Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
302

“44 gün – tarixi Zəfər” çoxcildliyinin birinci kitabının təqdimatı keçirildi

Mədəniyyət Nazirliyinin tabeliyindəki Respublika Xatirə Kitabı Redaksiyası tərəfindən Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə “44 gün – tarixi Zəfər” adlı üçcildliyin birinci cildi (“A-Ə” hərfləri üzrə) işıq üzü görüb.

İyunun 24-də Beynəlxalq Muğam Mərkəzində (BMM) nəşrin təqdimat mərasimi keçirildi. Nəşrin birinci cildində Aprel (2016) və Tovuz (2020-ci il, iyul) döyüşlərində, həmçinin Vətən müharibəsində həlak olanlar haqqında ensiklopedik məlumat yer alıb.

Əvvəlcə Vətən müharibəsində həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdiyini bildirdi. Respublika Xatirə Kitabı Redaksiyasının ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradıldığını xatırladan nazir redaksiyanın fəaliyyətini yüksək qiymətləndirdi. Dedi ki, ümummilli lider şəhidlərin xatirəsini hər zaman əziz tutub, onların adlarının əbədiləşdirilməsi üçün diqqət və qayğısını əsirgəməyib: “Redaksiya tərəfindən indiyədək 20-dən artıq kitab nəşr olunub. Bu kitablarda müstəqilliyimiz uğrunda canından keçən Vətən oğullarının həyat yolu əksini tapıb. Bugünkü təqdim olunan kitab isə 44 günlük müharibədəki Zəfərimizə həsr olunub. Azərbaycan bu Zəfəri 30 ildir gözləyirdi və bu müddət ərzində dövlətimiz də, xalqımız da bu ədalətsizliklə barışmadı. Gün gəldi, Ali Baş Komandanın rəhbərliyi Ordumuz düşmənə qalib gəldi, əzəli torpaqlarımızı əsarətdən qurtardı. Azərbaycan Ordusunun, qəhrəman oğullarımızın göstərdikləri şücaətlər dastanlara sığacaq bir səhifədir. Bu səbəbdən də onların Vətən yolunda qəhrəmanlığı Azərbaycan dövləti tərəfindən hər zaman diqqətdə saxlanılır”.  

Dövlət tərəfindən şəhid ailələrinə göstərilən qayğıdan danışan Anar Kərimov bildirdi ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, nazirliyin mədəniyyət müəssisələrində 100-ə yaxın şəhid ailəsinin üzvü işlə təmin edilib: “Vətən müharibəsində mədəniyyət sahəsində çalışmış 8 nəfər şəhid olub. Onların xatirəsini əbədi yaşadacağıq. Tarixi Qələbəmizi yeni nəsillərin yaddaşında həkk etdirmək bizim borcumuzdur. Nazirlik tərəfindən şəhidlərimizə həsr olunan bir neçə layihə də həyata keçirilib. Onlardan biri də “Səhnədən səngərə” layihəsidir. Eyni zamanda nazirlik Qələbəmizə həsr edilən filmlərin çəkilməsini, bu mövzuda ədəbi əsərlərin yazılmasını da qarşısına məqsəd qoyub.

İşğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda dövlətimiz tərəfindən aparılan geniş yenidənqurma və bərpa işlərindən söz açan nazir bildirdi ki, “Böyük qayıdış” Qarabağa ruhumuzun, kimliyimizin qayıdışını təmin edəcək: “Xalqımız tarixi yurd yerlərimizə böyük qayıdışın başlanğıcındadır. Bu başlanğıc həm də mədəniyyətlə bağlıdır. Bu dirçəlişdə də xalqımız birləşərək böyük çiçəklənməyə nail olacaq. Bu gün Qarabağda böyük quruculuq işləri reallaşır bu yolda bizim də üzərimizə böyük məsuliyyət düşür”.

Anar Kərimov çıxışının sonunda qarşıdan gələn 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırdı.

Respublika Xatirə Kitabı Redaksiyasının rəhbəri Nəzakət Məmmədova çıxış edərək fəaliyyətləri haqqında məlumat verdi. Bildirdi ki, redaksiya Azərbaycan Sovet Ensiklopediyası nəzdində bir şöbə kimi fəaliyyət göstərib, ümummilli lider Heydər Əliyevin xüsusi tapşırığı əsasında Nazirlər Kabinetinin imzaladığı 1 may 1997-ci il tarixli qərarla müstəqil quruma çevrilib. 2016-cı ildən Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərir. Bu gün redaksiya Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub.

Nəzakət Məmmədova diqqətə çatdırdı ki, redaksiya Azərbaycanın Milli Qəhrəmanları haqqında da kitablar nəşr edib, “Vətən daşı və ya 44 günün dastanı” layihəsi çərçivəsində 8 film istehsal edilib.

Çıxışlardan sonra Respublika Xatirə Kitabı Redaksiyasının hazırladığı “Vətən daşı” sənədli filmi nümayiş olundu. Film Şuşanın azad edilməsi uğrunda şəhadətə yüksələn Ağcabədi rayonundan olan 18 yaşlı əsgər Ömər Rəhimli haqqındadır.

Ekran işinin nümayişindən sonra şəhidin atası Rəşid Rəhimli çıxış edərək şəhidlərin xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirdi.

Tədbirin bədii hissəsində BMM-in solistləri və “Muğam” televiziya müsabiqəsinin qalibləri Gülzar Fərəcova, Aytən Məhərrəmova, Pərviz Qasımovun ifasında şəhidlərə həsr edilən mahnılar təqdim edildi. Xanəndələri tarda Rövşən Qurbanov, kamançada  Ceyhun Muradov müşayiət edirdi. Həmçinin sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraət ustası Zülfiyyə Eldarqızı vətənpərvərlik mövzusunda, qazi şairlər Həsən Kür, Oğuz Alparslan və Nicat Ağayev isə müəllifləri olduqları müharibə mövzulu şeirlərini səsləndirdilər.

XƏBƏRLƏR

01.06.2023 11:12
Mədəniyyət Nazirliyində “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
31.05.2023 18:57
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
31.05.2023 09:42
Azərbaycan UNESCO-nun Yardımçı Komitəsinə üzv seçilib
30.05.2023 19:11
Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Mədəniyyət Nazirliyində olub
30.05.2023 18:10
Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə sənədlərin qəbuluna başlanılıb
28.05.2023 20:11
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərində İşğal və Zəfər Muzeyi Kompleksinin təməlinin qoyulması mərasimində iştirak edib
17.05.2023 12:33
Beynəlxalq Muğam Festivalı çərçivəsində müxtəlif konsert proqramları təqdim olunacaq
13.05.2023 15:11
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
12.05.2023 16:37
“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi açılış mərasimi keçirildi
08.05.2023 10:49
Uşaq İncəsənət Festivalı çərçivəsində Zəngilanda tədbir keçirilib
01.05.2023 16:39
Mədəniyyət naziri Adil Kərimli dövlət kino təsisatlarını ziyarət edib
21.04.2023 18:01
“Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumu başa çatdı
21.04.2023 15:12
Kinoforumda ikinci gün: “Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri”
21.04.2023 11:53
Paytaxtdakı teatr və musiqi kollektivlərinin bölgələrə qastrolu başlanır
20.04.2023 19:53
“Milli kino: dünən, bu gün və sabah” – kinoforum panel müzakirələrlə davam edib
20.04.2023 16:27
Bakıda “Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda forum keçirilir
17.04.2023 16:49
Uşaq İncəsənət Festivalının birinci mərhələsinə start verildi
13.04.2023 11:17
Beynəlxalq Uşaq Kitabları Şurasının sertifikatları təqdim olunub
12.04.2023 20:00
“Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu başa çatdı
11.04.2023 16:05
Bakıda “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda forum keçirilib