22.09.2022 10:55
Mədəniyyət naziri Anar Kərimov sentyabrın 21-də Litvanın ölkəmizdəki səfiri Egidius Navikasla görüşüb.
Diplomatı salamlayan Anar Kərimov Azərbaycan və Litva arasında dərin tarixi münasibətlərin olduğunu bildirib. İki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıqdan məmnunluğunu ifadə edən nazir gələcəkdə də bu əlaqələrin daha da dərinləşməsinə səy göstəriləcəyi vurğulayıb.
Səfir Egidius Navikas mədəniyyətin müxtəlif istiqamətləri üzrə əməkdaşlığın əhəmiyyətini qeyd edib, muzey və kitabxana sahəsində birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
Görüşdə Azərbaycan və Litva müəlliflərinin əsərlərinin qarşılıqlı olaraq iki ölkənin teatrlarında nümayişi ilə bağlı razılıq əldə olunub.