Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
936

“İrsin idarəedilməsi bacarıqlarının inkişafı” mövzusunda dörd-günlük təlim proqramı sona çatdı və Milli İrs Platforması (“Heritage Azerbaijan” platforması) təsis olundu

17 iyun tarixində UNESCO-nun Dünya Mədəni və Təbii İrsinin Qorunmasına dair 1972-ci il Konvensiyası çərçivəsində “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” mövzusunda dörd-günlük Təlim proqramının son günü keçirildi.

Tədbirdə çıxış edən Təlim proqramının rəhbəri, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının idarə heyətinin sədri Vasif Eyvazzadə bildirib ki, artıq dörd gündür ki, ölkəmizin irs idarəetməsində aparıcı qurumların nümayəndələri irsin idarəedilməsi mövzusunda ilk dəfə olaraq bir təlim proqramında bir araya gəlir və Konvensiyaya münasibətdə irs obyektlərinin qorunması və idarəetməsində ən yaxşı təcrübələri ətrafında qonaq çıxışçıların təqdimatları, eləcə də hər gün üzrə xüsusi ekspertin təqdimatları keçirilir. Gündəlik təlim sessiyalarında təqdim olunan mövzular, qaldırılan məsələlər ətrafında auditoriyanın həssaslığı, ünvanlanan çoxsaylı suallar irs idarəetməsi sahəsində müasir çağırışlar fonunda yeni qurumlararası əməkdaşlığın və təcrübə mübadiləsinin vacibliyini bir daha göstərir.

Təlimin dördüncü günündə qonaq çıxışçı kimi iştirak edən Qobustan Milli Tarix-Bədii qoruğunun direktoru Vüqar İsayev çıxış edərək bu təlim layihəsini yüksək qiymətləndirdiyini bildirmiş və Dünya İrsi siyahısında yer almış Qobustan qoruğunun qoruq ərazisinin qorunması, ərazidə aparılan elmi-tədqiqat və arxeologiya işləri və qoruq tərəfindən icra edilən təbliğat-maarifləndirmə işləri haqqında məlumat vermişdir. O, həmçinin qoruğun beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi və sərgi ekspozisiyaların təşkili sahəsində təcrübələrini bölüşdü, iqlim təsirlərinin açıq səma altında muzey kimi qorunan qayalara təsirləri, bərpa konservasiya təcrübələri haqqında verilən suallara da cavab verdi.

Açılış nitqlərinin ardından son təlim gününün təlimçisi Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin layihələrin idarəedilməsi şöbəsinin böyük mütəxəssisi, Mədəni turizm üzrə ekspert Elçin Kərimov Dünya irsi ərazisi kimi Şəki şəhərinin tarixi mərkəzi kimi Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun idarəetmə təcrübəsi, menecment, konservasiya, urban regenerasiya və risk menecment planlarının hazırlanması və işləməsi mərhələləri, bərpa təlimatları haqqında təqdimat etdi və təqdimatında həmçinin qoruq ərazisində milli irs nümunələrinin, sənətkarlıq və adət-ənənələrin və ətraf meşə örtüyünün dünya irsi ərazisinin yardımçı atributları kimi imkanlarından və onların mühafizəsi tədbirlərindən bəhs etdi. Təlim prosesində interaktiv metodları istifadə edilməklə iştirakçıların konkret keyslər ətrafında müzakirə açmaq, təlim prosesində qaranlıq məqamlarla bağlı suallar vermək imkanı oldu ki, təqdimatçı tərəfindən suallar cavablandırıldı.

Təlim sessiyasından sonra Təlim proqramının rəhbəri, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının idarə heyətinin sədri Vasif Eyvazzadə təlim günlərində iştirakçılar tərəfindən qaldırılan məsələlər, ölkəmizdə irsin qorunması və idarəedilməsi sahəsində çoxsaylı suallar və çətinliklərin olduğunu, eləcə də təlim proqramının iştirakçılarının sahəvi məsələlərə dair həssaslığı və yüksək motivasiyasını nəzərə alaraq yeni bir ictimai platformaya ehtiyac olduğunu bildirdi. Milli İrs Platforması (“Heritage Azerbaijan” platforması) ideyasını təqdim edərək V.Eyvazzadə öz təklifində bu ictimai platformanın məqsədi kimi mədəni irs sahəsində müasir çağırışlar fonunda qurumlararası əməkdaşlığın və təcrübə mübadiləsinin stimullaşdırılması, maarifləndirmə və məlumatlılığın artırılması üçün təbliğat kampaniyalarının həyata keçirilməsi, bilik-bacarıqların artırılması, dövlət-özəl, dövlət-icma, özəl-icma əməkdaşlığının təşviqi, mədəni irsin qorunması, bərpası və inkişafında icma mədəniyyətinin inkişafı kimi məqsədlərin aktual ola biləcəyini vurğuladı.

Son təlim iştirakçıları təlim kursunu uğurla bitirmələrinə görə sertifikatla təltif edildilər. Həmçinin, təlim proqramının ekspert təlimçiləri və təşkilatçılara da təşəkkürnamələr təqdim edildi.

Təlim proqramı Mədəniyyət Nazirliyinin sifarişi, Dövlət Turizm Agentliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərəfdaşlığı və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının dəstəyi ilə həyata keçirilmişdir.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb