Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
907

Professor Çingiz Fərzəliyev “İllüstrasiya sənəti” nominasiyasının qalibi olub

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev MDB iştirakçısı olan ölkələrin  Əməkdaşlıq üzrə Dövlətlərarası Şurasının təşkilatçılığı ilə dövri nəşrlər, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsində keçirilən XIX Beynəlxalq “Kitab sənəti” müsabiqəsinin yekununda “İllüstrasiya sənəti” nominasiyasında qalib olub.

Müsabiqə 2004-cü ildən MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə keçirilir.

Bu il 7 ölkədən 67 nəşrin daxil olduğu müsabiqə Qırğızıstan Respublikasının paytaxtı Bişkekdə keçirilib. MDB iştirakçısı olan ölkələrin XIX Beynəlxalq “Kitab sənəti” müsabiqəsinin münsiflər heyətinin qərarı ilə Çingiz Fərzəliyevin rəhbərliyi altında nəşr edilmiş “Vərqa və Gülşa” kitab-albomu öz nomiyası üzrə ən yaxşısı seçilib.

Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən hazırlanmış “Vərqa və Gülşa” kitab-albomu 2021-ci ilin oktyabr ayının əvvəlində Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində təqdim olunub. Həmin nəşr Əbdülmömin Məhəmməd əl-Xoyinin gənc Vərqa və gözəl Gülşanın nəhayətsiz eşqindən bəhs edən qədim şərq əfsanəsinə əsaslanaraq çəkdiyi 71 orta əsr miniatürün tam cəmləşdiyi və ilk dəfə kompleks şəklində nəşr edildiyi fundamental kitabdır.

“Vərqa və Gülşa” illüstrasiyaları Şərq miniatürləri arasında günümüzədək qədər gəlib çatmış ən qədim nümunələrdir. XIII əsr manuskriptinə yeni “poliqrafik qiraət” bəxş edən “Vərqa və Gülşa” kitab-albomu o dövrün təsvir ənənəsinin, onun xüsusiyyətlərinin, spesifika və bədii üstünlüklərinin dolğun və əhatəli mənzərəsini təqdim edir. Rəqəmsal imkanlar sayəsində ilk dəfə olaraq Azərbaycan miniatürünün şah əsərləri orijinal manuskriptə mümkün qədər autentik təqdim olunub və bu təsvirlərin yüksək estetik keyfiyyətləri haqqında tam təsəvvür yaradır.

“Vərqa və Gülşa” kitab-albomunun “İllüstrasiya sənəti” nominasiyasında qazanılan qələbəsi Azərbaycanın Əməkdar incəsənət xadimi, çox saylı, o cümlədən beynəlxalq ali fəxri adlar və mükafatlar sahibi, Azərbaycan Miil İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyevin respublikamızda və onun hüdudlarından kənarda Azərbaycanın unikal mədəniyyətinin dolğun tədqiqi, qüsursuz təbliği və geniş intişarı istiqamətində apardığı yorulmaz elmi-maarifçilik fəaliyyətini bir daha nümayiş etdirdi.

“Vərqa və Gülşa” kitab-albomu dünyanın aparıcı muzey və kitabxanalarının fondlarına hədiyyə edilib. Bu sıraya ABŞ-ın Konqres Kitabxanası da daxildir.

 

XƏBƏRLƏR

01.06.2023 11:12
Mədəniyyət Nazirliyində “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
31.05.2023 18:57
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
31.05.2023 09:42
Azərbaycan UNESCO-nun Yardımçı Komitəsinə üzv seçilib
30.05.2023 19:11
Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Mədəniyyət Nazirliyində olub
30.05.2023 18:10
Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə sənədlərin qəbuluna başlanılıb
28.05.2023 20:11
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərində İşğal və Zəfər Muzeyi Kompleksinin təməlinin qoyulması mərasimində iştirak edib
17.05.2023 12:33
Beynəlxalq Muğam Festivalı çərçivəsində müxtəlif konsert proqramları təqdim olunacaq
13.05.2023 15:11
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
12.05.2023 16:37
“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi açılış mərasimi keçirildi
08.05.2023 10:49
Uşaq İncəsənət Festivalı çərçivəsində Zəngilanda tədbir keçirilib
01.05.2023 16:39
Mədəniyyət naziri Adil Kərimli dövlət kino təsisatlarını ziyarət edib
21.04.2023 18:01
“Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumu başa çatdı
21.04.2023 15:12
Kinoforumda ikinci gün: “Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri”
21.04.2023 11:53
Paytaxtdakı teatr və musiqi kollektivlərinin bölgələrə qastrolu başlanır
20.04.2023 19:53
“Milli kino: dünən, bu gün və sabah” – kinoforum panel müzakirələrlə davam edib
20.04.2023 16:27
Bakıda “Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda forum keçirilir
17.04.2023 16:49
Uşaq İncəsənət Festivalının birinci mərhələsinə start verildi
13.04.2023 11:17
Beynəlxalq Uşaq Kitabları Şurasının sertifikatları təqdim olunub
12.04.2023 20:00
“Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu başa çatdı
11.04.2023 16:05
Bakıda “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda forum keçirilib