Türkiyə universitetlərində Azərbaycan musiqi sənəti haqqında ustad dərsləri keçiriləcək
2160
30.09.2022
30.09.2022 08:12
Mədəniyyət Nazirliyinin təşkilatçılığı, "Cultural Network House" Assosiasiyasının və TADİV-in birgə əməkdaşlığı ilə 3 oktyabr 2022-ci il tarixində ilk dəfə Azərbaycan sənətçiləri və Türkiyə universitetləri arasında mədəniyyət mübadiləsi baş tutacaq.
Silsilə tədbirlər çərçivəsində Azərbaycan sənətçiləri – Şahin Növrəsli caz, Toğrul Əsədullayev kamança, Arslan Növrəsli isə tar ifaçılıq sənəti haqqında türk tələbələrə ustad dərsləri keçəcəklər. Tələbələr həm sənətçilərimizin ifasını dinləyəcək, həm də Azərbaycan musiqisinin dərinlikləri haqqında dəyərli biliklər əldə edəcəklər.