Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
720

Nazir A.Kərimovun çıxışı, habelə bir sıra ikitərəfli görüşləri və eksklüziv müsahibələri Meksika mətbuatında və bir sıra kütləvi informasiya vasitələrində geniş yayılmışdır

Xəbər verdiyimiz kimi, cari ilin 28-30 sentyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının paytaxtı Mexiko şəhərində UNESCO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin Mədəni Strategiya və Dayanıqlı İnkişafa dair Dünya Konfransı ("Mondiacult 2022") keçirilmişdir. Tədbirə 115 ölkədən yüksək səviyyəli olmaqla, ümumilikdə 160 ölkədən nümayəndə heyəti qatılmışdır. Üç gün ərzində davam edən konfrans çərçivəsində iştirakçılar "İrs və Mədəni müxtəliflik böhran dövründə", "Yenilənmiş və gücləndirilmiş mədəniyyət siyasəti", "Mədəniyyət dayanıqlı inkişaf üçün", "Yaradıcı iqtisadiyyatın gələcəyi" mövzularında müzakirələr aparmışdır. Ölkəmizi bu tədbirdə nazir Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nazir A.Kərimovun "İrs və mədəni müxtəliflik böhran dövründə" mövzusunda çıxışı, habelə bir sıra ikitərəfli görüşləri və eksklüziv müsahibələri Meksika mətbuatında və bir sıra kütləvi informasiya vasitələrində geniş yayılmışdır.

Bəzi istinadları təqdim edirik:

29 sentyabr tarixində Meksikanın geniş izləyici auditoriyasına malik “Canal Once Noticias” televiziya kanalında nazir Anar Kərimovun kanalın xarici siyasət üzrə tanınmış beynəlxalq şərhçisi Federiko Lamonta verdiyi müsahibə efirə gedib. Müsahibə həmçinin kanalın çoxsaylı auditoriyaya malik sosial şəbəkələrində də yayılıb.

https://bit.ly/3fCHqyB

29 sentyabr tarixində Meksikanın geniş dinləyici auditoriyasına malik “Kanyon” radiosunda nazir Anar Kərimovun Federiko Lamonta verdiyi müsahibə efirə gedib.

29 sentyabr tarixində Meksikanın nüfuzlu mətbu orqanlarından olan “Uno mas Uno” qəzetində jurnalist Federiko Lamontun nazir Anar Kərimovla müsahibəsi əsasında “Ermənistanın işğalı bizim qədim mədəniyyətimizin dağılmasına və məhvinə səbəb olub: Anar Kərimov” başlıqlı məqalə dərc olunub. Sözügedən məqalə qəzetin həm çap versiyasında, həm də internet resurslarında dərc olunub.

https://bit.ly/3rofml5 ( səh.8 )

30 sentyabr tarixində Meksikanın nüfuzlu “Contra Replica” qəzetində jurnalist Federiko Lamontun nazir Anar Kərimovla müsahibəsi əsasında “Mədəniyyətin qlobal gündəmdə saxlanılması” başlıqlı məqalə dərc olunub.

https://bit.ly/3Eibbia ( səh.14 )

30 sentyabr tarixində Meksikanın aparıcı mətbu orqanlarından olan “Reforma” qəzetində dərc olunmuş “Mədəniyyət atəş altında” başlıqlı məqalədə Mexiko şəhərində keçirilən UNESCO-ya üzv ölkələrin Mədəniyyət Nazirlərinin Mədəni Strategiya və Dayanıqlı İnkişafa dair Dünya Konfransı ("Mondiacult 2022") zamanı nazir Anar Kərimovun çıxışına istinad edilib.

https://bit.ly/3Cq62Do

O cümlədən, 30 sentyabr tarixində Meksikanın geniş oxuyucu kütləsinə malik “El Heraldo de Mexico” qəzetində dərc olunmuş "Mondiacult 2022" – iştirakçıların anlam verici ifadələri” başlıqlı məqalədə konfrans zamanı nazir Anar Kərimovun səsləndirdiyi fikirlərə istinad edilib.

https://bit.ly/3Ef9xhD

30 sentyabr tarixində Meksikanın “Tendencias Hoy” xəbər portalında dərc olunmuş "Mondiacult 2022" Konfransına həsr olunmuş məqalədə həmçinin nazir Anar Kərimovun öz çıxışında səsləndirdiyi fikirlər yer alıb.

https://bit.ly/3e62tca

Meksika dövlət qurumları və buradakı diplomatik korpus arasında böyük auditoriyaya malik “Protocolo” jurnalının internet resursunda nazir Anar Kərimovla müsahibənin video yazısı yayımlanıb.

https://bit.ly/3SLxjFV

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi