Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1052

Nazir Anar Kərimov Ağdaşda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub

Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Anar Kərimov sentyabrın 23-də Ağdaş Rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbuldan sonra nazir Ağdaşda bir sıra mədəniyyət müəssisələrinə və tarixi abidələrə baş çəkib.

Anar Kərimov Mədəniyyət Nazirliyi tərəfindən təmiri planlaşdırılan Ağdaş Rayon Mədəniyyət Mərkəzində olub, müəssisənin əsaslı təmir planı barədə ətraflı məlumat alıb. Burada aparılacaq təmir işləri ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

Sonra 1986-cı ildən fəaliyyət göstərən Ağdaş Tarix-Diyarşünaslıq Muzeyinə baxış keçirilib. Nazirə məlumat verilib ki, muzey uzun müddət yerli əhəmiyyətli tarixi abidə olan Hacı Məhəmməd Ağanın evində fəaliyyət göstərib. 2015-ci ildə yeni binaya köçürülən muzeyin əsas fondunda 6758 eksponat qorunub saxlanılır, 1100-ü daimi nümayiş olunur.

Mədəniyyət naziri Ağdaş şəhərində tanınmış kaman ustası Habil Əliyevin adını daşıyan 1 nömrəli Uşaq Musiqi Məktəbinin fəaliyyəti ilə tanış olarkən bildirilib ki, musiqi məktəbi Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin təşəbbüsü ilə 1937-ci ildə fəaliyyətə başlayıb. 2009-cu ildə şəhərin mərkəzində musiqi məktəbinin müasir üslubda inşa edilən yeni binasının rəsmi açılışı olub. Məktəbdə hal-hazırda fortepiano, tar, kamança, qarmon, klarnet və nağara ixtisasları tədris olunur, 460 şagird təhsil alır, 125 müəllim çalışır.

Səfər çərçivəsində 1980-ci ildə yaradılan və 400 minə yaxın kitab fondu olan Ağdaş rayon MKS-nin Mərkəzi Kitabxanasına baxış keçirilib, müəssisənin fəaliyyəti barədə məlumat alınıb. Sonra həmin binada yerləşən Azərbaycan və özbək ədəbi əlaqələrinin inkişafında böyük xidmətləri olmuş dramaturq, tərcüməçi, şair və ədəbiyyatşünas Maqsud Şeyxzadənin ev-muzeyinə baxış keçirilib. Muzeyin direktoru şairə məxsus əşyalar, əsərlər, əlyazmalar barədə məlumat verib, bildirib ki, 1991-ci ildə yaradılan muzeydə şairə məxsus 224 eksponat saxlanılır.

Qeyd edək ki, sözügedən kitabxana və muzeyin yerləşdiyi bina 1904-cü ildə İsmayıl bəy Soltanbəyova məxsus olub. Həmçinin, yerli əhəmiyyətli tarixi abidə kimi (inv. № 4061) dövlət qeydiyyatına alınıb. Nazir yerli əhəmiyyətli tarixi abidə olan Hacı Məhəmməd ağanın evini də (inv. № 4060) ziyarət edib. Nazirə məlumat verilib ki, XIX əsrə aid olan yaşayış evi XX əsrin ortalarında hərbi komissarlıq, 1986-2015-ci illərdə tarix-diyarşünaslıq muzeyi, sonra isə Uşaq Gənclər İnkişaf Mərkəzi kimi istifadə olunub.
Anar Kərimov Ağdaşda daha bir yerli əhəmiyyətli memarlıq abidəsi olan Hacı Bədəl Əfəndi məscidinə (XIX əsr, inv. № 4070) gəlib, məscid binasının cari vəziyyəti ilə tanış olub. Bildirilib ki, binada uzun illər körəpələr evi, uşaq bağçası fəaliyyət göstərib.

Bununla da mədəniyyət nazirinin Ağdaş rayonuna səfəri başa çatıb.

XƏBƏRLƏR

01.06.2023 11:12
Mədəniyyət Nazirliyində “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
31.05.2023 18:57
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
31.05.2023 09:42
Azərbaycan UNESCO-nun Yardımçı Komitəsinə üzv seçilib
30.05.2023 19:11
Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Mədəniyyət Nazirliyində olub
30.05.2023 18:10
Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə sənədlərin qəbuluna başlanılıb
28.05.2023 20:11
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərində İşğal və Zəfər Muzeyi Kompleksinin təməlinin qoyulması mərasimində iştirak edib
17.05.2023 12:33
Beynəlxalq Muğam Festivalı çərçivəsində müxtəlif konsert proqramları təqdim olunacaq
13.05.2023 15:11
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
12.05.2023 16:37
“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi açılış mərasimi keçirildi
08.05.2023 10:49
Uşaq İncəsənət Festivalı çərçivəsində Zəngilanda tədbir keçirilib
01.05.2023 16:39
Mədəniyyət naziri Adil Kərimli dövlət kino təsisatlarını ziyarət edib
21.04.2023 18:01
“Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumu başa çatdı
21.04.2023 15:12
Kinoforumda ikinci gün: “Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri”
21.04.2023 11:53
Paytaxtdakı teatr və musiqi kollektivlərinin bölgələrə qastrolu başlanır
20.04.2023 19:53
“Milli kino: dünən, bu gün və sabah” – kinoforum panel müzakirələrlə davam edib
20.04.2023 16:27
Bakıda “Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda forum keçirilir
17.04.2023 16:49
Uşaq İncəsənət Festivalının birinci mərhələsinə start verildi
13.04.2023 11:17
Beynəlxalq Uşaq Kitabları Şurasının sertifikatları təqdim olunub
12.04.2023 20:00
“Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu başa çatdı
11.04.2023 16:05
Bakıda “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda forum keçirilib