Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
985

V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında 29 ölkədən 75 film iştirak edir

Nizami Kino Mərkəzində sentyabrın 7-də V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının açılış mərasimi keçirildi.

Festivalın builki tərəfdaşları Mədəniyyət Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Qarabağ Dirçəliş Fondu, “Culture Network House Assosiation”, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası, Nizami Kino Mərkəzi, “Annecy” Beynəlxalq Animasiya Film Festivalı və digər qurumlardır. İqlim dəyişikliyinə həsr olunan builki festivalın devizi “Bir bilet – bir ağac”dır.

Açılış tədbirində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, nazirliyin əməkdaşları, xarici ölkələrdən qonaqlar və kinosevərlər iştirak edirdi.

Tədbirdə əvvəlcə kamançaçı, Əməkdar artist Toğrul Əsədullayevin rəhbərliyi ilə həyata keçirilən ustad dərsləri layihəsində iştirak edən istedadlı gənclərdən ibarət xalq çalğı alətləri ansamblının ifası təqdim olundu.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxış edərək qonaqları salamladı. Qeyd etdi ki, Azərbaycan kinematoqrafiyası dünya kinematoqrafiyasının tərkib hissəsidir. Bu sahənin inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılması çox vacibdir: “Artıq ekran məzmunlu əsərlər ənənəvi kitablarla böyük rəqabət aparır və demək olar ki, bu rəqabətdən qalib ayrılır. İnsanlar daha çox ekran qabağında vaxt keçirir. Ekran qabağında olan insan ekranda gördüyü məzmunla bərabər olur, dəyərləri və fikirləri onun əsasında formalaşır. Hər kəsin uşaqlıq xatirəsi olan bir animasiya filmi var. Animasiya filminin adı gələndə və ya ona baxmaq imkanı olanda böyük nəsil sanki öz keçmişinə qayıdır. Animasiya sahəsinin digər özəlliyi ondan ibarətdir ki, ən kiçik yaşlı uşağı və ən böyük yaşlı insanı bir araya gətirə bilir. Onlar ekran qabağında bir yerdə otura bilirlər. Bu baxımdan animasiyanın cəmiyyətdə rolu vacibdir”.

Elnur Əliyev bildirdi ki, Mədəniyyət Nazirliyi olaraq məqsədimiz animasiyaya böyük yol açmaqdır: “Bildiyiniz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Kino Agentliyi yaradılır. Agentliyin əsas məqsədi kinematoqrafiya sahəsini sənayeləşdirməkdir. Bununla sözügedən sahə daha çox inkişaf edəcək. Mədəniyyət Nazirliyi tərəfindən keçən il “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi keçirildi. Müsabiqədə “Tarix” və “Qarabağ nağılı” adlı iki animasiya ssenarisi qalib oldu. Həmin ssenarilər əsasında filmlərin istehsalı davam edir. Bu il də yeni bir animasiya filminin istehsalına başlamışıq. Yəni Mədəniyyət Nazirliyi bu sahədə öz imkanları çərçivəsində vacib addımlar atır”. 

Elnur Əliyev çıxışının sonunda festivalın işinə uğurlar arzuladı.

Sonra tədbir iştirakçıları iqlim dəyişikliyi ilə bağlı “Kimsə bizdən soruşsun”, “Qorxu pəriləri”, “Donuz”, “Kəpənəyin qanadları” animasiya filmlərini izlədirlər.

Qarabağ Dirçəliş Fondunun ictimaiyyətlə əlaqələr və kommunikasiya üzrə koordinatoru Pərvin Məmmədova bildirdi ki, V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının mövzusundan əlavə maraqlı və anlamlı kompaniyası da var. Belə ki, bilet satışından əldə olunacaq vəsait işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə ediləcək: “Vəsait Qarabağ ərazisində ağac əkilməsinə istifadə olunacaq. Təbiətin dostu olan hər kəsi bilet alaraq bu mühüm təşəbbüsü dəstəkləməyə dəvət edirik. Əldə etdiyiniz hər bilet Qarabağı daha yaşıl bərpa etməyə imkan verəcək. Qarabağı birlikdə daha gözəl bərpa edəcəyik”.

Pərvin Məmmədova Qarabağ Dirçəliş Fondu ilk layihəsinin Qarabağımızda ekoloji tarazlığın bərpasına həsr olunduğunu dedi: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bərabər çıxdığımız bu yolda layihələrimiz davam edir. Biz bu layihəyə Zəngilandan başlamışdıq. Zəngilanda artıq 30 min ağac əkilib. Qarabağımızın digər ərazilərində də bu ənənə davam edəcək”.

Festivalın təsisçisi və direktoru, “Azərbaycan Animasiya Assosiasiyası” İctimai Birliyinin sədri Rəşid Ağamalıyev və festivalın art-direktoru Nəzrin Ağamalıyeva V ANİMAFİLM festivalı haqqında məlumat verdilər. Qeyd olundu ki, bu il festival tamaşaçılara müsabiqə, müsabiqədənkənar və peşəkarlar olmaqlar üç əsas proqram təqdim edəcək. Festivala 50 ölkədən 230 film daxil olub. Seçim komissiyası tərəfindən müsabiqəyə 29 ölkədən 75 film qəbul edib. İştirakçılar bir yerli və altı beynəlxalq kateqoriya üzrə mükafatlar uğrunda yarışacaqlar.

Bildirildi ki, ölkəmizdən 16 film müsabiqədə iştirak edir. Uşaq münsiflər heyətinə 22 yerli uşaq, beynəlxalq heyətə isə 6 peşəkar xarici münsif daxil edilib. Bu il “Tamaşaçı seçimi” müsabiqəsinin qalibi izləyicilərin səsverməsinin nəticələri əsasında müəyyənləşəcək. Bütün seçilmiş filmlərə beynəlxalq münsiflər heyəti baxacaq, qaliblər festivalın bağlanış mərasimində elan olunacaq.

Festivalın ən dəyərli mükafatı Fransada keçirilən “Annecy” Beynəlxalq Animasiya Film Festivalına səyahətdir. Digər kateqoriyalarda pul mükafatı, planşetlər və keramik heykəlciklər təqdim ediləcək.

Nəzrin Ağamalıyeva çıxışının sonunda 2023-cü ildə keçiriləcək altıncı festivalın mövzusunun “Gender bərabərliyi”nə həsr olunacağını diqqətə çatdırdı.

İsveçrə Əməkdaşlıq Təşkilatı Bakı ofisinin rəhbəri Alberto Hernandez və “Val” animasiya filminin rejissoru Jonathan Laskar festival haqqında fikirlərini bölüşdülər.

Sonda “Val” filmi nümayiş olundu.

Qeyd edək ki, festival çərçivəsində Nizami Kino Mərkəzində beynəlxalq münsiflər heyəti ilə görüşlər, rejissor Conatan Laskarın (İsveçrə) ustad dərsi təşkil olunacaq. Bundan əlavə, proqramda Nitya Ramloqan (ABŞ), Tilli Uolles (İngiltərə) və Nəzrin Ağamalıyeva (Azərbaycan) iştirakı ilə “Stop motion” və “Şüşə üzərində animasiya” vorkşopları da nəzərdə tutulub. “Animasiya refreyminqi: rəqəmsal texnologiyalar əsrində hərəkətli təsvirin qorunması və bərpası” adlı konfrans da festivalın əsas proqramına daxil edilən tədbirlərdəndir.

Festivalın media tərəfdaşları “Baku” və “Nargis” jurnallarıdır.

XƏBƏRLƏR

29.09.2023 14:48
Prodüserlərin və prodüser olmaq arzusunda olan şəxslərin nəzərinə
29.09.2023 14:45
Animatorların inkişaf proqramına qəbul başladı
28.09.2023 15:48
Mədəniyyət naziri Mingəçevirdə vətəndaşları qəbul edib
27.09.2023 17:55
Azərbaycan ilə Qətər arasında mədəni əməkdaşlıq müzakirə olunub
27.09.2023 16:42
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini yad edib
26.09.2023 17:17
Azərbaycanın mədəniyyət naziri İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında çıxış edib
26.09.2023 12:11
DokuBaku VII Beynəlxalq Sənədli Filmlər Festivalı keçiriləcək
25.09.2023 16:35
Qarabağımızın incisi Şuşa yekdil qərarla “İslam dünyasının mədəniyyət paytaxtı” elan edildi
21.09.2023 18:42
Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlandı
19.09.2023 13:08
Heydər Əliyev Sarayında çoxdan gözlənilən “Məhəbbət əfsanəsi” baletinin təqdimatı olub
18.09.2023 17:30
“Xınalıq və Köç yolu mədəni landşaftı” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi
18.09.2023 15:12
Prezident İlham Əliyev Azərbaycan musiqi ictimaiyyətini təbrik edib
18.09.2023 12:44
Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub
15.09.2023 18:24
MDB-yə üzv dövlətlərin Yaradıcı və Elmi Ziyalılarının XVI Forumu və MDB-yə üzv dövlətlərin Mədəni Əməkdaşlıq üzrə Şurasının 38-ci iclası keçirilib
15.09.2023 17:52
Üzeyir Hacıbəyli festivalı 10-dək ölkədən musiqiçiləri bir araya gətirəcək
15.09.2023 12:13
Bu gün görkəmli kinorejissor, Xalq artisti Xamis Muradovun 80 illik yubileyidir
15.09.2023 10:34
Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə sənəd qəbununun vaxtı uzadılıb
15.09.2023 08:40
Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Ciddədə İƏT baş katibinin müavini ilə görüşüb
13.09.2023 15:46
Özbəkistanda “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşaya həsr olunan poçt markası buraxılıb
13.09.2023 15:01
Arif Məlikovun doğum günündə Fəxri xiyabanda məzarı ziyarət olunub
12.09.2023 14:52
Vətən müharibəsindəki tarixi zəfərə ithaf edilən ədəbi müsabiqənin nəticələri bəlli olub
11.09.2023 13:53
VI “Animafilm” Beynəlxalq Animasiya Festivalı başa çatdı
08.09.2023 14:45
Pekində mədəni irsin qorunması və bərpası üzrə əməkdaşlıq müzakirə olunub
07.09.2023 17:30
Bakıda 6-cı “Animafilm” festivalı keçirilir