Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
261

VI “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayıb

Mədəniyyət Nazirliyi və bir sıra qurumların tərəfdaşlığı ilə 21-25 sentyabr tarixində VI “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı keçirilir.

Sentyabrın 21-də XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində festivalın açılış mərasimi gerçəkləşdi.

Jurnalistlərə açıqlama verən festivalın direktoru İmam Həsənov qeyd etdi ki, festival hər il bir mövzuya həsr olunur: “Builki festivalın mövzusu “Təkamülə qarşı inqilab”dır. Bu mövzunu seçməkdə məqsədimiz odur ki, insanlar təbiəti və bir-birilərini qorusunlar. Burada kinonun, xüsusilə sənədli filmin böyük rolu var”.

İmam Həsənov bildirdi ki, festivala bu il 100-dən artıq film təqdim olunub. 33 ölkədən 60-dan çox film seçilib, avstriyalı rejissor Maria Arlamovskinin “Robosevgi” filmi isə müsabiqədən kənar göstəriləcək.

Açılış mərasimindən öncə torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra “Robosevgi” filmi nümayiş olundu. Film gələcəkdə insanların və bəşəriyyətin süni intellektə daha çox üstünlük verməsi haqqındadır. Ekran əsərində insanın özünün əksi olan robotun yaranması və bu robotun gələcəkdə insan üçün törətdiyi fəsadlardan bəhs olunur.

Qeyd edək ki, festivalda filmlər “Ən yaxşı tammetrajlı sənədli film”, “No-Main”, “Ən yaxşı beynəlxalq və yerli qısametrajlı sənədli film”, “Müsabiqədənkənar”, “DokuKids” və “DokuUA” kateqoriyaları üzrə təqdim olunur. Münsiflər heyətinə tanınmış sənədli kino rejissorları, kino və foto dünyasının nümayəndələri daxildir. Onların arasında Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov, çoxsaylı mükafatlar laureatı, Kann Film Festivalının qalibi Sergey Dvortsevoy, dünya şöhrətli azərbaycanlı fotojurnalist Reza Deqati və “Emmy” mükafatı laureatı, “Oskar” mükafatının nominantı, prodüser Kirstin Barfod və digərləri var.

Hər il festival dünyaca məşhur bir rejissorun filmlərindən ibarət silsilə nümayiş təşkil edir. Bu il qazaxıstanlı rejissor, 2009-cu ildə “Oskar” mükafatının nominantı (“Zanbaq” filmi) olmuş Sergey Dvortsevoyun dörd filmindən (“Cənnət”, “Qaranlıqda”, “Çörək günü”, “Magistral”) ibarət retrospektiv hazırlanıb.

6-cı festivalın proqramına ilk dəfə uşaqlar üçün sənədli filmlər də daxil edilib. Bundan başqa, festival Ukraynadan sənədli filmlər nümayiş etdirməklə bu ölkənin rejissorlarına dəstək olacaq.

Builki festivalın xüsusi qonağı polşalı sənədli film rejissoru və ssenaristi, bir sıra festivalların laureatı Pavel Lozinskidir. O, festival çərçivəsində özünün rejissor, həyat yoldaşı Aqneşka Mankieviçin isə prodüseri olduğu “Balkon” filmini təqdim edəcək.

Festival çərçivəsində filmlər Nizami Kino Mərkəzi, Azərbaycan Dövlət Film Fondu, YARAT Müasir İncəsənət Məkanı, ARTIM Layihə Məkanı və “Kapellhaus” – Alman-Azərbaycan Mədəniyyət Birliyində nümayiş etdiriləcək.

Səsvermə onlayn və ənənəvi şəkildə baş tutacaq, daha sonra birgə müzakirə aparılacaq və hər bir kateqoriya üzrə qaliblər seçiləcək.

Qeyd edək ki, “DokuBaku” Azərbaycanda ilk beynəlxalq sənədli film festivalıdır. 2017-ci ildə İmam Həsənov və Veronika Yanatkova tərəfindən təsis olunan festivalın məqsədi beynəlxalq proqramda dünyanın müxtəlif ölkələrindən xüsusi seçilmiş sənədli filmlərin nümayişini, eləcə də yerli kinorejissorları və bu janrın istehsalına dəstək olmaq məqsədi daşıyan yerli müsabiqəni təqdim etməkdir.

XƏBƏRLƏR

06.10.2022 16:19
Yaradıcı İqtisadiyyat üzrə III Ümumdünya Konfransı keçirilir
06.10.2022 10:30
“İrəvan necə varsa: keçmişdən bu günə” kitabının təqdimatı keçirildi
06.10.2022 10:19
İlber Ortaylının "Azerbaycan ve Kadim şehirleri" adlı kitabının təqdimat mərasimi keçirildi
06.10.2022 09:53
Qənirə Paşayevanın “Tarixə adını yazan qadınlar” üçcildliyinin imza mərasimi keçirildi
06.10.2022 09:44
Nazir Anar Kərimov Türkiyənin mədəniyyət və turizm nazirinin müavini ilə görüşüb
05.10.2022 18:41
Mədəniyyət naziri Anar Kərimov BDU və ADMİU 2021-2022-ci il kitabxanaçılıq üzrə məzunlarını işlə təmin edib
05.10.2022 18:19
Nazir Anar Kərimovun Afrika ölkələrindən olan UNESCO üzrə milli komissiyaların baş katibləri və nümayəndələri ilə görüşü keçirilib
05.10.2022 18:03
VIII Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirildi
05.10.2022 16:17
“Muzeyi peşəkardan öyrənək” adlı layihə Biləsuvarda təşkil olundu
05.10.2022 16:13
Türkiyədə “Şuşa İli” çərçivəsində konsert keçirilib
05.10.2022 13:56
Beynəlxalq Kompendium Assosiasiyası çərçivəsində növbəti məruzə hazırlanıb
05.10.2022 09:31
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamda Pənahəli xanın sarayı və İmarət Kompleksində görüləcək işlərlə tanış olublar
04.10.2022 16:26
Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə “Natəvan” operası nümayiş olunub
04.10.2022 14:16
“Silahın mistik gözəlliyi” adlı kataloqun təqdimat mərasimi keçirildi
04.10.2022 13:15
VIII Bakı Beynəlxalq Kitab Sərgisinə həsr olunan mətbuat konfransı keçirildi
03.10.2022 16:40
Azərbaycan incəsənət nümayəndələri Türkiyədə keçirilən IV Dünya Köçəri Oyunları Festivalında iştirak edib
03.10.2022 15:19
Ömər Faiq Nemanzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
03.10.2022 12:20
“Şuşa mədəniyyətinin inciləri”: Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyi
03.10.2022 10:51
Mədəniyyət Nazirliyi kommunikasiya menecerləri komandasını ictimaiyyətə təqdim edir
03.10.2022 09:20
Nazir A.Kərimovun çıxışı, habelə bir sıra ikitərəfli görüşləri və eksklüziv müsahibələri Meksika mətbuatında və bir sıra kütləvi informasiya vasitələrində geniş yayılmışdır
03.10.2022 09:17
“MondiaCult2022” konfransı çərçivəsində nazir Anar Kərimov bir sıra mötəbər görüşlər keçirib
30.09.2022 16:47
“Şuşa söhbətləri”də şanlı Zəfərimizə və mədəniyyət paytaxtımıza həsr olunan ekran əsərlərindən söz açıldı
30.09.2022 15:26
Beynəlxalq konfrans çərçivəsində nazir Anar Kərimov bir sıra ikitərəfli görüşlər keçirib
30.09.2022 12:39
"Mondiacult 2022" konfransı çərçivəsində nazir Anar Kərimov "İrs və mədəni müxtəliflik böhran dövründə" mövzusuna həsr olunmuş sessiyada çıxış edib
29.09.2022 14:55
Tanınmış rəssam Lətafət Məmmədovanın "Rənglərin sirri" adlı fərdi sərgisi açıldı
29.09.2022 13:08
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
29.09.2022 10:41
Mədəni Strategiya və Dayanıqlı İnkişafa dair Dünya Konfransı ("Mondiacult 2022") öz işinə başlayıb
28.09.2022 08:52
“Hippolar: iqlim dəyişikliyi ilə mübarizə üçün dünya səyahəti” adlı sərgi təşkil edildi
27.09.2022 16:57
Mədəniyyət Nazirliyinin əməkdaşları şəhidlərimizin xatirəsini yad ediblər
26.09.2022 11:34
“Lənkəran şəhərinin mədəni inkişaf strategiyası” Avropa İttifaqı tərəfindən qalib seçilib
26.09.2022 10:32
Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı