Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
680

Qənirə Paşayevanın “Tarixə adını yazan qadınlar” üçcildliyinin imza mərasimi keçirildi

Oktyabrın 5-də  Bakı Ekspo Mərkəzində keçirilən VIII Bakı Beynəlxalq Kitab Sərgisində Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın  “Tarixə adını yazan qadınlar”  üçcildliyinin imza mərasimi keçirildi. Tədbirə giriş sözü ilə başlayan Qənirə Paşayeva ilk öncə qonaqları salamladı, sonra  kitabın dəyəri, məziyyətləri haqqında qənaətlərini səsləndirdi: “Kitab bir vərdişdir. Bu vərdiş çox kiçik yaşlarında uşaqlara aşılanmalıdır. Ona görə mən bütün ailələrə buradan bir çağırış edirəm. Müxtəlif ölkələrdən nəşriyyatlar burada öz kitabları ilə təmsil olunur. Bu çox böyük bir hadisədir ki, siz bura gəlib fərqli mədəniyyətlərin, ölkələrin təmsil ounduğu kitablarla tanış olursunuz. Siz övladlarınızı bura gətirsəniz, bu tədbir uşaqların yaddaşında silinməz izlər qoyacaq. Çünki aldığı hər kitab, o kitabların müəllifi ilə olan görüşlər uşaqların hafizəsində silinməz izlər buraxır. Bir qıza veriləcək ən yaxçı cehiz kitab, təhsil və oxumaqdır”.

 Daha sonra “Tarixə adını yazan qadınlar”  üçcildliyinin önəmli məqamlarına toxunan Qənirə Paşayeva bildirdi ki, bu kitab dünya ölkələrindəki qadınlarla yanaşı, Azərbaycan tarixində özünəməxsus imzasını qoyan qadınlardan bəhs edir.  Azərbaycanın ilk qadın hökmdarı Tomris, ilk qadın diplomat Sara Xatun, hamımıza öz zərifliyi, uzaqgörənliyi ilə  örnək olan birinci xanım Mehriban  Əliyevadan və tariximizdə, mədəniyyətimizdə öz sözünü deyən digər xanımlardan bəhs edir. Qənirə Paşayeva çıxışında bildirdi ki, bu kitab onu mütaliə edən hər kəsə yüksək motivasiya aşılayır. “Mən hər şeyi bacaracam” devizi kitabın əsas ideyasıdır ki, insana əzm, iradə və yüksək həyat eşqi bəxş edir. 

Təqdimatın sonunda müəllif ilə imza saatı keçirildi.

XƏBƏRLƏR

28.09.2023 15:48
Mədəniyyət naziri Mingəçevirdə vətəndaşları qəbul edib
27.09.2023 17:55
Azərbaycan ilə Qətər arasında mədəni əməkdaşlıq müzakirə olunub
27.09.2023 16:42
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini yad edib
26.09.2023 17:17
Azərbaycanın mədəniyyət naziri İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında çıxış edib
26.09.2023 12:11
DokuBaku VII Beynəlxalq Sənədli Filmlər Festivalı keçiriləcək
25.09.2023 16:35
Qarabağımızın incisi Şuşa yekdil qərarla “İslam dünyasının mədəniyyət paytaxtı” elan edildi
21.09.2023 18:42
Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlandı
19.09.2023 13:08
Heydər Əliyev Sarayında çoxdan gözlənilən “Məhəbbət əfsanəsi” baletinin təqdimatı olub
18.09.2023 17:30
“Xınalıq və Köç yolu mədəni landşaftı” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi
18.09.2023 15:12
Prezident İlham Əliyev Azərbaycan musiqi ictimaiyyətini təbrik edib
18.09.2023 12:44
Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub
15.09.2023 18:24
MDB-yə üzv dövlətlərin Yaradıcı və Elmi Ziyalılarının XVI Forumu və MDB-yə üzv dövlətlərin Mədəni Əməkdaşlıq üzrə Şurasının 38-ci iclası keçirilib
15.09.2023 17:52
Üzeyir Hacıbəyli festivalı 10-dək ölkədən musiqiçiləri bir araya gətirəcək
15.09.2023 12:13
Bu gün görkəmli kinorejissor, Xalq artisti Xamis Muradovun 80 illik yubileyidir
15.09.2023 10:34
Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə sənəd qəbununun vaxtı uzadılıb
15.09.2023 08:40
Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Ciddədə İƏT baş katibinin müavini ilə görüşüb
13.09.2023 15:46
Özbəkistanda “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşaya həsr olunan poçt markası buraxılıb
13.09.2023 15:01
Arif Məlikovun doğum günündə Fəxri xiyabanda məzarı ziyarət olunub
12.09.2023 14:52
Vətən müharibəsindəki tarixi zəfərə ithaf edilən ədəbi müsabiqənin nəticələri bəlli olub
11.09.2023 13:53
VI “Animafilm” Beynəlxalq Animasiya Festivalı başa çatdı
08.09.2023 14:45
Pekində mədəni irsin qorunması və bərpası üzrə əməkdaşlıq müzakirə olunub
07.09.2023 17:30
Bakıda 6-cı “Animafilm” festivalı keçirilir
06.09.2023 15:34
Mədəniyyət naziri Adil Kərimli Çində keçirilən forumda çıxış edib
06.09.2023 10:11
Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı başlayır
06.09.2023 09:33
Dunhuanda 6-cı Beynəlxalq İpək Yolu Sərgisi işə başlayıb