Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3122

“Mədəni gənclik” layihəsinə yekun vuruldu

Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Mədəni gənclik” layihəsi başa çatdı.

Bu münasibətlə iyulun 1-də Bakı Dövlət Universitetində (BDU) mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və universitetin rektoru Elçin Babayevin tələbələrlə görüşü keçirildi.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxışında dedi ki, hər bir gəncin uğurlu olması üçün özünü tanıması vacibdir: “Sizlər BDU-da təhsil alaraq öz düşüncə qabiliyyətinizi aşkarlayırsınız. Peşəkar dünyada ən vacib tələb olunan keyfiyyət düşüncə tərzidir. Artıq elə bir dövrdəyik ki, məlumatlı olmaq üstünlük təşkil etmir. Yəni dünyanın hər hansı bir yerində nə isə icad olunursa, dərhal qlobal səviyyədə məlum olur. Bu dövrdə əsas üstünlük öz unikal düşüncə qabiliyyəti ilə bəlli olan məlumatları, faktları fərqli cür təqdim etməkdir. Məsələn, eyni məlumata sahib olan bir azərbaycanlı və amerikalı eyni faktı oxuyub fərqli cür nəticəyə gələ bilərlər. Bu fərqlilik isə mədəniyyətdən irəli gəlir. Burada da kim daha zəngin mədəniyyətə sahibdirsə, o üstünlük qazanır. Bildiyiniz kimi, dünyanın bəlli bir coğrafi xəritəsi var. Biz düşünürük ki, göstəricilər üzərində işləyərək dünyanın mədəniyyət xəritəsini tərtib edək. Bu xəritə coğrafi xəritə ilə üst-üstə düşməyəcək. Bu xəritə millətin, xalqın dünya mədəniyyət tarixində oynadığı rola, verdiyi töhfəyə əsaslanacaq. Düşünürəm ki, bu xəritədə biz böyük ölkələrdən biri olacağıq. “Mədəni gənclik” layihəmizin əsas məqsədlərindən biri də odur ki, gənclərimiz Azərbaycanın həmin mədəniyyət xəritəsini görə bilsinlər”.

Daha sonra Elnur Əliyev tələbələrin layihə haqqında təkliflərini dinlədi, onları maraqlandıran sualları cavablandırdı.

Bu cür layihələrinin davamlı olmasını arzulayan BDU-nun rektoru Elçin Babayev “Mədəni gənclik” layihəsinin təşkilinə görə Mədəniyyət Nazirliyinə, layihədə iştirak edən tələbələrə və universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinə təşəkkürünü bildirdi.

Tədbirin sonunda tələbələr arasında layihə üzrə keçirilən sorğunun (ən çox bəyənilən tamaşa, artist və s.) nəticələri elan olundu. Layihədə fəal iştirak edən tələbələrə sertifikatlar təqdim edildi.

Qeyd edək ki, bu ilin may ayından həyata keçirilən “Mədəni gənclik” layihəsinin məqsədi gənclərin incəsənətə marağının artırılması, onların ölkənin mədəni proseslərinə cəlb edilməsi, Azərbaycan gənci və mədəniyyətimiz arasında körpü salmaq, mədəni dəyərlərimizə sahib çıxacaq nəslin yetişdirilməsinə töhfə verməkdir. İki ay davam edən layihəyə BDU-dan 300 nəfər könüllü tələbə qatılıb. Tələbələr 5 mədəniyyət ocağında – Azərbaycan Dövlət Akademik Milli Dram, Azərbaycan Dövlət Akademik Opera və Balet, Azərbaycan Dövlət Akademik Musiqili, Azərbaycan Dövlət Akademik Rus Dram teatrlarında və Azərbaycan Dövlət Akademik Filarmoniyasında tamaşa və konsertlərə sərbəst baxmaq imkanı əldə ediblər.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi