Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1104

“Silahın mistik gözəlliyi” adlı kataloqun təqdimat mərasimi keçirildi

3 oktyabr 2022-ci il tarixində muzeydə "Silahın mistik gözəlliyi (Milli Azərbaycan Tarixi Muzeyində XVI-XIX əsrlər Azərbaycan silahı)" adlı sərginin kataloqunun təqdimat mərasimi keçirildi.

Tədbirdə Azərbaycan Respublikasının dövlət və ictimai qurumlarının nümayəndələri, alimlər, tədqiqatçılar, muzey əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı qonaqları salamlayaraq, tədbirin əhəmiyyəti barədə ətraflı çıxış edib. Muzey tərəfindən Azərbaycanın hərb tarixinə həsr olunmuş tədbirlərin mütəmadi olaraq, keçirildiyini xüsusi vurğulayıb. Akademik qeyd edib ki, onlardan biri hazırda muzeydə nümayiş olunan silah sərgisidir.

Daha sonra Azərbaycan Respublikasının Mədəniyyət Naziri Anar Kərimov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin 44-günlük Vətən Müharibəsində qazandığı parlaq qələbə nəticəsində Azərbaycanın hərb tarixi və silahlarına, həm respublikada, həm də xaricdə ictimai marağın artmasını vurğulamışdır. Dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycan vətəndaşları, xüsusilə gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi diqqət mərkəzindədir. Bu baxımdan praktiki addımlarla bərabər, elmi əsaslarla yazılmış kitablara böyük ehtiyac var. Cənab Nazir qeyd etmişdir ki, Azərbaycan ustaları çoxsaylı qoşunları silahlarla tam təmin etmiş, həmçinin, dekorativ-tətbiqi sənətin şedevrləri sayılan silahlar hazırlamışlar. Hazırda bu silahların bir çox nümunələri dünya muzeylərində qorunur və bu kataloq sübut edir ki, Azərbaycan xalqının dekorativ-tətbiqi sənətinin vacib sahəsi silahsazlıq və metalişləmə sənətləri olmuşdur. Habelə, Azərbaycanın ənənəvi silahları milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsidir.

Kataloqun müəllifi muzeyin Elmi Ekspozisiya və Sərgilərin Təşkili şöbəsinin müdiri, t.ü.f.d., dosent Səbuhi Əhmədov 300-dən artıq fotoşəkillərlə zənginləşdirilmiş, nəfis tərtibatda çap edilən kataloq haqqında ətraflı məlumat verərək,  XVI-XIX əsr Azərbaycan silahlarının növləri, təyinatı və xüsusiyyətlərindən bəhs edib. Müəllif sözügedən yeni nəşrin strukturu, burada qeyd edilən məsələlər, təhlil olunan silahlar haqqında çıxış edib. S.Əhmədov, həmçinin, bildirib ki, kataloqda sözügedən sərgidə nümayiş olunan eksponatların çoxsaylı fotoşəkilləri vasitəsilə silahların ümumi görünüşü ilə yanaşı, onların dekorativ tərtibatına da diqqət yetirilib.

Kataloq təsdiq edir ki, muzeyin Silahlar və Bayraqlar fondunda qorunan müdafiə, soyuq və odlu silahlar Azərbaycan xalqının şanlı hərb tarixini əks etdirməklə bərabər, sənətkarlığın silahsazlıq sahəsinin yüksək inkişafını nümayiş etdirir. Bu silahlar, həmçinin, yüksək zövqlə hazırlanmış incəsənət əsərləridir. S.Əhmədov Azərbaycanın ənənəvi silahlarının Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi kimi araşdırılmasının vacibliyinə toxunaraq, bu baxımdan həyata keçiriləcək praktiki addımların vacibliyini xüsusi vurğulayıb.

Daha sonra kataloqun hazırlanmasında iştirak etmiş şəxslərə muzey adından Təşəkkürnamələr təqdim edilib.

Təqdimatın rəsmi və bədii hissələri muzeyin “Şərq” zalında keçirilib. Bədii hissədə  Müdafiə Nazirliyi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının ifasında hərbi-vətənpərvərlik ruhunda müxtəlif musiqi nömrələri ifa olunub.

Sonda qonaqlar muzeydə nümayiş olunan "Silahın mistik gözəlliyi” adlı sərgi ilə tanış olublar.

Tədbir iştirakçılarına kataloq təqdim olunub.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib