Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1724

İşğaldan azad olunmuş ərazilərdəki tarix-mədəniyyət abidələri haqqında məlumatların yer aldığı sayt hazırlanıb

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən işğaldan azad olunmuş ərazilərdəki tarix-mədəniyyət abidələri ilə bağlı məlumatların yer aldığı heritage.gov.az saytı hazırlanıb.

İyulun 7-də Beynəlxalq Muğam Mərkəzində saytın təqdimat mərasimi keçirildi.

Sayt haqqında məlumat verən Dövlət Xidmətinin əməkdaşı Fariz Hüseynli bildirdi ki, məqsəd işğal dövründə mədəni irs nümunələrimizə qarşı Ermənistan tərəfindən həyata keçirilən vandalizm, mənimsəmə və dağıntı faktlarını internet resurslarında yerləşdirməklə törədilmiş qanunsuz əməllər barədə daha geniş ictimaiyyəti məlumatlandırmaqdan ibarətdir.

Təqdimat mərasimində çıxış edən mədəniyyət naziri Anar Kərimov yeni yaradılan portalın işğaldan azad olunmuş ərazilərimizdə yerləşən tarix-mədəniyyət abidələrinin real mənzərəsinin geniş ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətini vurğuladı. Bildirdi ki, işğaldan azad olunmuş ərazilərdə Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən monitorinqlərdən məlum oldu ki, Ermənistan silahlı qüvvələri tərəfindən mədəni irsimizin böyük hissəsi dağıdılıb, vandalizmə və özününküləşdirməyə məruz qoyulub. Ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri içərisində məscidlər, türbələr və digər inanc yerləri xüsusi yer tutur. Yeni sayt işğaldan azad olunmuş ərazilərdəki daşınmaz tarix-mədəniyyət abidələri ilə bağlı portal rolunu oynayacaq. Dövlət tərəfindən mədəni irsin qorunması istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayan nazir dedi: “Mədəni irs xalqın yaddaş tarixidir və dövlətimiz bu mirasın qorunması üçün böyük səylər göstərir. Ermənistan uzun illər torpaqlarımızı işğal altında saxlasa da, ölçüyəgəlməz vandalizm aktları törətsə də, həmin ərazilərdən mədəni yaddaşımızı silə bilmədi. Onların bu mədəni soyqırımı dalğası XX əsrin əvvəllərində İrəvan və Zəngəzurdan yol alıb”.

44 günlük Vətən müharibəsindən sonra Prezidentin müvafiq sərəncamı ilə azad olunmuş ərazilərimizdə abidələrin monitorinqinin aparıldığını diqqətə çatdıran Anar Kərimov bildirdi ki, monitorinqlər nəticəsində 403 tarixi abidə aşkar edilib və bundan əlavə, 162 yeni abidə (dövlət reyestrinə daxil olmayan) ortaya çıxarılıb. Şuşa abidələrinin kataloqu nəşr edilərək ictimaiyyətə təqdim edilib: “İşğaldan azad olunan digər rayonların da tarixi-mədəni mirasını əhatə edəcək kataloqlar hazırlanacaq. Məqsədimiz bu gün informasiya müharibəsi şəraitində Azərbaycan həqiqətlərini daha sistemli şəkildə dünyaya çatdırmaqdır. Təqdimatı keçirilən sayt da bu mənada mühüm informasiya resursudur”.

Dövlət Xidmətinin rəisi Azad Cəfərli çıxışı zamanı diqqətə çatdırdı ki, heritage.gov.az saytı qurumun açıq informasiya missiyası ilə bağlı prioritetlərinin əsas hissəsini təşkil edir. Qeyd olundu ki, saytda işğaldan azad olunmuş ərazilərdə aparılan tarix-mədəniyyət abidələrinin monitorinqinin nəticələri geniş şəkildə öz əksini tapıb. İlkin olaraq sayta 240 ölkə əhəmiyyətli abidə haqqında məlumat yerləşdirilib.Saytdan tarix-mədəniyyət abidlərinin işğaldan əvvəl və sonrakı vəziyyəti, eləcə də bərpa görüntüləri, arxiv fotoları və cizgiləri, abidələr haqqında müfəssəl məlumat almaq mümkündür. Abidələrin yerləşdiyi məkanlar da müvafiq xəritə üzərində qeyd olunub. İnternet resursu istifadəçilərin rahatlığını təmin etmək baxımından müasir tələblər səviyyəsində, yeni proqram təminatları əsasında hazırlanıb. Sayt “google”un seo (search engine optimization – axtarış motoru optimizasiyası) standartlarına cavab verir. Bu da axtarış sistemlərində əlaqəli olan açar sözlər daxil edilən zaman saytda olan məlumatların ən ön sırada göstərilməsinə imkan yaradır. Məzmun baxımından daha dəqiq, elmi, əsaslandırılmış məlumatlarla zənginləşdirilən internet resursu işğaldan azad olunmuş ərazilərdə yerləşən tarix-mədəniyyət abidləri haqqında məlumatları və bu sahədə olan yeniliklərin də operativ şəkildə ictimaiyyətə çatdırılmasını təmin edəcək.

İctimaiyyəti sayta daxil olaraq öz təkliflərini bildirməyi xahiş edən Azad Cəfərli abidələrin qorunması istiqamətində ictimaiyyətin də rolunun vacibliyini diqqətə çatdırdı.

Sonda mədəniyyət naziri Anar Kərimov və Dövlət Xidmətinin rəisi Azad Cəfərli jurnalistlərin suallarını cavablandırdılar.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb