Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1148

Xaniyada Avropa Şurasının Mədəni Marşrutlarının Məşvərət Forumu keçirilir

2022-ci il 5-7 oktyabr tarixlərində Yunanıstanın Krit adasında yerləşən Xaniya şəhərində Avropa Şurasının (AŞ) Mədəni Marşrutlarının 11-ci illik İllik Məşvərət Forumu keçirilir. 30-dan artıq mədəni marşrutun təmsil olunduğu forumda Avropa Şurasının rəsmiləri, müxtəlif ölkələrin mədəniyyət nazirləri, bir sıra beynəlxalq təşkilatlar iştirak edir.

5 oktyabr tarixində açılan Forumda Mədəni Marşrutların İdarə Heyəti üzvlərinin qapalı iclası keçirildi. İclasda ölkəmizi təmsil edən Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Araz Bağırlı 2011-ci ildən Proqrama qoşulan ilk ölkələrdən biri kimi Azərbaycanın platformanın inkişafını yüksək dəyərləndirdiyini və həm ölkələrin, həm də marşrutların sayının getdikcə artığının müsbət göstərici olduğunu vurğuladı. Mədəniyyətlərarası dialoqun təşviqinə yönəlmiş layihələrin ölkəmiz tərəfindən dəstəkləndiyini vurğuladı. İclasdan sonra Mədəni Marşrutlar üzrə Genişləndirilmiş Hissəvi Sazişin İdarə Heyətinin sədri, İsveçrə təmsilçisi Julyen Vüllemier, AŞ Mədəni Marşrutlar üzrə Universitetlər şəbəkəsinin rəhbəri, Nottinqem Trent Universitetinin professoru Mayk Robinson ilə ikitərəfli fikir mübadiləsi aparılmışdır.

Forumun ikinci günü keçirilən “Mədəniyyətlərarası dialoqun təşviqi” adlı paneli giriş nitqi ilə ölkəmizin AŞ yanında daimi nümayəndəsi, AŞ Nazirlər Komitəsinin Təhsil, mədəniyyət, idman, gənclər və ətraf mühit üzrə məruzəçilər qrupunun sədri səfir Fəxrəddin İsmayılov açmışdır. Çıxışda Avropa Şurasında mədəni proqramların önəmi qeyd edilmiş, “Bakı Prosesi”nin əhəmiyyəti xüsusilə vurğulanmışdır. Daha sonra panelin iştirakçısı olan mədəniyyət nazirləri, müxtəlif ekspertlər, mərkəzlərinin nümayəndələri bu istiqamətdə öz təcrübələri haqda danışmışlar.

Forumda ölkəmizi təmsil edən nümayəndə heyəti ilə AŞ Mədəni Marşrutlar üzrə Genişləndirilmiş Hissəvi Sazişin icraçı katibi, Mədəni Marşrutlar Proqramının direktoru Stefano Dominioni arasında da ikitərəfli görüş keçirilmişdir. Görüşü giriş sözü ilə açan Araz Bağırlı ilə ölkəmizin mədəniyyətlərarası dialoqa verdiyi töhfələr, Bakı Prosesi və bu təşəbbüs çərçivəsində nəzərdə tutulan qlobal tədbirlər haqqında qarşı tərəfi məlumatlandırılmış və birgə əməkdaşlıq imkanları haqqında danışmışdır. Bununla yanaşı, Azərbaycanın ərazisindən keçən mədəni marşrutların perspektivləri, ölkəmizlə ikitərəfli əməkdaşlıq və ölkəmizin qoşula biləcəyi yeni marşrutlar ətrafında fikir mübadiləsi aparılmışdır.

6 oktyabr tarixində həmçinin, Mədəniyyət Nazirliyi ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, Avropa Şurasının Mədəniyyət, İrs və Landşaft üzrə Rəhbər Komitəsinin (CDCPP), 48 ölkədə mövcud olan “İndustrial irs” mədəni marşrutunun rəhbərliyi və müxtəlif ölkələrin mədəniyyət nazirliklərinin təmsilçiləri arasında da görüşlər keçirilmişdir.

Forumun son günü təşkil edilən B2B sessiyalar çərçivəsində ölkəmizin qoşulduğu “Qayaüstü rəsmlər” marşrutunun rəhbəri Ramon Montes, “Itervitis – şərab marşrutu” nun rəhbəru Emanuela Panke, “Zeytun Yolları” mədəni marşrutun rəhbəri Marinella Katsilieri ilə Mədəniyyət Nazirliyinin təmsilçisi Araz Bağırlı, Dövlət Turizm Agentliyinin nümayəndələri Elşən Mustafayev və Sədaqət Davudova arasında əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparılmışdır.

Qeyd edək ki, ölkəmiz AŞ Mədəni Marşrutlar üzrə Genişləndirilmiş Hissəvi Sazişinə 2011-ci ildə qoşulan ilk ölkələrdən biri olmuş, 2014-cü ildə 4-cü İllik Məşvərət Forumuna ev sahibliyi etmişdir. 2017-ci ildə Bakıda keçirilən 4-cü Ümumdünya Mədəniyyətləarası Dialoq Forumu çərçivəsində mədəni marşrutlara həsr edilmiş xüsusi panel sessiyası təşkil olunmuşdur.

XƏBƏRLƏR

10.05.2024 17:40
Mədəniyyət Nazirliyinin tabeliyindəki Mədəniyyət müəssisələrinin rəhbərləri üçün təlim keçiriləcək
10.05.2024 08:58
Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb
06.05.2024 17:42
Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib
06.05.2024 13:16
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada başlanılır
06.05.2024 09:23
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə işə qəbul ilə bağlı ilk dəfə vahid platforma üzərindən müsabiqə elanı
03.05.2024 18:03
Ağdam Konfrans Mərkəzində “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib
03.05.2024 18:01
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
03.05.2024 17:55
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib
03.05.2024 17:53
“Mədəni irsin mühafizəsində qanunvericiliyin rolu: uğurlu təcrübələr” mövzusunda parlamentlərarası konfrans keçirilib
03.05.2024 17:51
“Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı” mövzusunda panel iclas keçirilib
03.05.2024 17:49
"Molla Nəsrəddin – çətin günlərin dostu" filminin çəkilişləri avqustda başlanacaq
03.05.2024 17:47
"Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs" mövzusunda IV plenar sessiya keçirilib
03.05.2024 17:45
“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda panel sessiyaya təşkil edilib
03.05.2024 17:41
Forumun IX panel sessiyası “Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi” mövzusuna həsr olunub
03.05.2024 17:23
“Üfüqləri birləşdirərək: İpək yolu proqramının müasir trendləri və qlobal təsiri” mövzusunda 8-ci panel sessiya keçirilib
03.05.2024 17:18
“Müasir inkişaf meyillərinin təmin edilməsində və iqtisadi şaxələndirmədə mədəni və yaradıcı sənayelərin əhəmiyyəti” mövzusunda panel sessiya keçirilib
03.05.2024 17:08
“Turizm insanları birləşdirən və mədəniyyətlərarası dialoqu təşviq edən alət kimi” adlı panel sessiya keçirilib
03.05.2024 17:05
“Sosial media: mədəniyyətlər və insanlar arasında körpü və ya sədd? – Forumun növbəti panel sessiyası
03.05.2024 17:02
Mədəniyyət naziri liviyalı həmkarı ilə görüşüb
03.05.2024 17:00
Forumda “Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi; qlobal inkişafa doğru” adlı panel sessiya keçirilib
03.05.2024 16:57
Forumda növbəti panel sessiya tənzimlənməyən miqrasiya və sosial təsirlərə həsr olunub
03.05.2024 16:52
Beynəlxalq təşkilatların “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” adlı III Zirvə görüşü keçirilib
03.05.2024 16:42
Forum çərçivəsində nazirlərin 5-ci görüşü keçirilib
03.05.2024 16:15
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 1-də Dini liderlərin Bakı görüşü keçirilib
03.05.2024 16:12
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Süni intellekt - təhdid yoxsa imkan?” mövzusunda üçüncü plenar sessiya təşkil olunub
01.05.2024 17:10
Dialoq Forumunun II plenar sessiyası “Sülh və qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq” mövzusuna həsr olunub
01.05.2024 15:41
Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi – Forumun ilk plenar sessiyası keçirilib
01.05.2024 15:37
Dialoq Forumu çərçivəsində “Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu” adlı panel sessiya təşkil edilib
01.05.2024 14:57
Mədəniyyət naziri İordaniya şahzadəsi və Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşüb