Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1391

Sevinc Nuruqızının “Pıçıltı” kitabının təqdimatı keçirildi

Oktyabrın 8-də VIII Bakı Beynəlxalq Kitab Sərgisinin Xurşidbanu Natəvan təqdimat zonasında “Təhsil” Nəşriyyat Poliqrafiya Müəssisəsinin, Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının və “Sultan” Cizgi filmi studiyasının tərəfdaşlığı ilə yazıçı Sevinc Nuruqızının “Pıçıltı” kitabının  təqdimatı baş tutdu.  Qeyd edək ki, kitabın ideya müəllifi və naşiri Tural Axundov, rəyçisi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Uşaq ədəbiyyatı” şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Elnarə Akimova, redaktoru “Çinar-çap” nəşriyyatının direktoru Bəhram Orucludur.    

    Əvvəlcə Qarabağ uğrunda savaşda həyatlarını itirən qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ardınca “Sultan” Cizgi Filmi studiyasında çəkilmiş “Pıçıltı” cizgi filminin tanıtım roliki və  3 nomrəli Uşaq-Gənclər İnkişaf  Mərkəzinin “Çiçəyim” uşaq teatrının azyaşlı aktyorlarının ifasında səhnələşdirilmiş “Pıçıltı” kompazisiyası təqdim olundu. 

Daha sonra söz “Təhsil” Nəşriyyat Poliqrafiya Müəssisəsinin direktoru Tural Axundova verildi. Tural Axundov “Pıçıltı” kitabının Gəncə terroruna həsr olunmuş ilk və mükəmməl bədii nümunə olduğunu nəzərə çatdırdı. Daha sonra qeyd etdi ki, “belə bir kitabın hasilə gəlməsinə həm də övladlarım səbəb oldu. Bir dəfə onlar mənə “terror nədir” deyə sual verəndə cavab verməyə çətinlik çəkmişdim. Bu kitabda Sevinc xanım həmin suala təfərrüatlı cavab verib”.

 Tural Axundov kitabın meydana çıxmasında redaktor Bəhram Orucluya, rəyçi Elnarə Akimovaya, rəssam Nigar Mustafayevaya, dizayner Mirəziz Sadıqzadəyə, korrektor Günel Məmmədovaya, orada təqdim olunan “Pıçıltı” kompazisiyasına görə 3 nomrəli Uşaq-Gənclər İnkişaf  Mərkəzinin “Çiçəyim” uşaq teatrının rəhbərliyinə, “Sultan” Cizgi Filmi studiyasına təşəkkürünü bildirdi və qeyd etdi ki, bu kitabda onların hər birinin əməyi danılmazdır. Amma ən böyük əmək təbbi ki, onu ərsəyə gətirən Sevinc Nuruqızınındır.

 

   Sevinc Nuruqızı çıxışında bildirdi ki, Gəncə terrorunun günahsız qurbanları olan uşaqlara ithaf etdiyi  “Pıçıltı” kitabı bütün canlıların və cansızların məhvinə səsbəb olan terrora “YOX” deyənlərin haqq səsidir. Kitabın ilk səhifələrində deyildiyi kimi: “Əslində, təbiət pıçıltılarla doludur... Biz eşitmədiyimiz pıçıltılarla... Səsini insana çatdıra bilməyənlərin pıçıltısı ilə... Arzularını səmalara ötürənlərin, istəklərini ağ-gümüşü buludlara pıçıldayanların səsi ilə... Çiçəklərin, böcəklərin, küləklərin pıçıltısı ilə... Quşların, daşların, yağışların pıçıltısı ilə... Dünyanı cənginə alan terrora, müharibələrə “YOX” deyənlərin pıçıltısı ilə... Bu yaşıl, mavi, günəşli planeti uşaqların əlindən alanlara etiraz edənlərin haqq səsi ilə...”

          Kitabın adı məsələsinə toxunan Sevinc Nuruqızı qeyd etdi ki, belə qərara aldıq ki, adını “Pıçıltı” qoyaq. Çünki buradakı vaqeələr heyvanların, oyuncaqların pıçıltısı əsasında qələmə alınıb. Biz gündəlik həyatımızda onların səsini, pıçıltısını eşitməsək, duymasaq da, onların insanlığın törətdiyi vəhşiliklərə etiraz səsi mütləq var.  

          Daha sonra söz alan F. Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova Sevinc Nuruqızının bütün əsərlərində uşaq dünyasına dair ən əhəmiyyətli məqamların əksini tapdığını vurğuladı. “Pıçıltı” kitabını da həmin əsərlərdən hesab edən Şəhla xanım bildirdi ki, bu kitab Gəncə terrorunun təcəssümünün ən əyani nümunəsidir. Sevinc Nuruqızının bundan əvvəlki kitablarının təqdimatına toxunan Şəhla Qəmbərova bildirdi ki, bu təqdimatın da keçirilməsində əsas məqsəd rəqəmsal əsrdə uşaqların intellektual inkişafında kitabın və mütaliənin rolunu artırmaq, uşaq və  yeniyetmələri mütaliəyə həvəsləndirməklə yanaşı, uşaq ədəbiyyatı  sahəsində ərsəyə gələn  yeni əsərlərlə tanış etmək, yazıçı və oxucu arasında kommunikasiya xidmətini yüksək səviyyədə həyata keçirtməkdir.  

          Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Uşaq ədəbiyyatı” şöbəsinin müdiri Elnarə Akimova çıxışında Sevinc Nuruqızının uşaq ədəbiyyatının ünlü isimlərindən olduğunu vurğuladı. Bildirdi ki, Sevinc xanımın yazıçı kimi ən mühüm xüsusiyyəti onun milli təəssübkeşliyidir. O hər zaman cəmiyyətdə baş verən proseslərin bədii mətnə gətirilməsinə çalışır, bunu operativ və çevik şəkildə reallaşdırır. Amma bu çeviklik ona mövzu ilə bağlı manipulyasiya eləməyə imkan vermir, Sevinc xanım meydana qoyduğu əsəri peşəkar səviyyədə yazır. Bu da onun uşaq ədəbiyyatı yaratmağın missiyasını aydın dərk etməsinə bağlı məsələdir.

“Pıçıltı” kitabının Gəncə terroruna həsr olunmuş ilk əsər olduğunu vurğulayan Elnarə Akimova bildirdi ki, müəllif Gəncədə törədilmiş terror hadisələri zamanı simvol-rəmzə çevrilmiş əsas obrazları mətn strukturuna uğurla oturuşdura bilib. Türk jurnalisti Fulya Öztürk, yaralar içində belə gülümsəməyi bacaran balaca Bəxtiyar, dağıntılar altından çıxarılan balaca Aylin. Daha sonra əsərin məziyyətləri üzərində dayanan Elnarə Akimova  onun nəzm və nəsrin qovuşuğundan hasilə gəldiyini nəzərə çatdırdı, ideya və məzmun özəlliklərinə diqqət yetirdi: “Bundan sonra bu mövzuda əsərlər yazıla bilər, amma “ilk” olmaq amili hər zaman fərqli status qazandırıb yazıçıya. Eyni zamanda bu “ilk”lik sənətkarlıq baxımından yüksək səviyyədə həllini tapıbsa. Bu baxımdan “Pıçıltı” kitabı seçilən bir əsərdir. Kitabın əsas uğurlarından biri sağlam ideyaya malik olmasıdır ki, bu da Sevinc Nuruqızının bütün yaradıcılığı üçün mühüm məqamdır. Bilirsiz, bu ümumən bütün ədəbiyyatımıza şamil olunacaq məsələdir. Yazılan əsərin mövzusu, məzmunu aktual ola bilər, sənətkarlıq baxımından da özünü doğrulda bilər, amma əsərdə sağlam ideya yoxdursa həmin əsərin uğur qazanacağı şübhə doğurur. Bu mənada, Sevinc Nuruqızının bütün əsərlərində milli ideya bütövlüyü, sağlam düşüncəyə xidmət yer alır ki, bu da onun ziyalı kimi təəssübkeşliyinin göstəricidir”.

Elnarə Akimova kitabın nəfis tərtibatına görə  “Təhsil” Nəşriyyat Poliqrafiya Müəssisəsinin kollektivinə, belə bir iş meydana qoyduğuna görə direktor Tural Axundova minnətdarlığını bildirdi. Qeyd etdi ki, uşaq kitabları üçün söz, səslərlə yanaşı rəng simvolikasının da mühüm yeri var. Formanın poetik çəkisini zənginləşdirən, məlumatın obrazlı şəkildə qavrayışında mühüm rol oynayan bu illüstrasiyalar nağıldakı bədii təsvir vasitələrinin əlvanlığını bir növ tamamlayır. Həmçinin bu illüstrasiyalar,  onlardakı rəng və səs simvolikası bədii qayənin uşaqlar tərəfindən asan mənimsənilmə imkanı yaradır.  

Sonda kitabın redaktoru Bəhram Oruclu Sevinc Nuruqızını təbrik edərək kitabın əhəmiyyətli məqamlarına toxundu, Hüseyn Arifin “Mən sülhə səs verirəm” şeirini səsləndirdi.

Təqdimat xatirə şəkillər çəkilməsi və Sevinc Nuruqızının kitablarını imzalaması ilə sona yetdi.

XƏBƏRLƏR

12.07.2024 18:07
Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-un 31 yaşı tamam olur
12.07.2024 15:22
Nazir Adil Kərimli ŞƏT-ə üzv ölkələrin mədəniyyət nazirlərinin görüşündə iştirak edib
11.07.2024 14:52
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi post-prodakşn mərhələsində olan filmlərə dəstək müsabiqəsinin nəticələrini açıqladı
11.07.2024 12:37
Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri elan olunub
10.07.2024 18:35
Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin Azərbaycan bəstəkarı Bəhram Nəsibovun “Qarabağ” adlı əsərinin musiqisinin qanunsuz mənimsənilməsi və müəlliflik hüququnun digər şəkildə pozulması ilə bağlı BİRGƏ BƏYANATI
05.07.2024 09:18
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi
04.07.2024 17:49
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
03.07.2024 10:01
“Kür – çaylar anası” sənədli filminin çəkilişləri davam edir
02.07.2024 09:52
Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici seminar keçirilib
28.06.2024 15:35
Azərbaycanın mədəniyyət naziri Özbəkistanda Beynəlxalq Maqom Sənəti Forumunda iştirak edib
27.06.2024 15:44
Özbəkistanda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir
25.06.2024 17:11
Akademik Rus Dram Teatrında aktyor sənəti və vokal üzrə ustad dərsləri
25.06.2024 10:57
 Bakıda Rusiya Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub  
25.06.2024 09:54
Mədəniyyətimiz radiodalğalarında – yeni layihələr
24.06.2024 14:57
Media nümayəndələri musiqi və incəsənət məktəblərinə şagirdlərin qəbul imtahanını izləyiblər
24.06.2024 12:25
Azərbaycan və Çin klassik əsərlərinin tərcüməsi və nəşri ilə bağlı görüş keçirilib
24.06.2024 12:19
İyunun 20-də Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar incəsənət xadimi Vəcihə Səmədovanın 100 illik yubileyinə həsr olunmuş “Vəcihə Səmədova 100: sənətkar ömrünün səhifələri” adlı sərgi açılıb
21.06.2024 10:00
Beynəlxalq Animasiya Filmləri Festivalında Azərbaycan stendlə təmsil olunub
20.06.2024 09:24
Azərbaycan Pekin Beynəlxalq Kitab Sərgisində ilk dəfə milli stendlə təmsil olunur
14.06.2024 17:04
Mədəniyyət naziri Samuxda vətəndaşları qəbul edib
13.06.2024 18:02
Özbək dilinə tərcümə edilmiş "Qılınc və qələm" romanı Daşkənddə təqdim olunub
13.06.2024 17:04
Dövlət Yuğ Teatrı “Mənəm, mən” tamaşasını Daşkənddə nümayiş etdirib
13.06.2024 09:51
"Arşın mal alan" yenidən Daşkənd səhnəsində nümayiş olunub
13.06.2024 09:31
"Azərbaycanın sənət incilərində yaşayan milli irsi” - Daşkənddə sərgi açılıb
12.06.2024 11:23
Daşkənddə Azərbaycan incəsənətinin növbəti təntənəsi
12.06.2024 09:40
Azərbaycan və Özbəkistanın mədəniyyət nazirləri Daşkənddə görüşüb 
12.06.2024 09:33
Özbəkistan Milli Kitabxanasında Azərbaycan guşəsinin açılışı olub