Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
639

Azərbaycan kitabları “Kitab sənəti” müsabiqəsində qalib olub

Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin təşkilatçılığı ilə hər il keçirilən “Kitab sənəti” adlı Beynəlxalq kitab müsabiqəsi növbəti dəfə 24-26 iyun 2022-ci il tarixlərində Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində baş tutmuşdur.

Ölkəmizi sözügedən müsabiqədə Mədəniyyət Nazirliyinin Kitab Sənayesi şöbəsinin baş məsləhətçisi, eyni zamanda MDB İcraiyyə Komitəsinin Azərbaycandakı sədri İslam Hüseynov təmsil edib.

Müsabiqədə Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus, Özbəkistan və Ermənistan nəşrləri müxtəlif nominasiyalar üzrə mükafatlar üçün təqdim olunmuşdur. Müsabiqəyə 7 ölkə üzrə 67 adda kitab təqdim olunmuşdur.

Daha sonra açıq səsvermə yolu ilə hər nominasiya üzrə qalib kitabların seçimi başlanmışdır. Hər bir ölkənin nəşr məhsulları haqqında ətraflı məlumat iştirakçı ölkələrin nümayəndələrinə təqdim edilmiş və münsiflər hər bir nəşrlə bağlı müzakirələr aparmışdır.

Qeyd edək ki, ölkəmiz hər il “Kitab sənəti” Beynəlxalq müsabiqəsində uğurla iştirak edir. Budəfəki müsabiqəyə Azərbaycandan 10 nominasiya üzrə 10 adda kitab təqdim olunmuşdur.

Müzakirələr zamanı bildirildi ki, müsabiqəyə müxtəlif janr və tərtibatlarda kitablar təqdim olunub. Eyni zamanda kitabların dizaynı, mövzusu da nəzərə alınıb.

Səsvermənin yekununda “Kitab sənəti” müsabiqəsində Azərbaycan 3 nominasiya üzrə 1-ci, 4 nominasiya üzrə 2-ci yer, 2 nominasiya üzrə 3-cü yerə  layiq görülüb:

  1. “İllüstrasiya sənəti” nominasiyası üzrə I yer - Vərqa və Gülşa. / Çingiz Fərzəliyev – Bakı, 2021
  2.  “Elm və təhsil” nominasiyası üzrə I yer – K. Şükürov,  Azərbaycan beynəlxalq münasibətlər sistemində 1648-1991. Sənədlər və materiallar. – Bakı: “Elm”, 2020.
  3. “Ölkəm” nominasiyası üzrə I yer - Salam Azərbaycan. / Nəşr Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin dəstəyi ilə hazırlanıb – Dubay, IRS Nəşriyyat Evi, 2020.
  4.  “Qələbə” nominasiyası üzrə II yer - Azərbaycan Böyük Vətən Müharibəsi illərində: 1941-1945: Biblioqrafiya. İki cilddə: V.1 - Azərbaycan dilində; V.2 - rus dilində / Tərtib edən və məsələyə cavabdeh: Kərim Tahirov; elmi red. A.İsmayılova. - Bakı: "Zərdabi-Nəşr", 2020.
  5. “Birlikdə nəşr olunub” nominasiyası üzrə II yer - Əliyev Z. “Hophopnamə rənglərin işığında” / Ziyadxan Əliyev; red. A.Xəlilov; red. Idea müəllifi: T.Axundov. - Bakı, 2022.
  6.  “İncəsənət kitabı” nominasiyası üzrə II yer - Əliyev Z. A. “Yaşar Səmədov. Rənglərin simfoniyası": Fotoalbom - Bakı: Nəşriyyat: "Təhsil", 2020.
  7. “Birlik” nominasiyası üzrə II yer - Azərbaycan İpək Yolunda / ideya və söz müəllifi: G. Əfəndiyeva; F.M.Əsədov və başqaları: layihə rəhbəri və elmi redaktor. Ş.M.Mustafayev - Bakı, 2020.
  8. “Mədəniyyətlərin dialoqu” nominasiyası üzrə II yer  - Nizami Gəncəvinin “İskəndərnamə” poemasının mədəniyyətlər arasında dialoqda rolu / Evangelos Venetis və Nəsib Qöyüşov; Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi; M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası; Nizami Gəncəvi Fondu. – Bakı, 2021.
  9. “Uşaq və gənclər üçün kitab” nominasiyası üzrə II yer – G. Əsgərova, Xəmsənin xilası - Bakı: "Aspoliqraf", 2022.
  10. “Qran-Pri” - Nuruqızı S. Melisa / tərcümə: E.Əzizova - Bakı: “Təhsil”, 2022.

Qeyd edək ki, “Kitab sənəti” müsabiqəsinin mükafatları ənənəvi olaraq sentyabr ayında Moskvada keçiriləcək Beynəlxalq kitab sərgi-yarmarkasında təqdim olunacaq.

XƏBƏRLƏR

01.06.2023 11:12
Mədəniyyət Nazirliyində “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
31.05.2023 18:57
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
31.05.2023 09:42
Azərbaycan UNESCO-nun Yardımçı Komitəsinə üzv seçilib
30.05.2023 19:11
Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Mədəniyyət Nazirliyində olub
30.05.2023 18:10
Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə sənədlərin qəbuluna başlanılıb
28.05.2023 20:11
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərində İşğal və Zəfər Muzeyi Kompleksinin təməlinin qoyulması mərasimində iştirak edib
17.05.2023 12:33
Beynəlxalq Muğam Festivalı çərçivəsində müxtəlif konsert proqramları təqdim olunacaq
13.05.2023 15:11
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
12.05.2023 16:37
“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi açılış mərasimi keçirildi
08.05.2023 10:49
Uşaq İncəsənət Festivalı çərçivəsində Zəngilanda tədbir keçirilib
01.05.2023 16:39
Mədəniyyət naziri Adil Kərimli dövlət kino təsisatlarını ziyarət edib
21.04.2023 18:01
“Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumu başa çatdı
21.04.2023 15:12
Kinoforumda ikinci gün: “Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri”
21.04.2023 11:53
Paytaxtdakı teatr və musiqi kollektivlərinin bölgələrə qastrolu başlanır
20.04.2023 19:53
“Milli kino: dünən, bu gün və sabah” – kinoforum panel müzakirələrlə davam edib
20.04.2023 16:27
Bakıda “Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda forum keçirilir
17.04.2023 16:49
Uşaq İncəsənət Festivalının birinci mərhələsinə start verildi
13.04.2023 11:17
Beynəlxalq Uşaq Kitabları Şurasının sertifikatları təqdim olunub
12.04.2023 20:00
“Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu başa çatdı
11.04.2023 16:05
Bakıda “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda forum keçirilib