Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
803

Anar Kərimov İrana rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib

İran səfəri çərçivəsində həmçinin, İranın Mədəniyyət və İslam İrşadı Nazirliyinin nəzdində fəaliyyət göstərən İran Kino və Audiovizual işləri təşkilatının rəhbərliyi ilə görüş keçirilib. Nazir A.Kərimov ölkəmizdə kino sahəsinin inkişafının Nazirliyin fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu bildirərək, Azərbaycanda yeni yaradılmış Kino Agentliyinə dair məlumat verib. İranın kino sahəsində geniş təcrübəyə malik olduğu, bu sahədə qarşılıqlı əməkdaşlığın faydalı olacağı qeyd olunub. Bu kontekstdə, müştərək kino festivallarının, qarşılıqlı kino həftələrinin təşkilinin əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcəyi vurğulanıb. Həmçinin, kino sahəsində mütəxəssislərin qarşılıqlı səfərləri, təcrübə mübadiləsinin aparılmasının vacibliyinə toxunulub. A.Kərimov Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün sənədli filmlərin çəkilməsinin əhəmiyyətinə İran tərəfinin diqqətini çəkib. Görüşdə eyni zamanda,  birgə bədii, sənədli filmlərin, qısametrajlı, eləcə də cizgi filmlərinin çəkilməsi üçün mövcud imkanların istifadə edilməsinin vacibliyi qeyd olunub. Sonda, kino muzeyi ilə tanışlıq baş tutub.

******

Anar Kərimov həmçinin İranın Milli Kitabxana və Arxiv idarəsinin rəhbəri Əlirza Muxtarpurla görüşüb. Görüşdə Azərbaycanla İran arasında kitabxana və arxiv sahələrində əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə dair fikir mübadiləsi aparılıb. Nazir İranın zəngin arxivlərində Azərbaycana, xüsusilə də ölkəmizin Qarabağ bölgəsinə dair əlyazmaların saxlanıldığına istinad edərək, bu sahədə qarşılıqlı əməkdaşlıqda maraqlı olduğumuzu bildirib. Eyni zamanda Ermənistan ərazisində mövcud olmuş xalqımıza məxsus zəngin mədəni irsimizə, dini abidələrimizə aid İran arxivlərində mövcud sənədlərlə tanışlıq, onların araşdırılması istiqamətində birgə fəaliyyət aparılmasının önəmi qeyd olunub.  Ə.Muxtarpur öz növbəsində rəhbərlik etdiyi qurumla ölkəmizin müvafiq qurumları arasında kitabxana və arxiv sahəsində əməkdaşlığı genişləndirməyə hazır olduqlarını bildirib. Bu kontekstdə, İran kitabxana və arxivlərində saxlanılan sənədlərlə tanışlıq və birgə araşdırmaların aparılması üçün işçi qrupun yaradılmasının məqsədəuyğunluğuna da diqqət çəkilib.

Görüşdən sonra kitabxanada qorunub saxlanılan Nizami Gəncəvinin yaradıcılığına aid qədim əlyazma və digər arxiv sənədləri ilə tanışlıq baş tutub.

XƏBƏRLƏR

01.06.2023 11:12
Mədəniyyət Nazirliyində “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
31.05.2023 18:57
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
31.05.2023 09:42
Azərbaycan UNESCO-nun Yardımçı Komitəsinə üzv seçilib
30.05.2023 19:11
Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Mədəniyyət Nazirliyində olub
30.05.2023 18:10
Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə sənədlərin qəbuluna başlanılıb
28.05.2023 20:11
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərində İşğal və Zəfər Muzeyi Kompleksinin təməlinin qoyulması mərasimində iştirak edib
17.05.2023 12:33
Beynəlxalq Muğam Festivalı çərçivəsində müxtəlif konsert proqramları təqdim olunacaq
13.05.2023 15:11
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
12.05.2023 16:37
“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi açılış mərasimi keçirildi
08.05.2023 10:49
Uşaq İncəsənət Festivalı çərçivəsində Zəngilanda tədbir keçirilib
01.05.2023 16:39
Mədəniyyət naziri Adil Kərimli dövlət kino təsisatlarını ziyarət edib
21.04.2023 18:01
“Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumu başa çatdı
21.04.2023 15:12
Kinoforumda ikinci gün: “Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri”
21.04.2023 11:53
Paytaxtdakı teatr və musiqi kollektivlərinin bölgələrə qastrolu başlanır
20.04.2023 19:53
“Milli kino: dünən, bu gün və sabah” – kinoforum panel müzakirələrlə davam edib
20.04.2023 16:27
Bakıda “Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda forum keçirilir
17.04.2023 16:49
Uşaq İncəsənət Festivalının birinci mərhələsinə start verildi
13.04.2023 11:17
Beynəlxalq Uşaq Kitabları Şurasının sertifikatları təqdim olunub
12.04.2023 20:00
“Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu başa çatdı
11.04.2023 16:05
Bakıda “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda forum keçirilib