə gəlməsinə dəstək olanlara və təqdimata qatılanlara minnətdarlığını bildirdi.

Çıxışlardan sonra film nümayiş olunub. Filmdə görkəmli elm və mədəniyyət xadimlərinin Qarabağ və onun tacı Şuşa haqqında fikirləri, həmçinin tarixi şəxsiyyətlər barədə kadrlar yer alıb. Qərb alimlərinin Şərq mədəniyyəti, Azərbaycan ədəbiyyatı, musiqisi, muğam sənəti və əsrarəngiz təbiəti ilə bağlı düşüncələri də filmin əsas xəttini təşkil edir.

XƏBƏRLƏR

27.03.2023 17:04
Akademik Milli Dram Teatrının “Məlikməmməd” tamaşası Şəkidə nümayiş olunub
17.03.2023 15:54
Parisdə Novruz bayramı təntənəli şəkildə qeyd edilib
13.03.2023 11:43
Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarında mədəniyyət müəssisələrinə baxış keçirilib
10.03.2023 09:07
Milli Teatr Günündə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə telemarafon keçiriləcək
06.03.2023 17:59
Xaçmaz, Qusar və Quba rayonlarında mədəniyyət müəssisələrinə baxış keçirilib
06.03.2023 14:13
Uşaq İncəsənət Festivalına qeydiyyat davam edir
03.03.2023 17:21
Heydər Əliyev Mərkəzinin səhnəsində “Qarabağnamə” tamaşası oynanılacaq
03.03.2023 16:25
Tofiq Kazımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
03.03.2023 13:39
Milli Muğam Müsabiqəsi başlayır
01.03.2023 15:48
Xalq artisti Oqtay Kazıminin yubileyinə həsr olunan musiqi axşamı keçirilib
01.03.2023 15:36
“Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsi ilə bağlı dinləmə keçirilib
25.02.2023 12:46
Heydər Əliyev Mərkəzində “Ölülər” pyesi anşlaqla izlənildi
23.02.2023 16:11
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
23.02.2023 15:14
Əməkdar rəssam Ağasaleh Nuriyev vəfat edib
21.02.2023 10:53
Xalq artisti Ramiz Novruz vəfat edib
20.02.2023 17:15
Xalq artisti, muğam ustadı Arif Babayevin 85 illiyi qeyd olunub
20.02.2023 16:18
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Birinci Uşaq İncəsənət Festivalı keçiriləcək
20.02.2023 09:34
Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Şəkidə vətəndaşları qəbul edib