Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1707

Nazir Anar Kərimov Cəlilabadda mədəniyyət müəssisələrinə baxış keçirib

Mədəniyyət naziri Anar Kərimov oktyabrın 21-də Cəlilabad rayonuna səfər edib. Nazirin səfəri Mədəniyyət Nazirliyi sistemində fəaliyyətin və idarəçiliyin təkmilləşdirilməsi, regionlardakı mədəniyyət müəssisələrində işin effektivliyinin artırılması məqsədilə hazırlanmış müvafiq plana uyğun olaraq gerçəkləşir.

Nazir Anar Kərimov və rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov əvvəlcə Cəlilabad şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.

Səfər çərçivəsində mədəniyyət naziri bir sıra tarixi abidələrə və mədəniyyət ocaqlarına baxış keçirib, müəssisələrin ümumi fəaliyyəti, cari vəziyyəti və maddi-texniki imkanları haqqında məlumat alıb, fəaliyyətin daha da yaxşılaşdırılması, işin günün tələblərinə uyğun qurulması ilə əlaqədar tapşırıq və tövsiyələrini verib.

Cəlilabad rayon Heydər Əliyev Mərkəzinə gələn Anar Kərimov 2015-ci ildən fəaliyyət göstərən mərkəzə baxış keçirib, burada ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən kitablar, ulu öndərin uşaqlıq, yeniyetməlik, tələbəlik illəri, Cəlilabada səfərlərinin əks olunduğu fotolarla, fəxri diplomlar və digər sənədlərlə tanış olub.

Nazir Cəlilabad Dövlət Rəsm Qalereyasına baş çəkib. Məlumat verilib ki, 1985-ci ildə yaradılan qalereyada hazırda 218 eksponat mühafizə olunur.

Səfər çərçivəsində Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyinə baxış keçirilib. Qeyd olunub ki, 1981-ci ildə yaradılan muzeydə 4918 eksponat saxlanılır. Muzeyin yeni binası 2010-cu ildə istifadəyə verilib.

Cəlilabad rayon MKS-nin Mərkəzi Kitabxanası ilə tanışlıq zamanı kitabxananın ümumi fəaliyyəti, kitab fondu, oxucu sayı barədə məlumat verilib. Qeyd olunub ki, Mərkəzi Kitabxana 1930-cu ildə yaradılıb.

Sonra nazir Cəlilabad şəhər Uşaq İncəsənət Məktəbində olub. Bildirilib ki, sözügedən tədris müəssisəsi 1969-cu ildə yeddiillik musiqi məktəbi kimi fəaliyyətə başlayıb, 1982-ci ildən incəsənət məktəbi kimi fəaliyyətini davam etdirir. Məktəbdə fortepiano, tar, kamança, xanəndəlik, qarmon və rəssamlıq ixtisasları tədris olunur, 270 şagird təhsil alır, 50 müəllim çalışır.

Anar Kərimov Cəlilabad şəhərində XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidələri olan tarixi hamama (inv. № 4060) və Hasıllı kəndində yerləşən məscidə (inv. № 4179) də baş çəkib.

Daha sonra mədəniyyət naziri Cəlilabadda Şəhidlər xiyabanını və Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa olunmuş abidə kompleksini ziyarət edib, abidənin önünə gül dəstələri düzərək qəhrəman oğulların xatirəsini ehtiramla yad edib.

XƏBƏRLƏR

23.11.2024 17:38
Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb
20.11.2024 16:54
Heydər Əliyev Sarayında “Nəsimi” operasının premyerası keçirilib
20.11.2024 10:57
COP29 çərçivəsində keçirilmiş Mədəniyyət Nazirlərinin II Yüksək Səviyyəli Görüşünün kommunikesi qəbul olunub
20.11.2024 10:43
“İqlim üçün mədəniyyət: gənclərin davranış dəyişikliyinin formalaşdırılmasına cəlb edilməsi" mövzusunda panel sessiyası keçirilib
19.11.2024 12:16
Mədəniyyət Nazirliyində Tiktok platformasının nümayəndə heyəti ilə görüş olub
18.11.2024 11:14
Azərbaycanın irəli sürdüyü “İqlim üçün mədəniyyət” təşəbbüsünün təqdimatı keçirilib
18.11.2024 10:46
Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr” beynəlxalq sərgisi açılıb
18.11.2024 10:31
Mədəniyyət naziri Adil Kərimli ICCROM-un baş direktoru ilə görüşüb
18.11.2024 10:27
"İqlim üçün mədəniyyət” adlı panel sessiya keçirilib
18.11.2024 09:43
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçirilib
18.11.2024 09:38
Adil Kərimli Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb
14.11.2024 11:14
COP29-un qonaqlarına “Oyanış" adlı konsert-tamaşa təqdim edilib
12.11.2024 12:12
Adil Kərimli Rusiyanın mədəniyyət naziri ilə görüşüb
12.11.2024 12:07
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçiriləcək
09.11.2024 12:01
Filarmoniyada Zəfər Gününə hər olunan konsert keçirilib
09.11.2024 11:53
Azad torpaqlarda bayram konsertləri təşkil olunub
07.11.2024 17:19
Milli İncəsənət Muzeyində “Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı” adlı sərgi açılıb
07.11.2024 09:51
Mədəniyyət naziri film layihələri müsabiqəsinin qalibləri ilə görüşüb
06.11.2024 17:32
Azərbaycanın təbii və mədəni irsi
06.11.2024 17:00
Mədəniyyət naziri Akademik Musiqili Teatrda olub
06.11.2024 09:15
AZƏRBAYCANDA İLK DƏFƏ "NƏSİMİ" OPERASI TƏQDİM OLUNACAQ
05.11.2024 15:53
COP29 çərçivəsində keçirilməsi nəzərdə tutulan mədəniyyət məzmunlu tədbirlər barədə Braziliyada təqdimat həyata keçirilmişdir
05.11.2024 09:26
Mədəniyyət Nazirliyində Xalq artisti Yalçın Adıgözəlovla görüş olub
04.11.2024 12:06
İstanbul sərgisində ölkəmizlə bağlı yeni tədbir və təqdimatlar davam edir
04.11.2024 11:25
İstanbulda Frankfurt Beynəlxalq Kitab Sərgisinin regional koordinatoru ilə görüş olub
04.11.2024 11:21
İstanbulda “Səninləyik, Türkiyə” kitabı, "Heca" dərgisinin poeziyamızla bağlı xüsusi buraxılışının təqdimatı və konsert keçirilib
04.11.2024 11:05
İstanbul sərgisində Azərbaycan yazarlarının iştirakı ilə ədəbi müzakirələr və imza mərasimi keçirilib
04.11.2024 10:48
Azərbaycanın ilk dəfə "fəxri qonaq ölkə" olduğu 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışı keçirilib
04.11.2024 10:35
Mədəniyyət naziri Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin kollektivi ilə görüşüb
01.11.2024 15:59
UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə dair dəyirmi masa keçirilib
01.11.2024 12:43
Kubada Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib
31.10.2024 17:31
“COP29 və mədəniyyət: iqlim dəyişikliyinin mədəni ölçüləri” mövzusunda konfrans keçirilib
31.10.2024 15:57
“e-Culture” rəqəmsal idarəetmə modeli çərçivəsində görülmüş işlərlə bağlı təqdimat keçirilib
30.10.2024 15:27
Mədəniyyət naziri Ağcabədidə vətəndaşları qəbul edib