Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
805

“Şuşa İli”nə həsr olunan muğam festivalına yekun vuruldu

Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin iştirakı ilə keçirilən muğam festivalına yekun vuruldu. May-iyun aylarında gerçəkləşən festival “Şuşa İli”nə həsr olunmuşdu.

İyunun 29-da Beynəlxalq Muğam Mərkəzində festivalın yekun konserti və qaliblərin mükafatlandırılması mərasimi keçirildi.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva festival iştirakçılarına təbriklərini çatdırdı. Bildirdi ki, muğam festivalının “Şuşa İli” çərçivəsində keçirilməsi təsadüfi deyil. Çünki Şuşa Azərbaycanın muğam ocaqlarından biridir. Qədim Qarabağ torpağı, Qarabağın tacı olan Şuşa Azərbaycanın musiqi beşiyi sayılır. “Şərqin konservatoriyası” da adlandırılan bu torpaqda Azərbaycan musiqi sənətinin ən görkəmli nümayəndələri doğulub boya-başa çatıblar. Qarabağ eli neçə-neçə istedadlı bəstəkar, tarzən, kaman ustası, xanəndə yetişdirib: “Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Qarabağımız, Şuşamız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun şücaəti sayəsində işğaldan azad edilib. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada bu gün nəhəng quruculuq layihələri həyata keçirilir. Şuşadakı tarixi, dini və memarlıq abidələri bərpa olunur, Şuşaya dolğun mədəni həyat qayıdır. Şuşada Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə “Xarıbülbül” festivalının, Vaqif poeziya günlərinin keçirilməsi, şəhərdə müxtəlif mədəni layihələrin, beynəlxalq konfransların təşkili Azərbaycan mədəniyyətinin Qarabağa qayıdışının təsdiqi, milli ləyaqətimizin təntənəsidir”.

Muğam festivalı haqqında məlumat verən nazir müavini qeyd etdi ki, 2 yaş qrupu (9-12 və 13-17 yaş) üzrə respublikanın şəhər və rayonlarından istedadlı şagirdlərin qatıldığı festivalın I mərhələsi regionlar üzrə keçirilib. Bu mərhələdə 1-ci yerlərin qalibləri Bakı şəhərində keçirilən final mərhələsində iştirak etmək hüququ qazanıblar. Festivalın final mərhələsində Xalq artisti Teyyub Aslanovun sədrliyi ilə Xalq artisti Gülyaz Məmmədova və Əməkdar artist Zakir Əliyevdən ibarət münsiflər heyəti tərəfindən iştirakçıların çıxışları qiymətləndirilib.

Sevda Məmmədəliyeva çıxışının sonunda bütün festival iştirakçılarını, qalibləri, onların müəllimlərini, valideynlərini, məktəblərin kollektivini təbrik edərək uğurlar arzuladı.

Münsiflər heyətinin sədri Teyyub Aslanov festivalın təşkilinə görə Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirdi. Dedi ki, muğam sənətimizin inkişafı və təbliği məqsədilə təşkil edilən layihə səhnəmizə neçə-neçə yeni adlar bəxş etmiş oldu.

Sonra qaliblər elan olundu. Festivalın Qran-pri mükafatını Tuncay Oruczadə (Ağdam) qazandı. İsfəndiyar Dadaşov (H.Sarabski adına 7№-li Musiqi məktəbi – Bakı), Əli Ağazadə (Sabirabad) I, Mətin Cəfərov (Ağdam), Sadiq Zeynallı (Beyləqan), Aydın Həmzəyev (G.Şaroyev adına 35 nömrəli Musiqi məktəbi – Bakı), Aynur Ağamalıyeva (Salyan) II, Nihad Məmmədzadə (Xırdalan), Polad Salmanlı (Bərdə), Turan Salahov (Goranboy), Mənzurə Abdürəhmanova (Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbi – Bakı), Gülyaz Həsənzadə (M.Maqomayev adına 26 nömrəli Musiqi məktəbi – Bakı), Fatimə Hümmətova (Şəki) və Ləman Məmmədova (Ağcabədi) III dərəcəli mükafata layiq görüldülər.

Qaliblərə diplom və fəxri fərmanlar təqdim edildi. Şagirdləri festivala hazırlayan müəllimlərin və konsertmeysterlərə isə fəxri fərmanlar verildi.

Sonda festivalın qalibləri Beynəlxalq Muğam Mərkəzinin səhnəsində bir daha məharətlərini göstərdilər. İfaçıları Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının ansamblı (bədii rəhbər – Mirxalid Salayev) müşayiət edirdi. Konsert alqışlarla qarşılandı.

XƏBƏRLƏR

16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı