Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
875

Azərbaycanın əməkdar artisti Yakutiyanın Prezidenti tərəfindən Saxa Respublikasının 100 illiyi münasibəti ilə qızıl medalla təltif edilib

Yakutiyada ənənəvi olaraq keçirilən 4-cü “UNESCO şedevrlərinin Olonxo torpağında görüşü” devizi altında festival keçirildi. UNESCO-nun qeyri maddi və mənəvi irsi siyahısına aid olan xalqların mədəniyyətləri və mədəni hadisələri bu festivalda nümayiş etdirildi. Festivala 14 ölkə (Azərbaycan, Böyük Britaniya, Hindistan, Çin, Türkiyə, Koreya, Monqolustan, Ermənistan və s.) və Rusiyanın 11 regionu qatılmışdır. Festivala Azərbaycanın tarı və muğamını təmsil etmək üçün Sahib Paşazadə dəvət olunmuş və bu tarzənin buraya ikinci səfəri idi. 2016-cı ildə ilk səfərində Sahib Paşazadə bu festival çərçivəsində çox böyük uğurlara imza atmışdır. 2016-cı ildə tarzən həmin festivalda Yakutiyanın simfonik orkestr ilə birlikdə solo konsert proqramı ilə çıxış etmişdir. Eyni zamanda həmin festival çərçivəsində beynəlxalq konfransda da iştirak etmiş və ifaçı ilə Gənc Tamaşaçılar teatrında yaradıcı görüş keçirilmişdir. Həmçinin festivalın açılış və bağlanış mərasimlərində çox yüksək səviyyədə iştirak edərək ölkəmizə 5 fəxri diplom ilə  geri dönmüşdür.

İkinci dəfə yenidən bu festivala Azərbaycanı təmsil etmək üçün S.Paşazadə dəvət edildi. Gənc və istedadlı tarzənin orada Gənc Tamaşaçılar Teatrında  Yakutiyanın Arko-Artiko  Kamera Orkestri ilə birlikdə solo konserti baş tutdu. Eyni zamanda Beynəlxalq Elmi Simpoziumda Sahib Paşazadənin “Tar və onun inkişaf yolları” haqqında geniş məruzəsi olmuşdur. Bu Elmi Simpoziumda Yakutiyanın Prezidenti, Yakutiyanın Milli Məclisinin sədri, Yakutiyanın Mədəniyyət işləri üzrə məsləhətçisi, eləcə də 14 ölkənin və Rusiyanın 11 regionunun iştirakçıları da iştirak etmişdir.

Simpoziumdan öncə isə mükafatlandırma mərasimi baş tutmuşdur. Gələn qonaqlar arasında sadəcə 4 nəfər mükafatlandırırdı. Onlardan ikisi Yakutiyadan olan məşhur alimlər, digəri Oxford Universitetinin professoru Natalia Lidova idi. Sonuncu mükafatlandırılan şəxs isə Azərbaycandan olan bizim çox istedadlı həmyerlimiz virtuoz tarzən Sahib Paşazadə oldu.

Onu da qeyd edək ki, bu il Yakutiya Respublikasının yaranmasının 100 illik yubileyidir və bu yubileylə əlaqədar olaraq medal, ölkəyə töhfə verən ictimai, siyasi xadimlərə bir müddət öncə təqdim edilmişdi. İncəsənət xadimləri isə bu festival çərçivəsində təltif olundular. Musiqiçi olaraq yalnız Sahib Paşazadə 22 iyun tarixində Simpoziumdan öncə Yakutiyanın Prezidenti tərəfindən çox yüksək dərəcəli Yubiley medalı ilə təltif olundu. Medalla təltif olunan günün axşamı həmyerlimizin Yakutiyada “Oxuyan tar” adlı solo konserti baş tutmuşdur. İki gün öncə isə Yakutiyanın “Verxnevilluysk” kəndində onların məhşur bayramı sayılan “ISIAX”-la əlaqədar olan festivalın açılışında çıxış edən həmyerlimiz orada Azərbaycanı çox yüksək səviyyədə təmsil edərək 1 qızıl medal və 3 sertifikat və diplomla ölkəmizi yüksək səviyyədə təmsil etmişdir.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi