Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
846

“Muzeyi peşəkardan öyrənək” layihəsi çərçivəsində Sumqayıtda tədbir keçirilib

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin “Muzeyi peşəkardan öyrənək” adlı layihəsi çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, muzeyin direktor müavini Təranə Qurbanova, baş mühafiz Sevinc Əliyeva, şöbə müdiri Nigar Xankişiyeva, aparıcı elmi işçi Raminə Məmmədova Sumqayıt şəhərində olublar. Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Sumqayıtın Tarixi Muzeyində keçirilən təlim-seminarda idarənin əhatə etdiyi Sumqayıt, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan Tarix-Diyarşünaslıq Muzeyi, Rəsm Qalereyası, Ev Muzeyləri və Heydər Əliyev Mərkəzinin direktorları, fond mühafizləri, elmi işçiləri iştirak ediblər. Ümumilikdə, təlim-seminarda 11 mədəniyyət müəssisəsindən 27 əməkdaş iştirak edib.

Tədbiri giriş sözü ilə açıq elan edən Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev qonaqları salamlayaraq, tədbir haqqında ətraflı məlumatı təqdim edib. O çıxışında Azərbaycanda bu gün muzey işinin inkişaf etdirilməsi istiqamətində ölkə rəhbərliyi tərəfindən lazımi tədbirlər görüldüyünü qeyd edərək, muzeylərin respublikamızda zəngin mədəni irsin qorunması və təbliğ olunması işində mühüm rolundan danışıb.

Sonra Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, “Muzey sahəsində müasir çağırışlar”, “Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi-55” təqdimatı, “Dünya muzeyləri”, baş mühafiz Sevinc Əliyeva fond və mühafizə işi, aparıcı elmi işçi Raminə Məmmədova muzeydə tətbiq edilən KAMİS-kompleks avtomatlaşdırılmış muzey informasiya sistemi haqqında çıxış ediblər. Sumqayıtın Tarixi Muzeyinə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəşr etdirdiyi elmi nəşrləri – kitablar, notlar, bukletlər və sairə hədiyyə edilib.

XƏBƏRLƏR

01.06.2023 11:12
Mədəniyyət Nazirliyində “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
31.05.2023 18:57
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
31.05.2023 09:42
Azərbaycan UNESCO-nun Yardımçı Komitəsinə üzv seçilib
30.05.2023 19:11
Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Mədəniyyət Nazirliyində olub
30.05.2023 18:10
Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə sənədlərin qəbuluna başlanılıb
28.05.2023 20:11
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərində İşğal və Zəfər Muzeyi Kompleksinin təməlinin qoyulması mərasimində iştirak edib
17.05.2023 12:33
Beynəlxalq Muğam Festivalı çərçivəsində müxtəlif konsert proqramları təqdim olunacaq
13.05.2023 15:11
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
12.05.2023 16:37
“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi açılış mərasimi keçirildi
08.05.2023 10:49
Uşaq İncəsənət Festivalı çərçivəsində Zəngilanda tədbir keçirilib
01.05.2023 16:39
Mədəniyyət naziri Adil Kərimli dövlət kino təsisatlarını ziyarət edib
21.04.2023 18:01
“Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumu başa çatdı
21.04.2023 15:12
Kinoforumda ikinci gün: “Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri”
21.04.2023 11:53
Paytaxtdakı teatr və musiqi kollektivlərinin bölgələrə qastrolu başlanır
20.04.2023 19:53
“Milli kino: dünən, bu gün və sabah” – kinoforum panel müzakirələrlə davam edib
20.04.2023 16:27
Bakıda “Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda forum keçirilir
17.04.2023 16:49
Uşaq İncəsənət Festivalının birinci mərhələsinə start verildi
13.04.2023 11:17
Beynəlxalq Uşaq Kitabları Şurasının sertifikatları təqdim olunub
12.04.2023 20:00
“Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu başa çatdı
11.04.2023 16:05
Bakıda “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda forum keçirilib