Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
455

Dayanıqlı moda: tekstilin gələcəyi

17 iyun 2022-ci il tarixində Gəncə şəhər Dövlət filarmoniyasının nəzdindəki “Urban” mərkəzində İsveçin Azərbaycandakı Səfirliyi, Gəncə şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gəncə Regional Mədəniyyət İdarəsi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə əməkdaşlığı çərçivəsində “Dayanıqlı moda: Tekstilin gələcəyi” adlı sərginin açılış mərasimi keçirildi. Sərgi İsveç İnstitutu tərəfindən tədqiqatçılar və moda mütəxəssisləri ilə birlikdə hazırlanmışdır. Moda sənayesinin əsas problemlərinin işıqlandırıldığı sərgidə daha dayanıqlı gələcək üçün İsveçdə irəli sürülən həll yolları və təşəbbüslər nümayiş olunur.

Moda sənayesi dünyada ətraf mühiti ən çox çirkləndirən sahələrdən biridir. Hər il dünyada istehlak etdiyimiz 62 milyon ton geyimin yalnız 20 faizini təkrar istifadə və ya təkrar emal edilir.

Sərgidə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov çıxış edərək İşveçin Azərbaycandakı səfiri Kristian Kamili və bütün iştirakçıları salamladı. O, bu sərginin Gəncə şəhərində keçirilməsində dəstək olan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Gəncə şəhər İcra Hakimiyyətinə, İsveçin Azərbaycandakı Səfirliyinə, Azərbaycan Milli İncəsənət Muzeyinə öz təşəkkürü bildirdi və qeyd etdi ki, belə tədbirlərin keçirilməsi mədəni əlaqələrin qurulmasında böyük təkandır.

Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Azər İbrahimov şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramovun adından salamladı və səfir Kristian Kamilə Gəncə şəhərində belə bir tədbirin təşəbbüskarı olduğu üçün təşəkkürünu bildirdi.

İsveçin Azərbaycandakı səfiri Kristian Kamil Gəncə şəhərində xoş qarşılandığı üçün öz təşəkkürünu bildirərək, bu il İsveç-Azərbaycan arasındakı diplomatik əlaqələrin 30 illiyinin qeyd edilməsi çərçivəsində silsilə tədbirlər həyata keçirildiyini vurğulamış və ətraf mühitin qorunması məsələlərinə həsr edilmiş bu sərginin artıq Azərbaycanda 3-cü dəfə nümayiş olunduğunu nəzərə çatdırmışdır.

Sərginin kuratoru, Azərbaycan Milli İncəsənət Muzeyinin beynəlxalq əlaqələr üzrə şöbə rəhbəri Könül Rəfiyeva sərgi haqqında ətraflı məlumat verərək bildirmişdir ki, bu sərgi həm istehsalçıların, həm də istehlakçıların paltarların və onların komponentlərinin təmirini, təkrar hazırlanmasını, təkrar istifadəsini və təkrar emalını maksimum dərəcədə artırmaqla moda sənayesinin ətraf mühitə arzuolunmaz təsirlərini minimuma endirə biləcəyi yolları izah edir.

Sərgidə həmçinin isveçli fotoqraf Elizabet Tolun Azərbaycana səfərləri zamanı Bakı, Qəbələ və Naxçıvanda çəkdiyi moda fotoşəkilləri İsveç meşələrinin şəkilləri ilə birlikdə nümayiş olunur. Elizabet Toll İsveçin Stokholm şəhərində anadan olub və orada böyüyüb. Beynəlxalq fotoqrafiya sahəsində uğurlu karyerası ərzində o, əsas diqqətini moda, portret və mənzərəyə yönəldib.   

Məlumat üçün xatırladaq ki, “Dayanıqlı moda:tekstilin gələcəyi” sərgisi          17 iyun – 17 iyul 2022-ci il tarixlərində Gəncə şəhəri Dövlət filarmoniyasının nəzdindəki “Urban” mərkəzində ziyarətçilər üçün açıqdır. Giriş sərbəstdir.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb