Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1503

Mədəniyyət Nazirliyinin “Kommunikasiya meneceri” layihəsi üzrə təlimlərə başlanılır

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi tərəfindən “Kommunikasiya meneceri” layihəsi həyata keçirilir. Layihə Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq, Mədəniyyət Nazirliyi sistemində reallaşdırılan islahatların tərkib hissəsi kimi təqdim olunub.

ADA Universitetində layihənin ikinci mərhələsi üzrə treninqlərə başlanılır.

Treninqdən öncə ADA Universitetində İxtisasartırma proqramlarının rəhbəri Nərgiz İsmayılova çıxış edərək bildirib ki, Mədəniyyət Nazirliyi və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə təqdim edilən "İctimai əlaqələr və medianın əsasları" adlı təlim kursunun əsas məqsədi kommunikasiya menecerlərinin peşəkar inkişafını dəstəkləməkdir.

“Kommunikasiya meneceri” layihəsinin koordinatoru, Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin əməkdaşı Məhəmməd Həmzəyev 5 gün davam edəcək təlim kursu üçün yaradılan şəraitə görə ADA Universitetinə təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, layihənin bu mərhələsi nazirliyin regional mədəniyyət idarələri üzrə təyin olunan menecerlərin PR, media və kommunikasiya fəaliyyətinin həyata keçirilməsinə dair bilik və bacarıqlarının artırılmasına istiqamətlənib.

ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva çıxışında ilk olaraq universitet haqqında məlumat verib. Bildirib ki, universitet ilk layihələrini diplomatlar üçün təşkil edib. Layihənin əhəmiyyətinə diqqət çəkən A.Hacıyeva sözügedən sahə üzrə ünsiyyət bacarıqlarının vacibliyini bildirib, peşəkarlığın artırılması mövzusunda fikirlərini bölüşüb.

Daha sonra layihə üzrə “Ünsiyyət və netvörkinq bacarıqları” mövzusunda Aygün Hacıyeva və ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev tərəfindən ilk təlimə başlanılıb.

Qeyd edək ki, kommunikasiya menecerləri üçün təlimlər ADA Universiteti İctimai və Beynəlxalq Münasibətlər Məktəbində kommunikasiya və rəqəmsal media proqramının rəhbəri Şəfəq Mehrəliyeva tərəfindən aparılacaq, “Ənənəvi və sosial media ilə işləmək bacarıqları”, “Kommunikasiya planının qurulması”, “Media işçiləri üçün əsas nitq və yazı bacarıqları”, “İctimaiyyətlə əlaqələr fəaliyyətində iş bölgüsü” mövzularını əhatə edəcək.

Xatırladaq ki, menecerlər media, sosial media və ictimaiyyət ilə əlaqələr üzrə məsul nümayəndə olaraq çalışdıqları qurumların tədbir və layihələrinin mediada işıqlandırılmasını, qurumların fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılmasını və bundan irəli gələn digər vəzifələrin yerinə yetirilməsini təmin edəcəklər.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi