Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1841

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən son bir il ərzində aparılmış yoxlama və xidməti araşdırmaların nəticələri açıqlanıb

Hazırda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, səmərəliliyinin artırılması və xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə kompleks islahatlar aparılmaqdadır. Qeyd olunan islahatlar çərçivəsində mədəniyyət müəssisələrində yoxlama, monitorinq və xidməti araşdırmalar zamanı aşkar olunan nöqsanların aradan qaldırılması, əmək və icra intizamının pozulması hallarına yol vermiş şəxslər barəsində müvafiq tədbirlərin görülməsi istiqamətində işlər aparılmışdır. Əlavə olaraq idarə və  müəssisələrin vəzifəli şəxlərinin qanunsuz əməlləri ilə bağlı aşkarlanmış cinayət əlamətləri olan məlumatlar aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndərilmişdir. Hazırda Nazirliyin strukturunda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda baş verə biləcək pozuntu hallarının qarşısının alınması, belə hallara yol vermiş şəxslər barəsində zəruri tədbirlərin görülməsi istiqamətində yoxlama, xidməti araşdırmalar və digər tədbirlər davam etdirilir.

Son bir il ərzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən Ağstafa, İsmayıllı, Şəki, Bərdə, Masallı, Ağdaş, Sumqayıt, Gəncə və Lənkəran Regional Mədəniyyət İdarələrində və tabe müəssisələrdə aparılmış yoxlama və xidməti araşdırmaların nəticələrinə əsasən aşağıdakı sayda tədbirlər görülmüşdür:

  • Hüquq mühafizə orqanlarına göndərilmiş müraciətlər - 11
  • Dövlət qulluğuna və əmək fəaliyyətinə xitam verilmiş işçilər – 8
  • İşdən azad edilmiş tabe müəssisələrin işçiləri – 17
  • Sonuncu xəbərdarlıqla “Şiddətli töhmət” intizam tənbehi verilmiş işçilər - 2
  • “Töhmət” intizam tənbehi verilmiş işçilər - 18
  • “Xəbərdarlıq” elan edilmiş işçilər – 10

Fəaliyyəti ilə bağlı cinayət əlamətləri olan məlumatlar hüquq mühafizə orqanlarına göndərilmiş müəssisələr:

  • 6 təhsil müəssisəsi
  • 3 Regional Mədəniyyət İdarəsi
  • 1 Mədəniyyət Mərkəzi
  • 1 Konsert müəssisəsi

Dövlət qulluğuna və əmək fəaliyyətinə xitam verilmiş Regional Mədəniyyət İdarəsi işçiləri:

  • 2 Regional Mədəniyyət İdarəsinin rəisi
  • 3 baş məsləhətçi
  • 1 baş mühasib
  • 1 məsləhətçi
  • 1 mühasib

İşdən azad edilmiş tabe müəssisələrin işçiləri:

  • 2 Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin direktoru
  • 2 Mədəniyyət Mərkəzinin direktoru
  • 1 dövlət teatrının direktoru və baş rejissoru
  • 1 Tarix-Diyarşünaslıq muzeyinin direktoru və həmin muzeyin filialının müdiri
  • 1 Konsert müəssisəsinin baş mühasibi
  • 1 Rəsm Qalereyasının direktor müavini
  • Təhsil müəssisəsinin 7 əməkdaşı

Sonuncu xəbərdarlıqla “Şiddətli töhmət” intizam tənbehi verilmiş işçilər:

  • 1 Tarix-Diyarşünaslıq Muzeyinin direktoruna
  • 1 dövlət teatrının baş mühasibinə

“Töhmət” intizam tənbehi verilmiş işçilər:

  • 1 Regional Mədəniyyət İdarəsinin rəisinə və baş məsləhətçisinə
  • 4 Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin müdirlərinə
  • 1 Dövlət Dram Teatrının direktoruna
  • 4 Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoruna
  • 1 Rəsm Qalereyasının direktoruna
  • 1 Konsert müəssisəsinin direktoruna
  • 1 Heydər Əliyev Mərkəzinin direktoruna və təsərrüfat müdirinə
  • 2 Mədəniyyət Mərkəzinin direktoruna
  • Təhsil müəssisəsinin 1 əməkdaşına

“Xəbərdarlıq” elan edilmiş işçilər:

  • 1 Regional Mədəniyyət İdarəsinin mühasibinə
  • 1 Mədəniyyət Sarayının direktoruna
  • 1 Heydər Əliyev Mərkəzinin  bədii rəhbər-rejissoruna və həmin mərkəzin müşayətçisinə
  • 4 Uşaq musiqi, incəsənət və rəssamlıq məktəbinin direktoruna
  • 1 Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoruna
  • Təhsil müəssisəsinin 1 əməkdaşına

XƏBƏRLƏR

26.09.2024 14:32
Qazaxıstan Milli Muzeyində müxtəlif mövzularda mühazirələr təşkil olunub
26.09.2024 09:50
Qazaxıstanda Azərbaycan Dövlət Rəqs Ansamblının möhtəşəm konserti olub
25.09.2024 15:55
Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunub
25.09.2024 15:04
Qazaxıstan Milli Akademik Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi”nin açılışı olub
25.09.2024 11:29
Salam Sarvan və Rövşən Abdullaoğlu 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları seçilib
25.09.2024 10:30
Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin ilk konserti keçirilib
24.09.2024 16:51
Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib
23.09.2024 17:53
Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir
23.09.2024 16:52
Regionun ən böyük beynəlxalq kitab sərgisinə sayılı günlər qaldı
23.09.2024 10:22
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Təcrübə Proqramı elan edir!
20.09.2024 17:44
Azərbaycan 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin “fəxri qonaq ölkə”si olacaq
19.09.2024 17:51
Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyi münasibətilə “Qəlbimdəki şair” (Der poet in mir) adlı tədbir təşkil edib
19.09.2024 09:31
Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
18.09.2024 15:46
Doğum günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub
10.09.2024 10:07
Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
06.09.2024 17:23
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
05.09.2024 10:54
Dövlət Xidməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında Anlaşma Memorandumu imzalanıb
05.09.2024 09:44
Bəstəkarlarımızın yeni əsərləri musiqi və incəsənət məktəblərinin tədris proqramına daxil ediləcək
04.09.2024 14:31
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdəki Xudavəng monastır kompleksində olublar
04.09.2024 10:15
Azərbaycanda ilk dəfə "Baku Cinema Breeze" beynəlxalq film festivalı keçiriləcək
30.08.2024 11:39
Azərbaycanın “Simurq” muğam ansamblı Özbəkistanda XIII “Şərq təranələri” festivalının Qran-pri mükafatını qazanıb
29.08.2024 16:37
Mədəniyyət Nazirliyi Moskva Kino Həftəsində təmsil olunub
29.08.2024 14:50
Mədəniyyət naziri Astara rayonunda vətəndaşları qəbul edib
28.08.2024 17:54
“Min bir gecə” baleti Pekində sənətsevərlərin qəlbini fəth edib
28.08.2024 09:21
Laçın Şəhəri Günü təntənəli şəkildə qeyd olundu
27.08.2024 11:36
Laçın Şəhəri Günü qala konsert və atəşfəşanlıqla başa çatıb
26.08.2024 17:27
Laçında bayram şöləni davam edir
26.08.2024 16:32
Laçın Şəhəri Gününün təntənəli açılış mərasimi olub
23.08.2024 17:51
Musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri elan olunub
23.08.2024 09:35
Daşkənddə Azərbaycan və Özbəkistan sənətçilərinə fəxri adlar təqdim olunub