Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1178

UNESCO-nun "Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında" 2005-ci il Konvensiyası mövzusunda təlim kursu başa çatmışdır

Mədəniyyət Nazirliyinin sifarişi və dəstəyi ilə, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının tərəfdaşlığı ilə “Qlobal Kommunikasiyalar və İnnovasiyalar” şirkəti tərəfindən “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində növbəti, UNESCO-nun «Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında» 2005-ci il Konvensiyası mövzusunda 14 iyul tarixində başlanmış dörd moduldan ibarət təlim kursu başa çatmışdır.

Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə heyətinin sədri, Təlim proqramının rəhbəri Vasif Eyvazzadə dörd moduldan ibarət təlim kursunun ikinci günündə təqdim ediləcək mövzular və qonaq çıxışçılar barədə məlumat verərək günün ilk qonaq çıxışçısı olan Türkiyənin “Geleneksel Sanatlar Derneğinin” rəhbəri Ahmet Akcana söz verdi. Ahmet bəy rəhbəri olduğu dərnəyin tarixi, fəaliyyətlər istiqamətləri, həyata keçirdiyi layihələr, tərəfdaşları, beynəlxalq səviyyədə icra etdikləri təşəbbüsləri haqqında iştirakçılara məlumat verdi. Çıxışında Türkiyədə mədəniyyət sahəsində idarəetmə və siyasətin həyata keçirilməsində dövlət-özəl, dövlət-vətəndaş cəmiyyəti tərəfdaşlığı nümunələrindən, ənənəvi sənətlərin qorunması və inkişafında milli səviyyədə aktiv fəaliyyət göstərən fondlar, dərnəklər, vətəndaş cəmiyyəti təşkilatları və üst qurum təşkilatlarının fəaliyyətlərindən bəhs etdi. O, həmçinin Azərbaycanda fəaliyyət göstərən mədəni müəssisə və təşkilatların Türkiyə tərəfdaşları ilə fəal iş birliyinə dəvət etdi.

Ardından, təlim kursunun ikinci gününün ilk təlimçisi olan yaradıcı sənayelər üzrə London Kral Kollecində magistr təhsili almış, ADA Universitetinin müəllimi Lalə Kişiyeva yaradıcı sənayenin əsas anlayışları, tarixi inkişaf mərhələləri, qlobal kontekstdə statistik rəqəmləri təqdim edərək əsas təməli insan yaradıcı düşüncəsinə dayanan bu sənaye növünün yeni rəqəmsal dövrdə açdığı imkanlar, hər bir fəaliyyət sahəsi üçün gətirdiyi imkanlar haqqında məlumat verdi. İnteraktiv sual-cavab şəklində aparılan sessiyada iştirakçıların fəaliyyət sahələrində tətbiq edilən rəqəmsal texnologiyalar haqqında fikir mübadiləsi aparıldı və real keyslərin üstünlükləri və gətirdiyi yeni şərtlər müzakirə edildi. Təqdimatda həmçinin blokçeyn texnologiyalarından yaradıcı sənaye məhsullarının dayanıqlı marketinqi və monetizasiyası üçün əsas vacib tətbiq istiqamətləri və tələbləri izah edildi. Sessiyada fərqli ölkələrdən mədəni fəaliyyət sahələrində uğurlu layihələrdən bəhs edildi və milli kontekstdə uğur hekayəsi olaraq sessiyaya kreativ sahibkar kimi dəvət edilmiş “Ninka Cards&Gifts” şirkətinin rəhbəri Nərgiz İbrahimova təlim iştirakçıları ilə öz uğur hekayəsini bölüşdü, kreativ bir ideyadan biznesə keçdiyi yolu danışdı və verilən sualları cavablandırdı.

Təlim kursunun ikinci yarım günü Arts Council Azərbaycan təşkilatının rəhbəri Dadaş Məmmədov rəhbəri olduğu təşkilatın fəaliyyətləri, həyata keçirdiyi layihələr, mədəni tədbirlər, festivallar, sərgilər, mühazirələr haqqında məlumat verərək Azərbaycan milli mədəni irsinin və sənət ənənələrinin xarici ölkələrdə təbliğinə dair reallaşdırılan təşəbbüsləri haqqında ətraflı məlumat verdi. Günün ikinci yarım günü üzrə təlimçi, mədəniyyət və incəsənət sahəsi üzrə beynəlxalq ekspert Cahangir Səlimxanov mədəni layihələrin ərsəyə gəlməsində kreativ yanaşmalar, həllər, innovasiyalar mövzusunda təqdimatında müxtəlif layihə və proqramlar üzərindən kreativ metodikalar, uzlaşdırma qabiliyyətləri, kreativ ekspertimentlərindən danışdı. Fərdi çalışmalar üzərindən kreativ metodlarla simvol quruculuğu sessiyası təşkil edildi.

Sonda, Mədəniyyət Nazirliyinin Yaradıcı Sənayelər və Rəqəmsal İnkişaf şöbəsinin müdiri Ramil Abbəkirov nazirliyin ölkəmizdə yaradıcı sənayelərin inkişafı sahəsində strateji fəaliyyət istiqamətləri və Milli Prioritetlər çərçivəsində nəzərdə tutulan fəaliyyətlər barədə təqdimat etdi. Kursun sonunda təlim iştirakçılarına sertifikatlar təqdim edildi.  

Təlim kursunda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən müəssisələrin, Dövlət Turizm Agentliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, "Şuşa" Şəhəri Dövlət Qoruq İdarəsinin, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Heydər Əliyev Mərkəzinin, AMEA Rəyasət Heyəti aparatının və Akademiyanın müvafiq institutlarının, Mədəniyyət və İncəsənət Universitetinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin, yaradıcı ittifaq və birliklərin, Education HUB və “Zəka İşığında” ictimai birliyinin nümayəndələri iştirak etmişdir.

XƏBƏRLƏR

29.09.2023 14:48
Prodüserlərin və prodüser olmaq arzusunda olan şəxslərin nəzərinə
29.09.2023 14:45
Animatorların inkişaf proqramına qəbul başladı
28.09.2023 15:48
Mədəniyyət naziri Mingəçevirdə vətəndaşları qəbul edib
27.09.2023 17:55
Azərbaycan ilə Qətər arasında mədəni əməkdaşlıq müzakirə olunub
27.09.2023 16:42
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini yad edib
26.09.2023 17:17
Azərbaycanın mədəniyyət naziri İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında çıxış edib
26.09.2023 12:11
DokuBaku VII Beynəlxalq Sənədli Filmlər Festivalı keçiriləcək
25.09.2023 16:35
Qarabağımızın incisi Şuşa yekdil qərarla “İslam dünyasının mədəniyyət paytaxtı” elan edildi
21.09.2023 18:42
Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlandı
19.09.2023 13:08
Heydər Əliyev Sarayında çoxdan gözlənilən “Məhəbbət əfsanəsi” baletinin təqdimatı olub
18.09.2023 17:30
“Xınalıq və Köç yolu mədəni landşaftı” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi
18.09.2023 15:12
Prezident İlham Əliyev Azərbaycan musiqi ictimaiyyətini təbrik edib
18.09.2023 12:44
Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub
15.09.2023 18:24
MDB-yə üzv dövlətlərin Yaradıcı və Elmi Ziyalılarının XVI Forumu və MDB-yə üzv dövlətlərin Mədəni Əməkdaşlıq üzrə Şurasının 38-ci iclası keçirilib
15.09.2023 17:52
Üzeyir Hacıbəyli festivalı 10-dək ölkədən musiqiçiləri bir araya gətirəcək
15.09.2023 12:13
Bu gün görkəmli kinorejissor, Xalq artisti Xamis Muradovun 80 illik yubileyidir
15.09.2023 10:34
Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə sənəd qəbununun vaxtı uzadılıb
15.09.2023 08:40
Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Ciddədə İƏT baş katibinin müavini ilə görüşüb
13.09.2023 15:46
Özbəkistanda “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşaya həsr olunan poçt markası buraxılıb
13.09.2023 15:01
Arif Məlikovun doğum günündə Fəxri xiyabanda məzarı ziyarət olunub
12.09.2023 14:52
Vətən müharibəsindəki tarixi zəfərə ithaf edilən ədəbi müsabiqənin nəticələri bəlli olub
11.09.2023 13:53
VI “Animafilm” Beynəlxalq Animasiya Festivalı başa çatdı
08.09.2023 14:45
Pekində mədəni irsin qorunması və bərpası üzrə əməkdaşlıq müzakirə olunub
07.09.2023 17:30
Bakıda 6-cı “Animafilm” festivalı keçirilir