Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1950

Mədəniyyət Nazirliyi tərəfindən 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə bağlı təşkil edilmiş heykəltaraşlıq müsabiqənin müddəti 1 sentyabr 2022-ci il tarixinədək uzadıldı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli 3096 nömrəli Sərəncamı ilə 2022-ci il ölkəmizdə “Şuşa İli” elan edilməsi ilə bağlı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 15 mart - 15 iyun 2022-ci il tarixlərində heykəltaraşlıq müsabiqəsi təşkil edilmişdir.

İçtimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmış müsabiqəyə heykəltaraşlar tərəfindən bir çox nümunə təqdim edilmişdir. Müsabiqəyə nümunələrin qəbul müddətinin yetərsiz olduğunu ilə bağlı heykəltaraşların istəklərini nəzərə alaraq, müsabiqənin 1 sentyabr 2022-ci il tarixinədək uzadılmasına dair qərar qəbul edilmişdir.  Layihələrin müzakirəsi qapalı şəraitdə keçiriləcəkdir.

Müsabiqənin qalibi barədə məlumatlar əsas mərhələ başa çatdıqdan 15 gün sonra 15 sentyabr 2022-ci il tarixində Mədəniyyət Nazirliyinin rəsmi saytında (culture.gov.az) yayımlanacaqdır.

Mükafatlar:

Birinci yer (1 nəfər) – I dərəcəli diplom və 8000 manat

İkinci yer (2 nəfər) – II dərəcəli diplom və 4000 manat

Üçüncü yer (3 nəfər) – III dərəcəli diplom və 3000 manat

Həvəsləndirici mükafat (10 nəfər) – 500 manat

“Şuşa İli” elan edilməsi ilə bağlı keçirilən

açıq heykəltaraşlıq müsabiqəsinin şərtləri

Təşkilatçılar:

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

MÜSABİQƏNİN keçirilmə müddətləri:

İlkin mərhələ:

15.03.22– 01.09.22

– müsabiqənin elan edilməsi, rəssamların dəvət olunması, müsabiqə iştirakçıları tərəfindən heykəllərin işlənib hazırlanması, heykəllərin qəbulu

 

Əsas mərhələlər:

 

 

 

– heykəllərin nəzərdən keçirilməsi, iştirakçıların ilkin seçimi

 

 

– qalibin seçilməsi və elan edilməsi

 

 

– heykəlin  təşkilat komitəsi tərəfindən qəbul edilməsi

Müsabiqədə iştirakın şərtləri:

1MÜSABİQƏDƏ şəhər heykəltəraşlığı sahələrində işləyən peşəkar yerli və xarici heykəltəraşlar iştirak edə bilərlər.

2. Namizədlər MÜSABİQƏDƏ iştirak etmək üçün təyin edilmiş nümunə üzrə ərizəni təqdim etməlidirlər. Ərizə bilavasitə namizəd tərəfindən doldurulur. Ərizənin bütün bəndlərinin doldurulması mütləqdir. Müsabiqədə iştirak üçün yalnız müəllifliyi şəxsən namizədə aid olan heykəllər qəbul edilir.

3. Namizədlər tərəfindən təqdim olunmuş heykəllər üçün ödəniş edilmir. Müəllif hüquqlarının pozulmasına (plagiata) görə məsuliyyəti müvafiq materialları MÜSABİQƏYƏ göndərmiş şəxs daşıyır.

4. Müəllif ərizə vermək və nəzərdən keçirilməsi üçün heykəli təqdim etməklə (elektron şəkildə təqdim etmək də mümkündür) seçim mərhələsinin iştirakçısı olur. İştirak üçün heykəli Mədəniyyət Nazirliyinə (Bakı şəhəri, Hökümət Evi) təqdim etmək və ya elektron poçt vasitəsilə gallery@culture.gov.az ünvanına “Şuşa şəhərinə həsr olunmuş heykəlin hazırlanması üçün müsabiqə” başlığı ilə göndərmək lazımdır.

5. MÜSABİQƏNİN təşkilat komitəsi verilmiş heykəllər arasından yalnız bir qalib müəyyənləşdirir. MÜSABİQƏ iştirakçılarının seçimi aşağıdakı meyarlar üzrə həyata keçirilir: mövzuya uyğunluq; müəllif mülahizəsinin və icra edilmə səviyyəsinin peşəkarlığı, təqdim edilmiş kompozisiyanın materialın emal texnologiyasına uyğunluğu.

6. Heykəllərin təqdim edilməsi üçün son tarix: 1 sentyabr 2022-ci il.

7. MÜSABİQƏNİN mövzusu “Şuşa”.

8. Hekəlin materialı: tunc, mərmər və bürünc 

Hər bir heykəl həm fərdi iştirakçı, həm də komanda tərəfindən hazırlana bilər. Həmmüəlliflərin sayı 3 nəfərdən çox olmamalıdır.

Müsabiqəyə yekun vurulması

Finalda iştirak edən heykəl nümunələri MÜSABİQƏNİN populyarlaşdırılması və daha geniş tamaşaçı kütləsinə çatdırılması məqsədilə təşkilatçı tərəfindən KİV-də işıqlandırıla bilər. Bu halda heykəl layihəçilərinin müəllifliyi qorunub saxlanılır.

Açıq heykəltəraşlıq müsabiqəsinin iştirakçısının anketi (PDF)


Doldurulmuş qeydiyyat forması 1 sentyabr 2022-ci il tarixinədək müsabiqənin təşkilat komitəsinə gallery@culture.gov.az elektron poçt ünvanına “Şuşa şəhərinə həsr olunmuş heykəlin hazırlanması üçün müsabiqə” başlığı ilə göndərilməlidir.

XƏBƏRLƏR

28.09.2023 15:48
Mədəniyyət naziri Mingəçevirdə vətəndaşları qəbul edib
27.09.2023 17:55
Azərbaycan ilə Qətər arasında mədəni əməkdaşlıq müzakirə olunub
27.09.2023 16:42
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini yad edib
26.09.2023 17:17
Azərbaycanın mədəniyyət naziri İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında çıxış edib
26.09.2023 12:11
DokuBaku VII Beynəlxalq Sənədli Filmlər Festivalı keçiriləcək
25.09.2023 16:35
Qarabağımızın incisi Şuşa yekdil qərarla “İslam dünyasının mədəniyyət paytaxtı” elan edildi
21.09.2023 18:42
Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlandı
19.09.2023 13:08
Heydər Əliyev Sarayında çoxdan gözlənilən “Məhəbbət əfsanəsi” baletinin təqdimatı olub
18.09.2023 17:30
“Xınalıq və Köç yolu mədəni landşaftı” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi
18.09.2023 15:12
Prezident İlham Əliyev Azərbaycan musiqi ictimaiyyətini təbrik edib
18.09.2023 12:44
Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub
15.09.2023 18:24
MDB-yə üzv dövlətlərin Yaradıcı və Elmi Ziyalılarının XVI Forumu və MDB-yə üzv dövlətlərin Mədəni Əməkdaşlıq üzrə Şurasının 38-ci iclası keçirilib
15.09.2023 17:52
Üzeyir Hacıbəyli festivalı 10-dək ölkədən musiqiçiləri bir araya gətirəcək
15.09.2023 12:13
Bu gün görkəmli kinorejissor, Xalq artisti Xamis Muradovun 80 illik yubileyidir
15.09.2023 10:34
Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə sənəd qəbununun vaxtı uzadılıb
15.09.2023 08:40
Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Ciddədə İƏT baş katibinin müavini ilə görüşüb
13.09.2023 15:46
Özbəkistanda “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşaya həsr olunan poçt markası buraxılıb
13.09.2023 15:01
Arif Məlikovun doğum günündə Fəxri xiyabanda məzarı ziyarət olunub
12.09.2023 14:52
Vətən müharibəsindəki tarixi zəfərə ithaf edilən ədəbi müsabiqənin nəticələri bəlli olub
11.09.2023 13:53
VI “Animafilm” Beynəlxalq Animasiya Festivalı başa çatdı
08.09.2023 14:45
Pekində mədəni irsin qorunması və bərpası üzrə əməkdaşlıq müzakirə olunub
07.09.2023 17:30
Bakıda 6-cı “Animafilm” festivalı keçirilir
06.09.2023 15:34
Mədəniyyət naziri Adil Kərimli Çində keçirilən forumda çıxış edib
06.09.2023 10:11
Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı başlayır
06.09.2023 09:33
Dunhuanda 6-cı Beynəlxalq İpək Yolu Sərgisi işə başlayıb