Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1263

VIII Bakı Beynəlxalq Kitab Sərgisinə həsr olunan mətbuat konfransı keçirildi

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 5-9 oktyabr tarixində VIII Bakı Beynəlxalq Kitab Sərgisi (“Baku International Book Fair – 2022”) keçiriləcək. Bakı Ekspo Mərkəzində reallaşacaq sərgi "Şuşa İli"nə həsr olunub.

Oktyabrın 4-də "Hilton Baku" hotelində sərgi ilə bağlı mətbuat konfransı keçirildi.

Giriş sözü ilə çıxış edən Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli sərgi haqqında məlumat verdi. Qeyd etdi ki, builki sərginin digər sərgilərdən fərqi onun miqyasının daha geniş olmasıdır: "8-ci sərgi "Şuşa İli"nə həsr olunub. Ona görə də çap məhsullarının əksəriyyəti mədəniyyət paytaxtımızın simvolları ilə bəzədilib. “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə keçiriləcək sərgidə 10-dan çox ölkə (Türkiyə, Rusiya, İran, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və s.), 100-dən artıq yerli və xarici nəşriyyatın iştirakı gözlənilir.

Kitab bayramında həmçinin Azərbaycanın tanınmış yazıçı və şairləri, gənc yazarlar, eləcə də məşhur xarici müəlliflər, sənətçilər iştirak edəcəklər. Sərgiyə həmçinin kitab mağazaları, universitetlər, mədəniyyət mərkəzləri, muzeylər və s. qurumların da iştirakı nəzərdə tutulur.

Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək. Builki sərgidə ilk dəfə olaraq azyaşlı oxucular üçün spesifik formada "Uşaq dünyası" adlı stend quraşdırılacaq. Sərgi müddətində müxtəlif formatda ümumilikdə 200-dən çox tədbirin təşkili nəzərdə tutulur.

Xalq şairi Ramiz Rövşən və tanınmış şair Aqşin Yenisey VIII Bakı Beynəlxalq Kitab Sərgisinin “fəxri yazarlar”ı olacaqlar. Hər iki müəllifin iştirakı ilə müxtəlif səpkili tədbirlər keçiriləcək. Builki sərginin “fəxri qonaq ölkə”si isə Türkiyədir.

Akif Marifli bildirdi ki, sərgi müddətində 2021-ci ildən Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə həyata keçirdiyi “Qarabağa kitabla gedək” aksiyası da davam edəcək. Hazırda bu aksiya çərçivəsində işğaldan azad edilmiş ərazilərdə yaradılacaq kitabxanalar üçün 94 min nüsxəyə yaxın kitab toplanıb. Sərginin son günü isə təşkilat komitəsi tərəfindən "Ən yaxşı nəşriyyat" və "Ən yaxşı kitab" nominasiyaları üzrə qaliblər seçiləcək. Şuşaya həsr olunmuş məzmun və poliqrafik baxımından ən yaxşı kitabı çap etmiş naşir isə mədəniyyət paytaxtımızın 270 illiyi münasibətilə təsis olunan xatirə nişanı ilə təltif ediləcək.

“Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədov vurğuladı ki, ötən ilki sərginin 30 mindən çox ziyarətçisi olub. Sərginin keçiriləcəyi Bakı Ekspo Mərkəzində qurulan infrastruktur onu deməyə imkan verir ki, builki sərgidə daha da çox kitabsevər iştirak edəcək.

Sonda media nümayəndələrinin sualları cavablandırıldı.

Qeyd edək ki, sərginin əsas məqsədi Azərbaycan dövlətinin kitab nəşri, kitabın təbliği və yayılması, dərsliklərin, lüğətlərin, tərcümə və elmi ədəbiyyatın işıq üzü görməsinə yönəlmiş qərar və göstərişlərinin mühüm rolunu vurğulamaq, ölkəmizdə kitab sənayesi sektorunun, ədəbi proseslərin və mütaliə mədəniyyətinin inkişafını dəstəkləməkdir.

Sərgi ziyarətçilərinin metronun “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək.

Ziyarətçilər https://bakubookfair.az/az-register/ linki vasitəsilə qeydiyyatdan keçməklə buraxılış vərəqələrini əldə edə bilərlər.

Saat 10:00-dan 20:00-dək açıq olacaq sərgiyə giriş ödənişsizdir.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb