Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1651

Mədəniyyət naziri media nümayəndələri ilə görüşdü

22 iyul ölkəmizdə Milli Mətbuat Günü – media işçilərinin peşə bayramıdır. Bu münasibətlə iyulun 19-da mədəniyyət naziri Anar Kərimovun Beynəlxalq Muğam Mərkəzində media nümayəndələri ilə görüşü keçirildi.

Giriş sözü ilə Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə çıxış edərək Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik etdi. Bildirdi ki, Mədəniyyət Nazirliyi olaraq işğaldan azad olunan ərazilərdə mədəniyyətin dirçəlməsi ilə bağlı bir sıra layihələr həyata keçirilir: “Bu layihələrin əsas məqsədi Qarabağın zəngin mədəniyyətini geri qaytarmaqdır. Bugünkü görüşdə sizlərin də təkliflərini dinləmək istəyirik. Ümid edirik ki, gələcəkdə bu əməkdaşlıq daha da genişlənəcək”.

Mədəniyyət naziri Anar Kərimov çıxışında əvvəlcə media işçilərinə qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə xoş diləklərini çatdırdı. Dedi ki, media işçilərinin peşə bayramı ölkəmizdə ən dəyərli əlamətdar günlərdən biridir: “Çünki hər inkişaf etmiş cəmiyyətin göstəricilərindən biri onun mətbuatının fəal və cərəyan edən proseslərə obyektiv münasibət bildirməsi ilə ölçülür. Biz fəxrlə deyə bilərik ki, müstəqilliyimizi bərpa edəndən bəri mətbuatımız ölkəmizdə baş verən hadisələri operativ, düzgün və dinamik şəkildə işıqlandırır. Rəqəmsal platformalar populyarlaşdıqca, media daha da güc alır və ölkədə baş verən hadisələrə təsir etmək imkanı qazanır. Mətbuat hər zaman cəmiyyətin həm inkişafını, həm də nöqsanlarını ortaya çıxarır, bu və ya digər məsələnin həllində carçı rolunu oynayır”.

Nazir Vətən müharibəsindəki şanlı Zəfərdən sonra düşmənlə informasiya müharibəsinin davam etdiyini söylədi: “Çünki düşmən informasiya savaşı ilə 44 günlük müharibədəki məğlubiyyətinin qisasını almaq istəyir. Mediamız informasiya müharibəsində Azərbaycan həqiqətlərini, həmçinin dövlətimiz tərəfindən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işlərini də geniş işıqlandırır, dünya ictimaiyyətinə çatdırır”.

Anar Kərimov Mədəniyyət Nazirliyinin işğaldan azad olunmuş ərazilərdə mədəni mühitin öyrənilməsi, tarixi-mədəni mirasın inventarlaşdırılması, tədqiqi və bərpası, bir sözlə, mədəniyyətimizin azad olunmuş ərazilərə qaytarılması istiqamətində  davamlı fəaliyyət göstərdiyini diqqətə çatdırdı. Dedi ki, bu sahədə də media orqanları ilə uğurlu əməkdaşlıq qurulub.

Mədəniyyət Nazirliyi olaraq hər zaman Vətən müharibəsi şəhidlərinin ailələrinə və qazilərə həssaslıqla yanaşdıqlarını deyən nazir bu sahədə müxtəlif layihələr həyata keçirdiklərini söylədi: “Bu həssaslığı biz layihələrimizlə göstərmişik. Nazirliyin “Səhnədən-səngərə: şəhidlər” və “Səhnədən-səngərə: qazilər” layihələri uğurla reallaşdırılıb. Layihə üzrə mədəniyyət sahəsində çalışmış şəhidlərimizin həyat hekayələri, onların ailə üzvləri, dostları, iş yoldaşlarının müsahiblərinin yer aldığı geniş videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim edilib. Layihə çərçivəsində eyni zamanda qazilərimiz haqqında da belə videoçarxlar hazırlanıb. Media orqanlarımız sözügedən və digər layihələrimizi davamlı işıqlandırıblar. Bizim bundan sonra da, xüsusilə Qarabağın tarixi, mədəni irsi, ənənələri ilə bağlı çoxsaylı layihələrimiz olacaq. Məlum olduğu kimi Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağın tarixi” adlı qısa videoçarxlar müsabiqəsi elan olunub. Mən siz media nümayəndələrindən, blogerlərdən bu müsabiqədə fəallıq gözləyirəm. Əminəm ki, bu müsabiqə Qarabağın tarixini geniş ictimaiyyətə tanıtdırmaq üçün gözəl bir fürsət olacaq. “Şuşanın dörd fəsli”, “ArtCamp Shusa”  kimi layihələr də mediada geniş təbliğ ediləcək”.

Nazirliyin “Azərbaycan – qədim sivilizasiyalar məskəni” adlı videoayihəsi haqqında məlumat verən Anar Kərimov layihə çərçivəsində bir neçə videoçarxın hazırlandığını bildirdi: “Bu videoçarxlardan biri dünyanın ən qədim insan məskənlərindən, Xocavənd rayonunun işğaldan azad edilmiş ərazisində yerləşən Azıx mağarası haqqındadır. Bu layihənin televiziya və mətbuat vasitəsilə daha geniş təbliğ olunmasını istərdik. Əminəm ki, “Azərbaycan – qədim sivilizasiyalar məskəni” layihəsi həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə qədim tarixi mirasımızın təbliğinə töhfə olacaq”.

Nazir çıxışının sonunda bir daha media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik etdi, uğurlar arzuladı.

Sonda Anar Kərimov media nümayəndələrinin təkliflərini dinlədi, bir sıra məsələlərlə bağlı fikirlərini bölüşdü.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib