Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1297

Milli Xalça Muzeyində “Ləmpə” xalçasının təqdimatı keçirildi

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Prezidentin fərdi təqaüdçüsü, ölkəmizin ilk ombudsmanı, professor Elmira Süleymanova “Ləmpə” xalçasını Milli Xalça Muzeyinin Şuşa filialına hədiyyə edib.

İyulun 6-da Milli Xalq Muzeyində xalçanın təqdimatına həsr olunan tədbir keçirildi.

Mərasimdə dövlət rəsmiləri, mədəniyyət xadimləri və digər qonaqlar iştirak edirdi.

Giriş sözü ilə çıxış edən Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova bildirdi ki, “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” çərçivəsində son illərdə muzeyə müxtəlif təşkilatlar, o cümlədən, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, azərbaycanlı və xarici xeyriyyəçilər, kolleksiyaçılar tərəfindən tarixi və bədii əhəmiyyətli xalçalar hədiyyə edilib. Hazırda təqdim edilən “Ləmpə” xalçası da dəyərli hədiyyə kimi, Şuşa filialının kolleksiyasını zənginləşdirən daha bir sənət əsəridir.

Şirin Məlikova dedi ki, bu sənət nümunəsi 1930-cu illərdə Şuşada toxunub: "Belə xalçaların ilk nümunələri XIX əsrin əvvəllərindən Şuşa şəhərində toxunmağa başlanılıb. “Şuşa” adı ilə də tanınan bu cür xalçalar imarət və sarayların bəzədilməsində istifadə olunurdu. “Ləmpə” xalçası sonralar Qarabağda dəst xalı-gəbə kimi geniş yayılıb. Bu xalça dəstləri iki yan (kənarə) və bir orta xalıdan ibarətdir. Təqdim olunan xalça isə dəst xalı-gəbənin kənarəsidir.

“Ləmpə” xalçasını bəzəyən stilizə olunmuş gül-çiçək, xarıbülbül, yarpaq naxışları Qarabağın təbiətinə xas olan ecazkar gözəlliklərlə yanaşı, burada yaşayan insanların estetik zövqünü də ifadə edir. Dünya muzeylərində və müxtəlif kolleksiyalarda qorunan bu cür unikal xalçalar indiyədək öz şöhrətini qoruyub saxlayır".

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva bildirdi ki, Qarabağ, Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq 2022-ci il ölkəmizdə “Şuşa İli” elan edilib. Bu il 35 illik yubileyini qeyd edən Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialının məhz “Şuşa İli”ndə yenidən öz doğma şəhərinə qayıtması və onun üçün ayrılmış gözəl məkanda fəaliyyətə başlaması tarixi hadisə olacaq. Əlamətdar haldır ki, yubiley ilində hörmətli Elmira Süleymanova tərəfindən Qarabağ xalçaçılıq məktəbinin gözəl nümunəsi olan Şuşanın “Ləmpə” xalçası Milli Xalça Muzeyinin Şuşa filialına hədiyyə edilir.

Sevda Məmmədəliyeva vurğuladı ki, Elmira Süleymanova ölkəmizdə və beynəlxalq aləmdə tanınmış ictimai-siyasi xadim, görkəmli alim olmaqla yanaşı, gözəl qəlbli xanım, təvazökar insan, əsl vətənpərvər, böyük ziyalıdır: "Elmira xanım Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsində təhsil aldığı illərdə mənim atam, akademik Yusuf Məmmədəliyevin rəhbərliyi altında elmi işlə məşğul olmağa başlayıb. Elmira xanım müəlliminin yolunu həm elmi işçi kimi, həm də ictimai-siyasi xadim olmaqla davam etdirib. Ən başlıcası isə Yusuf Məmmədəliyevin Vətənə sonsuz məhəbbət, Azərbaycanın tarixinə, mədəniyyətinə, milli ənənələrinə hörmət, öz xalqına fədakarlıqla xidmət etmək kimi xüsusiyyətləri də Elmira xanım tərəfindən davam etdirilir. Elmira xanımın öz nəslinin ulularından qalmış, ona əziz olan şəxsi əmlakını muzeyə hədiyyə etməsi təqdirəlayiq haldır. Bu, Elmira xanımın muzeyə Zəfər töhfəsidir. Əminəm ki, Elmira xanımın bu nəcib əməli gözəl örnək olacaq. Öz şəxsi əşyalarını muzeylərimizə, xüsusilə də işğaldan azad edilmiş ərazilərdə fəaliyyətini bərpa edəcək muzeylərə hədiyyə edən həmvətənlərimizin sayı getdikcə artacaq. Bu, mədəni irsimizin qorunub yaşadılması və gələcək nəsillərə ötürülməsinə, möhtəşəm Qələbəmizə böyük töhfə olacaq. Bir daha Elmira xanıma xeyirxah təşəbbüsü üçün minnətdarlıq edir və milli ənənələrimizin yaşaması, əldə etdiyimiz şanlı Zəfərin əbədiləşməsi yolunda atdığı bu gözəl və dəyərli addıma görə təşəkkürümüzü bildiririk".

Şuşa Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsalə Fətəliyeva vurğuladı ki, Şuşa ailələrində olan ənənələrdən biri də o idi ki, başqa bir evə gəlin köçən qızın cehizində mütləq Şuşanın xalçaları qoyulurdu. Qarabağ xalçaları içərisində əvəzsiz olan Şuşa xalçaları sənətkarlıq baxımından fərqli olub.

Milli Xalça Muzeyinin əməkdaşı, Əməkdar rəssam, dosent Məmmədhüseyn Hüseynov söylədi ki, türklərin 4 müqəddəs hədiyyəsi var və bunlar prinsip etibarilə ta qədimdən bəri heç vaxt dəyişməyib: qılınc, at, çadır və xalça: “Xalça bizim varlığımızı, kimliyimizi, qədimdən bəri gələn həyat tərzimizi və s. ehtiva edən sənət növüdür. Bu gün Avropanın bir sıra muzeylərində Azərbaycan xalçaları saxlanılır. Biz özümüzə aid olan xalçaları öyrənməliyik”.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Səbinə Əliyeva Elmira Süleymanovanın ombudsman kimi fəaliyyəti haqqında danışdı. Qeyd etdi ki, ölkəmizin ilk ombudsmanı olan Elmira Süleymanova uzun illər uğurla fəaliyyət göstərib: “Elmira xanımın müvəkkil olaraq Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna xidmətləri olub. Mən Elmira xanıma bütün göstərdiyi xidmətlərə görə öz təşəkkürümü bildirirəm. Biz də çalışacağıq ki, gələcək fəaliyyətimizdə bu məsələləri daim nəzarətdə saxlayaq. Mən həm Azərbaycanda, həm də xarici ölkələrdə yaşayan soydaşlarımızı ermənilərin törətdikləri müharibə cinayətləri haqqında daha geniş təbliğat aparmağa dəvət edirəm. Bu, bizim hər birimizin vətəndaş borcudur”.

AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov, Aşqarlar Kimyası İnstitutunun baş direktoru, akademik Vaqif Fərzəliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və “Azərbaycan Sahibkar Qadınlar” İctimai Birliyinin sədri Zemfira Ağayeva Elmira Süleymanovanın elmi, dövlət və ictimai fəaliyyəti haqqında söz açaraq ona muzeyə bağışladığı xalçaya görə təşəkkür etdilər.

Daha sonra çıxış edən professor Elmira Süleymanova göstərilən diqqətə görə tədbir iştirakçılarına minnətdarlığını bildirdi.

Sonda qonaqlar “Ləmpə” xalçası ilə yaxından tanış oldular.

XƏBƏRLƏR

25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!