Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1396

Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Albaniyaya səfər edib

2022-ci ilin 24-26 oktyabr tarixində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti Albaniyanın Tirana şəhərinə səfər edib. Səfər Azərbaycan Respublikasının Albaniyadakı Səfirinin dəstəyi ilə həyata keçirilib. 

Səfərin əsas məqsədi Azərbaycan Respublikası ilə Albaniya Respublikası arasında diplomatik əlaqələrin qurulmasının (23 sentyabr 1993-cü il) 30 illiyi çərçivəsində mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi, gələcək əməkdaşlıq perspektivlərinin dərinləşdirilməsi və Azərbaycan mədəniyyətinin Albaniyada daha geniş tanıdılması baxımından müzakirələrin aparılmasıdır. 

Səfər çərçivəsində Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Albaniyanın mədəniyyət naziri xanım Elva Marqariti, nazir müavini xanım Meri Kumbe, Avropa və xarci işlər nazirinin müavini xanım Artemis Malo və Tirana şəhərinin Bələdiyyə Başçısının müavini Keti Luarasi ilə rəsmi görüşlər keçirib. 

Görüşlər zamanı ölkələrimiz arasında əlaqələrin xüsusi əhəmiyyəti və xalqlarımız arasında dəyərlərimizin oxşarlığı vurğulanıb, eyni zamanda hər iki tərəf mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsinə maraqlı olduqlarını ifadə edib.

Nazirin birinci müavini Elnur Əliyev Azərbaycanın mədəniyyətinin tarixi və ölkəmizin müasir dövrdə mədəniyyət sahəsində əldə etdiyi nailiyyətlər haqqında ətraflı məlumat verib. 
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi və bu kontekstə Ulu öndərin Azərbaycan mədəniyyətinin inkişafında xüsusi rolunu qeyd edib.

Bununla yanaşı, Ermənistanın 30 il ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarının 2020-ci ildə azad edilməsi, həmin ərazilərdə vandalizmə məruz qalmış tarixi-mədəniyyət abidələrimizin vəziyyəti, 44 günlük Vətən müharibəsi ilə nəticələn Böyük Zəfərdən sonra orada aparılan bərpa və yenidən qurma işləri, o cümlədən infrastrukturun bərpası, beynəlxalq hava limanlarının açılışı, Azərbaycanda mədəni irsin bərpası haqqında geniş məlumat verilib.

Eyni zamanda, qarşı tərəfin təşəbbüsü əsasında Albaniyada Azərbaycan mədəniyyət həftəsinin keçirilməsinin təfərrüatları müzakirə edilib. 

Bildirilib ki, iki ölkənin mədəniyyət müəssisələri arasında əməkdaşlıq əlaqələrinin qurulması baxımından bu tədbir xüsusi önəm daşıyacaq. Azərbaycan Həftəsi çərçivəsində  ölkəmizin mədəni dəyərlərini özündə əks etdirən konsert, sərgi və tədbirlərin təşkili, Azərbaycan filmlərinin nümayişi və digər müxtəlif mədəni proqramların təqdim olunması nəzərdə tutulur.

Görüşlərdə Bakıda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumu haqında məlumat verilmiş və Albaniya tərəfinin tədbirdə iştirakının vacibliyi vurğulanıb. 

Səfər müddətində Albaniyanın Milli Tarix Muzeyi, Milli Kitabxanası, Milli Opera Teatrı və Milli Film Mərkəzinin rəhbərləri ilə görüşlər keçirilib və həmin müəssisələrin fəailiyyəti ilə yerində tanışlıq olunub. Mədəniyyət müəssisələrinin rəhbərləri ilə görüşlərdə Azərbaycan mədəniyyətinin Albaniya ictimaiyyətinə təqdim edilməsi məqsədilə fikir mübadiləsi və ölkəmizin müvafiq tərəf müqabili ilə birbaşa əməkdaşlıq perspektivlərin qurulmasına dair müzakirələr aparılmış, habelə bır sıra birgə layihələr müəyyənləşdirilib.

Günün sonunda nazirin birinci müavini Elnur Əliyev “Euronews Albaniya”ya Azərbaycan və Albaniya arasında sıx münasibətlər, o cümlədən mədəniyyət sahəsində əlaqələrin gücləndirilməsi, 30 illik işğal altında saxlanılan torpaqlarımızın azad olunması, həmin ərazilərdə törədilən vandalizm aktları, orada aparılan bərpa və quruculuq işləri, Şuşa şəhərinin ölkəmizin mədəniyyət paytaxı olması və orada keçirilən müxtəlif mədəni tədbirlərin əhəmiyyəti, habelə 2023-cü ildə Albaniyada keçiriləcək Azərbaycanın Mədəniyyət həftəsi haqqında geniş müsahibə verib.

XƏBƏRLƏR

29.04.2024 09:49
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna xarici iştirakçılar üçün qeydiyyat prosesi uğurla başa çatıb
26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib