Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
705

UNESCO-nun “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyası ilə bağlı təlim kursu başa çatdı

Mədəniyyət Nazirliyinin sifarişi, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının dəstəyi ilə “Qlobal Kommunikasiyalar və İnnovasiyalar” şirkəti tərəfindən “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində «Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında» 1954-cü il tarixli Haaqa Konvensiyası ilə bağlı təlim kursu bu gün başa çatdı.

Konvensiya üzrə təlimçi, Esseks Universitetinin hüquq üzrə fəlsəfə doktoru xanım Dr. Marina Lostal mədəni sərvətlərlə bağlı cinayət aktları, milli cinayət qanunvericiliyində tələb olunan uyğunlaşma məsələləri, beynəlxalq səviyyədə müharibə cinayətləri kontekstində mədəni mülkiyyətin dağıdılması, hərbi komandirlərin məsuliyyəti, insanlıq əleyhinə cinayət təqibi, genosid, Beynəlxalq cinayət məhkəməsinin yurisdiksiyası təcrübələrindən bəhs etmişdir. Həmçinin, tematik viktorina, xüsusi nümunəvi ssenarilər üzərindən keys stadilər və sual-cavab sessiyası təşkil edilmişdir. Son hissədə, Dr. Marina Lostal 3 təlim gününün keçilmiş mövzularını bir-bir iştirakçılarla birgə müzakirə edərək öyrənilmiş bilikləri daha da möhkəmləndirmişdir.

Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə heyətinin sədri, Təlim proqramının rəhbəri Vasif Eyvazzadə təlim iştirakçılarını təlim kursunda uğurlu iştirakı münasibətilə təbrik edərək proqram çərçivəsində elan edilmiş Milli İrs Platforması (“İrs Azərbaycan” / “Heritage Azerbaijan” platforması) haqqında məlumat vermişdir və bu kursun iştirakçılarının da platformada yer alaraq aktiv iştirak edəcəyinə ümidvar olduğunu bildirmişdir. V.Eyvazzadə qarşıda baş tutacaq növbəti təlim kursları barədə məlumat vermişdir, İrs təlimləri məzunları kimi bütün təlim kurslarının iştirakçılarının Milli İrs Platformasında aparıcı qüvvə olacağına inandığını qeyd etmişdir. Ən sonda, təlim kursunun iştirakçıları sertifikatlarla təltif edilmişdir.

Təlim kursunda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, Baş Prokurorluğunun, Mədəniyyət Nazirliyinin, Dövlət Turizm Agentliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, "Şuşa" Şəhəri Dövlət Qoruq İdarəsinin, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, AMEA-nın müvafiq institutlarının, Memarlıq və İnşaat Universitetinin və ADA Universitetinin nümayəndələri iştirak etmişdir.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb